Aslan Quliyev
Aslan Quliyev (26 sentyabr 1957, Bilnə, Yardımlı rayonu) — azərbaycanlı yazıçı, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Aslan Quliyev | |
---|---|
Aslan Buludxan oğlu Quliyev | |
Doğum tarixi | 26 sentyabr 1957 (66 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Riyaziyyat |
Əsərlərinin dili | Azərbaycanca |
Həyatı
Aslan Quliyev 1957-ci il sentyabrın 26-da Yardımlı rayonunun Bilnə kəndində anadan olub. Burada qonşu Vərgədüz kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1975–1977). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində təhsilini qiyabi davam etdirmişdir (1978–1983). Bilnə kənd səkkizillik məktəbində müəllim (1980–1984), 183 saylı Yardımlı peşə məktəbində riyaziyyat müəllimi (1984), orada rayon şahmat məktəbinin direktoru (1984–1989), Yardımlı Müəllimlər Evinin direktoru (1989–1991), Yardımlı rayon xalq təhsili şöbəsində inspektor (1991–1992), orada gənc texniklər stansiyasının direktoru (1992–1996) işləmişdir. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Ədəbi yaradıcılığa 80-ci illərdən başlamışdır. Dövri mətbuatda kiçik hekayələrlə çıxış edir. "Bahar küləkləri" (1987), "Serjant mülki geyimdə" (1996), "Yolun sonu", "Yazıçının savaşı", "Sonuncu", "Ağrı", "İsti və soyuq torpaqlarda" adlı nəsr kitablarının müəllifdir. Ümumilikdə Bakıda 15, Türkiyədə 5 nəsr kitabı çap olunub. Nəsr əsərləri, publisistik yazıları qəzet və jurnallarda, almanaxlarda çap olunub, virtual aləmdə yayımlanır, rus və türk dillərinə tərcümə olunub. Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub.
Rus, türk, ingilis, ərəb, ispan, Amerika, Polşa yazıçılarının 30 qədər kitabını ana dilinə çevirib.
Ədəbiyyat
Tehran Əlişanoğlu, "Ağri" romanı haqda, Biziməsr, qəz. 17 iyul 2002.
Vaqif Yusifli, Keçmiş döyüşçü nə istəyirdi, "Azərbaycan jurnalı", say 9, 2012.
Rəhim Əliyev, Əşirət xəstəliyi, "Taleyin sözü" kitabında, "BMV", 2008, s.68–78.
Türkiyədə çıxan kitabları:
"Köpek balıkları" Asmaaltı yayın evi, 2019
"Ayı ve Kazyol" Anatolia yayınları, 2019
"Karı ve koca oyunu" Asmaaltı yayın evi, 2020
"Yağmuru sevmiyordu" Anatolia yayınları, 2021
"Koyun virusu" Asmaltı yayın evi, 2021
Tərcümələri
Con Qalsuorsi, "Seçilmiş əsərləri", Şərq-Qərb, 2010, 720 səh.
Stanislav Lem, "Seçilmiş əsərləri", Şərq-Qərb 2011, 568 səh.
Milan Kundera, "Varlığın dözülməz yüngüllüyü", Qanun, 2021, 344 səh.
Yo Nesbo, "Yanğı" Qanun 2021, 608 səh, "Bıçaq" Qanun 2022, 608 səh.
Nermin Yıldırım, "Unutma məni apartmanı", Qanun, 2016, 408 səh.
Çarlz Dikkens, "Böyük ümidlər", Qanun, 2019, 544 səh.
Yoze Saramaqo, "Görmə", Qanun 2020, 432 səh. və s.