Aslan Mirzəyev
Aslan Maqsud oğlu Mirzəyev (17 iyul 2000, Xok, Naxçıvan Muxtar Respublikası – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Aslan Mirzəyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 iyul 2000 |
Doğum yeri | |
Vəfat tarixi | 8 noyabr 2020 (20 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid olub |
Dəfn yeri | Şərur rayonu, Xok |
Vətəndaşlığı |
![]() |
Atası | Maqsud Mirzəyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2018 - 2020-ci il |
Rütbəsi | Əsgər |
Təltifləri |
![]() |
Həyatı
Aslan Mirzəyev 17 iyul 2000-ci ildə Kəngərli rayonunun Xok kəndində anadan olub.[2] 2006–2017-ci illərdə Xok kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi.
Hərbi xidməti
Aslan Mirzəyev 2017–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Ordusunun əsgəri olan Aslan Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində fəal iştirak edib. 8 noyabrda şəhid olub.
13 noyabrda doğulduğu Xok kəndinə dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[4]
İstinadlar
- "Kiçik kəndin böyük ürəkli, Vətən sevdalı qəhrəmanları - Foto". 525.az (az.). 525-ci qəzet. 8 may 2021. 17 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2022.
- "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) ((azərb.)). 08.12.2020. 2020–12–08 tarixindəarxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
- Azərbaycan Prezidentinin saytı (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ((azərb.)). 2020–12–15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.