Aslan Xankişiyev
Aslan Əhədağa oğlu Xankişiyev (24 mart 1976, Qalaqayın, Sabirabad rayonu) — Ədalət Keşiyində qəzetinin təsisçi və baş redaktoru, MediaMaqnatTV.info[1] saytının rəhbəri.
Aslan Xankişiyev | |
---|---|
Aslan Əhədağa oğlu Xankişiyev | |
Doğum tarixi | |
Doğum yeri | Qalaqayın, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşaqları | Nisəxanım, Mələk, Nihad, İgid |
Atası | Əhədağa Xankişiyev |
Anası | Leylaxanım Xankişiyeva |
Milliyyəti | azərbaycanlı |
Dini | İslam |
İxtisası | İqtisadçı magistr |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti |
Fəaliyyəti | jurnalist |
Fəaliyyət illəri | 1995 – h. h. |
Partiyası | |
Tanınır | jurnalist |
Mükafatları | "Qızıl qələm" media mükafatı (2001) |
Həyatı
Aslan Xankişiyev 24 mart 1976-cı ildə Sabirabad rayonunun Qalaqayın kəndində dünyaya gəlib.
1982-ci ildə orta məktəbə Qalaqayın kənd məktəbinə gedib.
Sonra 1990-cı ildə təhsilini Bakıda BDU-nin nəzdində Fizika riyaziyyat və informatika Liseyində davam etdirib. 1993-cü ildə həmin liseyi fərqlənmə diplomu ilə bitirmişdir.
1993–1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr,1997–1999-cu illərdə isə magistr olaraq təhsil almışdır.
Hər iki ixtisas dərəcəsini fərqlənmə ilə bitirmişdir.
Həmin ildə aspiranturaya qəbul olunmuşdur.1995-ci ildən qeyd edildiyi peşə ilə məşğuldur.
1995-ci ildən jurnalist kimi fəaliyyət göstərir. 2001-ci ildən təsisçisi olduğu Ədalət keşiyində qəzetinin baş redaktorudur. 2001-ci ilə qədər Reforma, Retro, Mozalan, Günün səsi qəzetlərində də çalışmışdır.
Yeni Azərbaycan Partiyasının fəal üzvüdür.
Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrə mühazirələr söyləmişdir. 16-dan çox kitabın müəllifidir.
ABŞın Vaşinqton Universitetində kitabları tədris olunur.
Mükafatı
- Qızıl qələm mükafatı (14.10.2001)
- Xalqın nüfuzlu ziyalısı diplomu
Kitabları
- Dövlət büdcəsi,vergilər. Bakı 1996
- Büdcə vergi siyasəti. Bakı 2010
- Böhrandan çıxış yolları. Bakı 2001
- İqtisadi dirçəliş templəri. Bakı 2006
- İqtisadi terminlər. Bakı 2003
- Müasir İqtisadi inkişaf strategiyası. Bakı 2012
- Böyük siyasət zirvəsi. Bakı 2007
- Diplomatiya və iqtisadiyyat. Bakı 2003
- Bazar münasibətləri şəraitində dövlət büdcəsi, vergilər. Bakı 1999
- Yeni əsrin yeni lideri. Bakı 2001
- Əfsanədən Gerçəkliyə. Bakı 2007
- Ömür salnamələri. Bakı 2015
- İqtisadiyyat. Bakı 2009
- Aforizmlər. Bakı 2004
- Xocalı Qətilamı. Bakı 2011
İstinadlar
- "MediaMaqnatTV.info saytının baş redaktoru" ( (az.)). 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
Xarici keçidlər
- Aslan Xankişiyev. "Xocalı qətliamı" (PDF) ( (az.)). MBM. 2009.
- "Xankişiyev Aslan Əhədağa oğlu Binəqədi r. Məhəmməd Əmin Rəsulzadə qəs., 8 mart, ev 13 XXVI-CQ №515669" (PDF) ( (az.)).
- "4155 "Büdcə, vergi siyasəti Aslan Xankişiyev" ( (az.)). Kitab Klubu.
- Aslan Xankişiyev — Facebook səhifəsi