Assassin's Creed (videooyun)
Assassin's Creed (azərb. Qatilin inancı) — Ubisoft Montreal şirkəti tərəfindən Döyüş-Macəra janrında yaradılan videooyun. Assassin's Creed oyun seriyasının ilk oyunu. 2007-ci ilin noyabr ayında PlayStation və 3 və Xbox 360 platformaları üçün versiya satışa çıxarılmışdır. 6 mart 2008-ci ildə oyunun PC versiyası satışa çıxarıldı. Assassin's Creed Oyun seriyasının birinci bölümüdür.
Assassin's Creed | |
---|---|
Hazırlayanlar | Ubisoft Montreal |
Yayımlayanlar | Ubisoft |
Seriya | Assassin’s Creed |
Buraxılış tarixləri | 13 noyabr 2007, 16 noyabr 2007, 21 noyabr 2007, 8 aprel 2008, 10 aprel 2008, 11 aprel 2008 |
Janr | döyüş-macəra oyunu |
Texniki məlumat | |
Platforma | Xbox 360, PlayStation 3, Microsoft Windows[1] |
Mühərrik | Anvil |
Oyun rejimi | birnəfərli oyun[2] |
İnterfeysin dili | ingilis dili[3], fransız dili[3], italyan dili[3], alman dili[3], ispan dili[3], rus dili |
Daşıyıcı | optik disk, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | geympad |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
5 fevral 2008-ci ildə Nintendo DS üçün nəzərdə tutulmuş Assassin's Creed: Altair's Chronicles satışa çıxarılır. 8 aprel 2008-ci ildə isə PC üçün yeni versiya Assassin's Creed Director’s Cut Edition. çıxdı.
2009-cu ildə Beynəlxalq E3 sərgisində PSP üçün nəzərdə tutulmuş Assassin's Creed: Bloodlines oyunu anons edildi.
Məzmun
Oyun eyni zamanda yaxın gələcəkdə (2012-ci il) və orta əsrlərdə (1191-ci il) baş verir. Gələcəkdə oyunun baş qəhrəmanı Dezmond Mayls olur. Adi barmen "Abstergo" şirkəti tərəfindən oğurlanır və yatızdırılır. "Abstergo" şirkətində olan məlumata əsasən Dezmond Mayls qədim Asasinlər soyundan sonuncudur. "Abstergo" şirkətinin yaratdıqı "Animus" insanların genetik yaddaşını oxuyur, və əcdadlarının gördüyü hər şeyi görür. Dezmond oyananda artıq "Animus"-un içində olur və əcdadı Əltair ibn La-Əhəd-in həyatını görür.
Əltair ibn La-Əhəd — Qatil, Assassinlər qardaşlıqının ən sayılan qatillərindən biri. Oyun başlayanda Əltair və daha 2 asasinə Qüdsdə yerləşən məazarlıqda olan qədim artefatkı tapmaq əmri verilir. Məzarlıqda o Asasinlərin düşmanı Xaç Yürüşünün iştrakçıları olan "Tampliyer"-lərlə rastlaşır və olara hücüm edir. Əltairin səhvi nəticəsində Asasinlər əmri yerinə yetirə bilmirlər və Assasinlərin biri həlak olur digəri isə bir qolun itirir.
Əltair Asasinlər qardaşlıqının yerləşdiyi masiaf şəhərinə gəlir və Asasinlər Qardaşlıqının başqanı Əl-Müəllim ilə görüşür. Əmri yerinə yetirə bilmədiyi, özbaşnalıqı nəticəsinində artefaktı itirdiyi, bir asasinin ölümü digərinin isə yaralanmasına və asasinlər kodeksinə riayət etmədiyi üçün Əltair qardaşlıqda əldə etdiyi bütün nailiyyətlər sıfıra endirilir. Nəticədə Əltair Qardaşlıqda öz fəaliyyətini yenidən, sıfırdan başlayır.
