Asiya çılpaqgözü
Asiya çılpaqgözü[2] (lat. Ablepharus pannonicus) — Çılpaqgözlülər cinsinə aid növ.
Asiya çılpaqgözü | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Asiya çılpaqgözü |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Təsviri
Çənəarası qalxancıq qısa tikişlə alın qalxancıqa toxunur. Alınönü qalxancıq 2, alıntəpə qalxancığı 1 dənədir. Təpəarası qalxancıqı 1 dənədir. Gözüstü qalxancığın xarici kənarına 3–4 dənə xırda kirpik qalxancığı söykənir. Gözaltı qalxancıqdan öndə 4, nadir hallarda 3 dənə üst dodaq qalxancığı yerləşir. Göz dənəvər pulcuqlarla əhatə olunmuşdur. Gicgahın birinci cərgəsində 3 qalxancıq yerləşir. İki aralı anal qalxancıq vardır. Quyruq alt tərəfdən uzununa yerləşmiş və bir qədər enli qalxancıqlarla örtülmüşdür. Burun dəliklərindən başlayaraq bədənin yanları boyunca qara zolaq keçir. Bədənin alt tərəfi bozumtul və qəhvəyi rəngdə olub, yaşımtıl rəngə çalır. Çoxalma vaxtı yaşlı fərdlərin bədəninin, quyruğunun və ətrafların alt tərəfi narınc, kərpici — narıncı və yaxud qızılı çəhrəyı rəngdə olur. Bədən uzunluğu erkəklərdə 35.5 – 52 mm quyruğun uzunluğu L.cd. 22 – 59 mm, bədənin orta hissədən onu əhatə edən bir cərgədəki pulcuqların miqdarı Sq 20–22, boğaz və qarın altı tərəfindən uzunun bir cərgədə yerləşən pulcuqların miqdarı G+Ventr 58–72 dənə olur. Dişilərdə isə bədənin uzunluğu L 32 – 42 mm, quyruğun uzunluğu L. Cd. 31–53, L/L.cd 0.67–1.49 Sq 20–22 G+Ventr 58–69 arasında sayı dəyişir.
Yayılması
Asiya çılpaqgözlüsü Dünyada Cənubi-Şərqi Ərəbistanda, Livanda, İsraildə, Suriyada, İraqda, İranda, Əfqənistanda və ona qonşu olan Şimali-Qərb Hindistanda yayılmışdır. Bu növün təcrid olunmuş populyasiyalarına Zaqafqaziyada, Cənubi-Şərqi Gürcüstanda, Azərbaycanda Xəzər dənizinin Çilov, Buraki adalarında və Qobustanda yayılmışdır. Azərbaycanda Asiya çılpaqgözlüsünün Ablepharus pannonicus pannonicus Lichtenstein, 1823 nominativ yarımnövü yayılmışdır.
Yaşayış yeri və həyat tərzi
Sıx bitki örtüyünə malik olan sahələrdə, çayların sahillərindəki tuqaylarda, dağların daşlı və otlu yamaclarında, su axarlarınnın kənarlarında, əkin sahələrində, bostanlarda, seyrək ağac və kolluq olan sahələrdə rast gəlinir. Ayrı-ayrı məhdud sahələrdə rast gəldiyi üçün sayca azdır. Gündüzlər fəal həyat tərzi keçirir. Ayrı cinsiyyətli olub, erkək və dişi fərdlərdən ibarətdir. Yumurta qoymaqla çoxalır. İldə iki dəfə yumurta qoyur. Birinci yumurtaqoyma mayın sonunda, ikinci yumurtaqoyma isə iyul ayında olur. Bir dəfədə 3–6 yumurta qoyur. İlin yaz, yay və payız fəsillərində fəal olur. Mart ayının sonunda qış yuxusundan oyanır. Oktyabr ayının sonunda qış yuxusuna gedir. İnkişafı metomorfozsuz olub düzünə gedir.
Sayı
Areal daxilində ümumi sayı müəyyən edilməyib. Çilov adasında hər 100 m² sahədə orta hesabla 4–5 fərdinə rast gəldiyi halda Qobustanda yayıldığı sahədə orta hesabla 1–2 fərd düşdüyü müəyyən edilmişdir. Adalarda sayının azalması səbəbləri dənizin səviyyəsinin qalxması ilə əlaqədar olaraq bunların əlverişli yaşayış biotoplarının sıradan çıxması, təbii düşmənləri olan su ilanlarının və bir sıra quşların onlarla qidalanmaqla sayının azalmasına səbəb olmasıdır. Qobustanda isə aparılan təsərrüfat işləri zamanı onlar üçün əlverişli biotopların dəyişdirilməsi ilə bağlıdır. Suilanı, rəngbərəng təlxə, qırmızıqarın təlxə, zeytuni təlxə və bir sıra quşlar onlarla qidalanmaqla onun sayının azalmasına səbəb olurlar.
Qorunması üçün qəbul edilmiş tədbirlər: İndiyə kimi heç bir tədbir görülməmişdir.
Qorunması
Bu növün yayıldığı məhdud sahələrdə onlar üçün əlverişli biotopları qoruyub saxlamaq lazımdır. Qobustanda bunların yayıldığı biotoplarda insanın modifikasiyasiyalaşdırıcı təsirinin qarşısını almaq lazımdır. Adalarda dənizin səviyyəsinin qalxması zamanı Asiya çılpaqgözlüsünü Qobustanda əlverişli biotoplar olan sahələrdə köçürmək məqsədəuyğundur.
İstinadlar
- The Reptile Database (ing.). / P. Uetz 2015.
- "AMEA. Zoologiya İnstitutu. Sürünənlər". 2015-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-13.
Mənbə
- 1. Ахмедов С.Б. Сцинковые ящерицы Закавказья, автореферат канд. биол. наук, Ашхабад, 1992, стр. 25;
- 2. Банников А.Г., Даревский И.С., Ищенко В.Г., Рустамов Э.К., Щербак Н.Н. Определитель земноводных и пресмыкающихся фауны СССР. М.: 1977, стр. 120–123;
- 3. Еремченко В.К., Щербак Н.Н. Аблефаридные ящерицы фауны СССР и сопредельных стран. Фрунзе: Илим, 1986. −170 стр.