Birinci Qarabağ müharibəsi şəhidləri (R)

Siyahı

S/S
Şəhid
Rütbəsi
SQ
Qısa tərcümeyi-halı
1.
Rəhimov Abdulla … oğlu
əsgər
1958-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini Nəsimi rayon 247 nömrəli orta məktəbdə almişdir. Sonra 1975-ci ildə Abdulla Rəhimov əsgərliyə yollanmışdır. Qarabağ müharibəsi illərində Abdulla Rəhimov öz şücaətləri ilə seçilmişdir. 1994-cü il yanvarın 30-da Ağdərə uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Ailəli idi. 2 övladi var. Hal-hazırda oxuduğu 247 nömrəli məktəb onun adını daşıyır.
2.
Rəhimov Asif Dadaş oğlu
əsgər
21 oktyabr 1974-cü ildə anadan olmuşdur. 7 noyabr 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Asif Rəhimov 1994-cü ilin 20 aprel tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur. Hacıqabul rayonunun Atbulaq kəndində dəfn olunmuşdur. Subay idi.
3.
Rüstəmov Asif Rüstəm oğlu
əsgər
1956-cı ilin avqust ayının 5-də Ağdam rayonunun Keştazlı kəndində dünyaya göz açmışdır. Kənd orta məktəbini bitirdikdən sonra, Rusiya Federasiyasının Kirov vilayətinə əsgəri xidmətinə göndərilib. Hərbi xidmətini başa vurduqdan sonra, bir müddət Rusiyada qalıb. 1980-ci ilin ortalarında Ağdama qayıdıb. Burada tikinti sahasində çalışıb. Qarabağ muharibəsi başlayanda könüllü şəkildə cəbhəyə yola düşüb. Qiyaslı batalyonunda komandir müavini kimi qanlı döyüşlərdə iştirak edib. 1992-ci il sentyabr ayının 10-da Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Keştazlı kəndində dəfn olunub. Üç övladı və dörd nəvəsi var.
4.
Rüstəmov Eldəniz Nəsir oğlu
əsgər
27 dekabr 1977-ci ildə İmişli rayonunun Yalavac kəndində anadan olmuşdur. 26 fevral 1998-ci ildə Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən "Vəlixan" döyüş mövqeyində öz vəzifə borcunu yerinə yetirərkən mina patlayışı zamanı həlak olmuşdur. Yalavac kəndində dəfn olunmuşdur.[1]
5.
əsgər
6.
əsgər
7.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-06.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.