Asiman Quliyev
Asiman Aydın oğlu Quliyev (1956, Şəki, Azərbaycan SSR) — Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyat və sənaye" fakültəsinin dekanı, iqtisadi elmlər namizədi, əməkdar müəllim (2020).[1]
Asiman Quliyev | |
---|---|
Asiman Aydın oğlu Quliyev | |
15 iyul 1992 – 16 dekabr 1993 | |
Əvvəlki | Babalı Ağayev |
Sonrakı | Ataxan Şiriyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan SSR |
Təhsili | Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu |
İxtisası | İqtisadçı |
Fəaliyyəti | ADİU-nin dekanı |
Atası | Aydın Quliyev |
Həyat yoldaşı | Lalə Amanova |
Uşağı | 1 övladı var |
Dini | İslam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | İqtisadiyyat |
Elmi dərəcəsi | İqtisadi elmlər namizədi, dosent |
İş yeri | ADİU |
Həyatı
Asiman Quliyev 1956-cı ildə Şəki rayonunda anadan olmuşdur. 1963-1973-cü illərdə Bakı şəhərində orta məktəbdə, 1973-1978-ci illərdə isə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-1985-ci illərdə həmin institutun aspirantı olmuşdur.
1988-ci ildə Nikolay Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunda müdafiə edərək iqtisadi elmlər namizədi dərəcəsini almışdır. 1986-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1986-1989-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə Həmkarlar Komitəsinin sədri olmuşdur.
1992-1993-cü illərdə Lerik rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.[2]
1994-1997-ci illərdə Bakı Biznes Universitetində dosent olmuş və orada dekan işləmişdir. 1997-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadi nəzəriyyə-1" kafedrasının dosentidir. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində ki, "İqtisad elmləri: nəzəriyyə və praktika" jurnalının mətbuat katibidir.
2006-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Türk dünyası işlətmə" fakültəsinin dekan müavini olmuşdur. 2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadiyyat və sənaye" fakültəsinin dekanıdır.
60-dan artıq elmi əsəri, monoqrafiyası, dərsliyi və tərcümələri Azərbaycanda, Rusiyada və Çexoslovakiyada nəşr olunmuşdur. Beynəlxalq konfranslarda mütəmadi olaraq iştirak edir. Ailəlidir, 1 övladı var.
İstinadlar
- "Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-04.
- A. A. Quliyevin Lerik rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı