Assam zəlzələsi (1897)

Assam zəlzələsi — 12 iyun 1897-ci ildə baş vermiş zəlzələ.[1]

Assam zəlzələsi
Tarix
Episentrin yeri
  • 26° şm. e. 91° ş. u.
Ölənlər
  • 1.542
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

12 iyun 1897-ci ildə saat 17.15 dəqiqədə Benqal körfəzindənKəlküttədən şimalda, Assam əyalətində baş verən şiddətli zəlzələdən 350000 km² sahədə dağıntılar olmuş, o cümlədən təxminən 75000 km² sahədə bütün daş evlər uçmuşdur. Zəlzələ 4 milyon km² sahədə hiss edilmişdir. 25000 km² sahədə torpağın şiddətli deformasiyası müşahidə edilmişdir. Bundan əlavə 100000 km² sahədə torpaqda yarıqlar əmələ gəlmişdir.

Yeraltı zərbələr nəticəsində əmələ gələn inersiya qüvvəsi yerin cazibə qüvvəsinin təxminən yarısına bərabər olmuşdur. Torpağın rəqs amplitudası 30 sm-ə qədər çatmışdır. Yerin səthində dəniz dalğalarına bənzər "Yer dalğaları" müşahidə edilmişdir. Bəzi yerlərdə qum və xırda daşlardan fəvvarə əmələ gəlmişdir. Bir neçə ev damına qədər torpağa gömülmüşdür. Çaylar öz istiqamətini dəyişmiş, şəlalələr əmələ gəlmişdir.

Bu zəlzələ episentrdə amplitudası 12 m olan fayla müşayiət edilmişdir.

Assam zəlzələsi dünyada ən güclü zəlzələlərdən biri hesab olunur. Bu zəlzələdən sonra, getdikcə zəifləşən 500-ə qədər təkrar zərbələr hiss edilmişdir.

1950-ci il avqustun 15-də Assam zəlzələsi rayonundan bir qədər şərqdə, yenə də böyük sahədə dağıntılarla müşayiət edilən güclü zəlzələ olmuşdur. Bu zəlzələ Assamın və qonşu sahələrin bir milyona yaxın əhalisini evsiz qoymuşdur.

İstinadlar

  1. Fuad Sultanov, Z. Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958. səh.15
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.