Aslanbəyli məscidi
Aslanbəyli məscidi — Azərbaycan Respublikası Qazax rayonunun Aslanbəyli kəndində yerləşən məscid.[1][2] Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmişdir.[3]
Aslanbəyli Məscidi | |
---|---|
Hacı Mahmud Əfəndi məscidi | |
Ölkə | Azərbaycan |
Status | Məscid |
Şəhər | Qazax rayonu |
Yerləşir | Aslanbəyli kəndi |
Sifarişçi | Həmid Əfəndi |
Tikilmə tarixi | |
Sahəsi |
İç sahəsi- 150 kvadrat metr Eyvanı- 30 kvadrat metr |
Minarələri | 1 ədəd (Hündürlüyü 18 metr) |
Haqqında
Hacı Mahmud Əfəndinin xatirəsinə ucaldılan məscid onun adını daşıyır. Məsciddə yerli dindar və möminlər ibadət edirlər. Məscid yerli əhəmiyyətli abidələr siyahısına daxildir.[4]
Tarixi
Aslanbəyli kəndindəki məscid 1909-cu ildə kənd camaatı tərəfindən inşa edilib. Həmid Əfəndi tərəfindən tikilmişdir. Hacı Mahmud Əfəndi məscidi 1938-ci ildən 1985-ci ilədək klub kimi istifadə olunmuşdur. 1990-cı ildə yerli sakinlər tərəfindən məscidin təmir-bərpa işlərinə başlanmışdır. Qeyd etmək lazımdır ki, məscidin vaxtilə minarəsi olmuşdur. Taxtadan olan minarə sonralar sökülüb dağıdılmışdır. Məscidin yeni ucaldılan minarəsinin hündürlüyü 18 metrdir.[4]
Sovet dövründə bir çox başqa dini məbədlər kimi bu məscidin də fəaliyyəti dayandırılmışdır. Bina kənd klubuna çevrilmişdi və bərbad hala düşmüşdür. Yalnız Azərbaycanın müstəqilliyi dövründə kənd sakinlərinin hesabına məscid bərpa olundu və ibadət yeri kimi yenidən fəaliyyətə başladı.[4][5]
Memarlıq quruluşu
İç sahəsi 15x10 metrdir. Giriş qapısının ön tərəfində eyvan (sahəsi 30 m²) yerləşmişdir. Tavan taxtadan olub, düzbucaqlı formadadır. Minbər də taxtadandır və səkkizpilləlidir. Məscidin yeni ucaldılan minarəsinin hündürlüyü 18 metrdir. Binanın sağ küncündə yuxarıya doğru ensizləşən və son illərdə tikilmiş minarə vardır. Məscidin daxili hissəsi böyük ibadət zalından ibarətdir. O öz növbəsində tən ortadan sütuna söykənən qoşa tağla iki hissəyə bölünmüşdür.[4]
İstinadlar
- "Aslanbəyli kəndində maarifləndirici tədbir keçirilib". qazax-ih.gov.az. 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- "Məscidlər və dini icmalar - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti". irs.gov.az. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
- "Arxivlənmiş surət". 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
- "Qazax rayonunda məscid bərpa olunub". www.anl.az. 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.