Aslan Süleymanov

Aslan Qurban oğlu Süleymanov (26 oktyabr 1939, Qaradağlı, Xaçmaz rayonu) — Azərbaycan dövlət xadimi, "Azərsutikinti" Səhmdar Cəmiyyətinin (1999–2005) və Dövlət Konserninin sədri (1995–1999), Xaçmaz Rayon Xalq Deputatları Sovetinin sədri (1990–1995), Azərbaycan Kommunist Partiyasının Xaçmaz (1989–1990), Neftçala (1985–1989), Qazax (1980–1985) rayon komitələrinin birinci katibi, Xaçmaz Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1977–1980).

Aslan Süleymanov
bayraq
"Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri
bayraq2
13 aprel 1999 14 dekabr 2005
Əvvəlkivəzifə təsis edilib
SonrakıYusif Hümbətov
bayraq
Azərbaycan Respublikasının "Azərsutikinti" Dövlət Konserninin sədri
bayraq2
16 fevral 1995 13 aprel 1999
ƏvvəlkiOqtay Tağıyev
Sonrakıvəzifə ləğv edilib
bayraq
Xaçmaz Rayon Xalq Deputatları Sovetinin sədri
bayraq2
1990 1995
bayraq
Azərbaycan Kommunist Partiyası Xaçmaz Rayon Komitəsinin birinci katibi
bayraq2
1989 1990
ƏvvəlkiÇingiz Fərəcov
bayraq
Azərbaycan Kommunist Partiyası Neftçala Rayon Komitəsinin birinci katibi
bayraq2
1985 1989
ƏvvəlkiVilayət Seyidov
SonrakıŞamil Hüseynov
bayraq
Azərbaycan Kommunist Partiyası Qazax Rayon Komitəsinin birinci katibi
bayraq2
1980 1985
bayraq
Xaçmaz Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1977 1980
Şəxsi məlumatlar
Doğum tarixi 26 oktyabr 1939(1939-10-26) (84 yaş)
Doğum yeri
Partiya
Təhsili
Uşağı 3

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Həyatı

Aslan Qurban oğlu Süleymanov 26 oktyabr 1939-cu ildə Xaçmaz rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Orta məktəbi 1957-ci ildə Xaçmaz rayonunda bitirdikdən sonra, 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə başa vurmuşdur. İxtisasca iqtisadçıdır.[1]

Aslan Süleymanov əmək fəaliyyətinə 1961-ci ildə Xaçmaz rayonunda başlamış, Qusarçay zona-təcrübə stansiyasının elmi işçisi, böyük aqronomu olmuşdur.[2] 1965–1970-ci illərdə Azərbaycan LKGİ Xaçmaz Rayon Komitəsinin birinci katibi, 1970–1974-cü illərdə Xaçmaz Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 1974–1975-ci illərdə Quba rayonunda Balıqçılıq və Subtropik Bitkilər İnstitutunda elmi işçi, 1975–1976-cı illərdə isə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda aspirant olmuşdur.[1]

Aslan Süleymanov 1976–1977-ci illərdə Xaçmaz Rayon Aqrar-Sənaye Birliyində rəis, 1977–1980-ci illərdə isə Xaçmaz Rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 1980-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsinin təlimatçısı olmuşdur. 1980–1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Qazax, 1985–1989-cu illərdə Neftçala, 1989–1990-cı illərdə Xaçmaz rayon komitələrinin birinci katibi, 1990–1995-ci illərdə isə Xaçmaz Rayon Xalq Deputatları Sovetinin sədri vəzifələrində işləmişdir.[1]

Aslan Süleymanov 1995-ci ilin fevral ayında Azərbaycan Respublikasının "Azərsutikinti" Dövlət Konserninin sədri təyin edilmiş[3] və 1999-cu ilin aprel ayında qurumun ləğv edilməsi ilə əlaqədar olaraq bu vəzifədən azad edilmişdir.[4] Elə həmin tarixdə də "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri təyin olunmuş[5] və 2005-ci ilin dekabr ayında azad olunanadək bu vəzifədə çalışmışdır.[6]

Aslan Süleymanov 1963-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd seçilmişdir.[2] Üç çağırış (X–XII) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı" ordeni (1978) və medalla təltif edilmişdir.[1]

Evlidir, üç övladı var.

İstinadlar

  1. Сүлејманов Аслан Гурбан оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 449–450. ISBN 5-89600-253-x.
  2. Сүлејманов Аслан Гурбан оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 369.
  3. "A. Q. Süleymanovun Azərbaycan Respublikasının "Azərsutikinti" Konserninin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı". e-qanun.az. 16 fevral 1995. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2023.
  4. "A. Q. Süleymanovun Azərbaycan Respublikası "Azərsutikinti" Dövlət Konserninin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". e-qanun.az. 13 aprel 1999. 2018-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2023.
  5. "A. Q. Süleymanovun "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". e-qanun.az. 13 aprel 1999. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2023.
  6. "A. Q. Süleymanovun "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". e-qanun.az. 13 aprel 1999. 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2023.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.