Aslan Məmmədsadiqoğlu

Aslan Məmmədsadiqoğlu (1884, Daşkənd, Yeni Bəyazid qəzası1957, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan şairii.

Aslan Məmmədsadiqoğlu
Abbasov Aslan Məmmədsadiq oğlu
şəkil 1953-cü ildə çəkilib
şəkil 1953-cü ildə çəkilib
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti şair, molla

Həyatı

Abbasov Aslan Məmmədsadiq oğlu, 1884-cü ildə Göyçə mahalının Daşkənd kəndində Məmmədsadiq kişinin ailəsində anadan olmuşdur. Məmmədsadiq kişinin Aslandan başqa Nübar adlı bir qızı da olmuşdur.

Aslan Məmmədsadiqoğlu ilk təhsilini molla məktəbində Daşkəndin baş mollası, dövrünün mütərəqqi ziyalısı Hacı Rəhimdən almışdır. Aslan islam dinini dərindən və mükəmməl öyrənmişdir. O vaxtkı adətlərə görə mollalar yaxşı oxuyan uşaqların əllərinin hər iki baş barmaqlarını bir-birinə bağlayaraq "Qurani-Kərim"i iki qolu birləşdirən biləklərin üstünə qoyub uşağın atasının hüzuruna gətirərmişlər. Aslan da yaxşı oxuduğuna görə atası Məmmədsadiq kişinin hüzuruna gətirildikdə Məmmədsadiq kişi qəlbən çox şadlanmış və Hacı Rəhimə bir inək hədiyyə etmişdir. Sovet dövləti yeni qurulanda Abbasov Aslan Daşkənd kənd sovetinin katibi işləmişdir. Daha sonra onu Basarkeçər rayon milis şöbəsinə işə qəbul etmişlər. Sonradan o Daşkənd kəndinə qayıtmış və kolxozda qabaqcıl işçilərdən olmuş, dəfələrlə orden və medallarla təltif olunmuşdur.

1953-cü ilin may ayında ata-baba yurdu olan Göyçə mahalından departasiya olunmuş və həmin ildən də Bərdə rayonu Yeni Daşkənd kəndində yaşamışdır. Aslan Məmmədsadiqoğlu 1957-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmiş və Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Aslanın beş oğlu, beş qızı olmuşdur. 1918-ci ildə ermənilər Göyçədən azərbaycanlıları öz ata-baba yurdlarından sıxışdırarkən Əhməd adlı bir oğlu Şəmkirdə vəfat etmişdir. 1941/45-ci illərdə Böyük Vətən müharibəsində isə iki oğlu (Rüstəm və ?) həlak olmuşdur. 76 yaşlı oğlu Rəhim Şamaxının Mədrəsə kəndində yaşayır. Hal-hazırda oğlu Əvəz Abbasov və nəvəsi Əfqan Məmmədsadiqov yüksək rütbəli polis işçiləridir.

Yaradıcılığı

Aslan Məmmədsadiqoğlu xoş bir avazla şeir söyləmək və həmçinin özü də şeir yazmaq qabiliyyətinə malik olmuşdur. Onun şirin, mənalı gəraylı və qoşmaları xalqın yaddaşında qalmış, daim şeir həvəskarları tərəfindən el məclislərində söylənilmişdir.

El şairi Aslan Məmmədsadiqoğlunun həyatı və yaradıcılığı haqqında şair-publisist Eldar Həsənli dəfələrlə "İdrak", "Qafqazın səsi" və başqa qəzetlərdə geniş məlumatlar vermişdir. Aslan Məmmədsadiqoğlunun "Hacı Qurban" rədifli qoşması Şahbaz Səlimovun 2000-ci ildə toplayıb, tərtib etdiyi "Göyçə mahalının Daşkənd kəndinin Bakı şəhərində məskunlaşmış sakinlərinin ünvanları və telefon nömrələri" kitabında çap olunub (səh. 9–10)

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.