Asqard
Asqard — Qədim german-skandinav dinində Asqard Doqquz Aləmdən biri və Asar adlanan ali tanrı topluluğunun evidir. Asarların başçısı Odindir və o, arvadı Friqq ilə birlikdə Asqardın hökmdarıdır. Asqardda yerləşən 2 məşhur yer vardır: Valhalla və Folkvanqr. Döyüşlərdə ölənlərin yarısı Odin tərəfindən Valhallaya göndərilir. Digər yarısı isə Folkvanqra yollanır[1]. Asqardla bağlı əsas mənbələr 13-cü əsrə aid Kiçik Edda və Nəzm Eddası əsərləridir.
Attestasiya
Asqardla əlaqəli əsas mənbələrdən biri olan Kiçik Edda 13-cü əsrdə İslandiya tarixçisi Snorri Sturluson tərəfindən yazılmışdır. Digər mənbə, Nəzm Eddası daha qədim Skald poeziyası əsasında 13-cü əsrdə yığılmışdır.
Nəzm Eddası
Bu əsər Völuspá adlanan şeirlə başlayır. Bu şeirdə Asqardın bir neçə özəlliyi və xarakteri haqqında danışılır. İqqdrasil bunlardan biridir. Asqard Valhalla, Thrudheim və Breidablik daxil olmaqla 12 aləmdən ibarətdir. Bu yerlər müvafiq olaraq Odin, Tor və Baldr tərəfindən idarə edilir[2].
Kiçik Edda
Bu əsərdə Asqardla bağlı iki yanaşma göstərilir.
Proloq
Burada Snorri miflərin və dastanların xristianlıqdan təsirlənmiş şəkildə izahını verir. Bu yanaşmada, xalq etimologiyasına əsasən, Asar'ın evi olan Asqard Asiyada yerləşir və Asar "asiyalılar" mənasına gəlir. "Asiyalılar" tanrıları yox, Asiyadan şimala köçən və burada yerlilərlə qaynayıb-qarışan insanları bildirir.
Gylfaginning
Burada isə Snorri dinlərin təsirinə məruz qalmayan, tamamilə mifoloji versiyada yazır. Burada göstərilir ki, İsveç kralı Glyfi Asar'dan öncə Asgarda səyahət edir. O, Valhallaya gəlir və burada üç rəhbərlə (Asar kralları) qarşılaşır. Onlar Gangleri cildində olan Glyfinin Asqard və Asarlarla bağlı suallar verməsinə icazə verirlər. Beləliklə qədim miflər aşkara çıxır, lakin sonda saray və insanlar göy gurultusu ilə qeybə çəkilir.
Doqquz Aləm
Qədim skandinav dilində Níu Heimar. Heima "ev" və ya "torpaq sahəsi" mənasına gəlir.
- Asqard, Asarların yaşadığı yer, Odinin hakimiyyəti altindadır
- Alfheim, elflərin yaşadığı yer
- Nidavellir/Svartalfaheim, cırtdanların və qara elflərin yaşadığı yer
- Midqard (Yer kürəsi), insanların yaşadığı yer
- Jotunheim, divlərin (Jötnar) yaşadığı yer
- Vanaheim, Vanirlərin yaşadığı yer
- Niflheim, buz və qar diyarı
- Muspelheim, alov və lava diyarı, div Surturun yaşadığı yer
- Hel(heim), nankor ölülərin yeri, ilahə Hel tərəfindən idarə edilir.
İstinadlar
- Incorporated, Facts On File. Norse Mythology A to Z (ingilis). Infobase Publishing. 2009. ISBN 9781438128016. 2019-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-13.
- "Asgard | Norse mythology". Britannica Ensiklopediyası (ingilis). 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-28.