Əl-Müəllimin verdiyi bütün əmrləri yerinə yetirir, 9 tampliyeri məhv edir və sonda isə artefaktı "Adəm Alması"-nı əla keçirir. Onu Əl-Müəllimə çatdırır. Birqədər sonrə Əltair yenidən Masiafa qayıdanda şəhəri dağılmış görür. İnsanlar öz evlərin tərk edirlər şəhərdə döyüşlər gedir, məlum olurki Əl-Müəllim qardaşlıqı satır və "Adəm Alması"-nı özü üçün istifadə edir və Asasinləri özünə tabe edir (Artefaktın xüsusiyyətlərindən biri insanları özünə tabe etmək bacarıqıdır). Tabe olunmuş bütün asasinləri öldürəndən sonra Əltair Əl-Müəllim ilə döyüşür, döyüş zamanı Əl-Müəllim artefaktdan istifadə etsə də, sonda məğlub olur.
Qəhramanlar
Asasinlər
- Əltair ibn La-Əhəd — Asasinlər qardaşlığının ən sayılan qatillərindən biri, Dezmond Maylsın əcdadı, Keçmişdə baş verən hissənin baş qəhrəmanı
- Əl-Müəllim — Asasinlər qardaşlığının başçısı asasinlərin həmçinin Əl-Tahirin müəllimi.
- Malik Əs-Seyf — Asasin, Qüdsdəki Asasinlər bürosunun başqanı
Tampliyerlər
- Rober de Sable — Tampliyerlərin maqistrı, diplomat və sərkərdə
- Tamir — Dəməşqdən olan tacir, qaçaqmalçılıq yolu ilə xaç yürüşü iştirakçıların və Tampliyerləri silahlarla təmin edir
- Təlal — Qüdslü quldar
- Qarnye de Napluz — Akra şəhərindən olan Həkim-manyak
- Əbu Əl Nukvod — Dəməşqdən olan varlı tacir
- Məcdəddin — Qüdsün hökmdarı
- Vilyam de Monferrat
- Cübair Əl-Hakim — Dəməşqli alim
- Sibrand
Asasinlər
- Dezmond Mayls — Barmen, Əcdadı Əltairin həyatı ilə maraqlanan "Abstergo" şirkəti tərəfindən oğurlanır.
- Lüsi Stilman — "Abstergo" şirkətində gizli işləyən asasin
Tampliyerlər
- Uorren Vidik — "Abstergo" şirkətinin əməkdaşı
- Alan Rikkin
Rollarda
Qəhrəman | İngilis dilində səsləndirən |
---|---|
Əltair ibn La-Əhəd | Filip Şahbaz |
Dezmond Mayls | Nolan Nort |
Lüsi Stilman | Kristen Bel |
Uorren Viddik | Fillip Proktor |
Əl-Müəllim | Piter Renedey |
Malik Əs-Səyf | Xəz Süleyman |
Rafiq, Akradaki büronun rəhbəri | Alen Benatar |
Rafiq Dəməşqdəki büronun rəhbəri | Karlos Ferro |
Rober de Sable | Jan Filipp Dandenod |
Tamir | Ammar Dareseh |
Qarnye De Napluz | Hubert Filden |
Təlal | Ceyk Eberli |
Uilyam de Monferrat | Harri Stancovski |
I Riçard | Marsel Jenin |
Cübair Əl-Hakim | Fred Tataskiore |
Əbu-Əl-Nukvod | Fred Tataskiore |
Məcdəddin | Riçard Heyvort |
Sibrənd | Artur Holden |
Mariya | Eleanor Nobl |
"Animus"-un səsi | Cenifer Siqven |
Silahlar
Oyunda Əltairin istifadə edə biləcəyi 4 silah növü var:
- Uzun Qılınc
- Qısa Qılınc
- Xəncər(lər)
- Gizlədilmiş bıçaq
Davamı
16 aprel 2009-cu ildə Assassin's Creed II nin anonsu olur, daha sonra 2010-cu ilin payızında Assassin's Creed: Bortherhood oyunu çıxır. 15 noyabr 2011-ci ildə isə Assassin's Creed: Revelations oyunun çıxışı gözlənilir
Mənbə
- redump.org (ing.). USA.
- Игромания (rus.). 1997. ISSN 1560-2583
- Steam. 2003.