Aslan Abbasov (dövlət xadimi)

Aslan Məmməd oğlu Abbasov (11 mart 1950, Kirovabad11 iyun 2021, Bakı) — azərbaycanlı kimyagər alim və siyasətçi, Azərbaycan SSR Ali Sovetinin XII, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı,[1] İnsan Hüquqları Daimi Komissiyasının Sədr müavini (1995–2000), Azərbaycan Texnologiya Universitetinin Prorektoru (2016–2019), Yeni Azərbaycan Partiyası Səbail Rayonu Təşkilatının Siyasi Şurasının üzvü (1996–2021).

Aslan Abbasov
bayraq
Azərbaycan Milli Məclisinin I çağırış üzvü
bayraq2
24 noyabr 1995 30 noyabr 2000
Şəxsi məlumatlar
Doğum tarixi 11 mart 1950(1950-03-11)
Doğum yeri
Vəfat tarixi 11 iyun 2021(2021-06-11) (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti alim, siyasətçi
Uşaqları

Təltifləri "Şərəf nişanı" ordeni

Həyatı

Aslan Məmməd oğlu Abbasov 1950-ci il martın 11-də Gəncə şəhərində doğulmuşdur. 1967–1972-ci illərdə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsində "Kimya mühəndisliyi" ixtisası üzrə ali təhsil almışdır. 1985-ci ildə Azərbaycan Elmi Tədqiqat Olefin İnstitutunda kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 11 iyun 2021-ci ildə Bakı şəhərində vəfat etmiş və doğma Gəncə şəhərində ailə məzarlığında dəfn edilmişdir.[2]

Ailəsi

Ailəlidir, 3 övladı var.

  • Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin atasıdır.
  • Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır.[2]
  • Azərbaycanlı alim Lütviyyə Abbasovanın həyat yoldaşıdır.

Əmək fəaliyyəti

  • 2016–2019 Azərbaycan Texnologiya Universitetinin prorektoru.[3]
  • 2006–2016 Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elm Mərkəzinin baş elmi işçisi.
  • 2004–2006 Azərkimya Dövlət Şirkətinin Səthi Aktiv Maddələr Zavodunun direktoru.
  • 2000–2004 Azərbaycan Elmi Tədqiqat Olefin İnstitutunun baş elmi işçisi, direktor müavini və direktor əvəzi.
  • 1995–2000 Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan Hüquqları Daimi Komissiyasının Sədr müavini.
  • 1994–1995 Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Hüquq Siyasəti Daimi Komisiyasının Sədri.
  • 1990–1994 Azərbaycan Respublikasının Ali Sovetinin xalq deputatı.
  • 1992–1993 Gəncə Yüngül Sənaye Texnikomunun direktoru.
  • 1988–1992 Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı, Kəpəz Rayon Partiya Komitəsinin I katibi, Kəpəz Rayon Xalq Deputatları Sovetinin Sədri.
  • 1983–1989 Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatı.
  • 1983–1985 Kəpəz rayon Xalq Deputatları Sovetinin deputatı.
  • 1982–1988 Gəncə Alyuminium zavodunun Partiya Komitəsinin katibi.
  • 1974–1982 Gəncə Alyuminium zavodunun Kalium Sulfat sexinin baş aparatçısı, İstehsalat şöbəsinin mühəndisi, Yandırma və bərpa etmə sexinin baş ustası, İstehsalat şöbəsinin rəis müavini, Xammal sexinin rəisi.
  • 1973–1974 Gəncə Toxuculuq Kombinatının Toxuculuq istehsalatında Usta, Konstruktor bürosunun rəis müavini, əməyin elmi təşkili şöbəsinin rəisi, texniki təhlükəsizlik üzrə böyük mühəndis.

Elmi fəaliyyəti və əsərləri

80-dən artıq məqalənin, 5 müəlliflik şəhadətnaməsinin müəllifidir.

Kitabları

  • "Polimerlərin Kimyəvi Modifikasiyası", 2005 (monoqrafiya).
  • "Modifikasiya Edilmiş Polietilenlər", 2003 (monoqrafiya).
  • "Polimerlərin Fizikası", 2002 (dərslik).
  • Yüksək Molekullu Birləşmələr Sahəsində Elm və İstehsalın İnkişaf Perspektivləri", 1999 (monoqrafiya).
  • "Polietilen", 1997 (dərslik).
  • "Aşağı Molekullu Alfa-Olefinlərin və Onların Əsasında Alınan Polimer maddələrinin İstehsalı Sahəsində Aparılan Elmi Tədqiqat İşlərinin Vəziyyəti", 1993.

Siyasi fəaliyyəti

  • 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olmuş, partiyanın I və II Qurultayının nümayəndəsi olmuşdur. 1996-cı ildən həyatının sonunadək Yeni Azərbaycan Partiyası Səbail Rayonu Təşkilatının Siyasi Şurasının üzvü olmuşdur
  • 1995-ci il Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü.
  • 1994-cü il 5 may tarixində Qarabağ müharibəsində atəşkəsə dair Bişkek protokolunun imzalanmasında iştirak edən Azərbaycan Respublikası tərəfindən nümayəndə heyətinin üzvü.
  • 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının Ali Sovetində "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında" Konstitusiya Aktının lehinə səs vermiş 258 deputatdan biri.

Mükafatlar

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.