Asif Məmmədov (icra başçısı)

Asif Məmmədov (1962, Rəzgov, Lerik rayonu) — Balakən Rayon İcra Hakimiyyətinin başçısı (2006–2011-ci illər), Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı (2011–2013-cü illər).

Asif Məmmədov
bayraq
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
21 aprel 2011 15 fevral 2013
ƏvvəlkiNazim İsmayılov
SonrakıAsif Ağayev
bayraq
Balakən Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
2006 2011
ƏvvəlkiNəsib Məhəməliyev
Sonrakıİslam Rzayev
bayraq
Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının müavini
bayraq2
Şəxsi məlumatlar
Doğum tarixi 1962
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Həyatı

Asif Salman oğlu Məmmədov 1962-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1984-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Lerik rayon Mərkəzi kitabxanasında salon müdiri kimi başlamışdır. Sonralar "Əzizbəyovneft" və H. Z. Tağıyev adına NQÇİ-lərində iş icraçısı, rəis müavini, rəis vəzifələrində çalışmış, Kaspi-Yıldız" Azər-Türk MM-də baş direktor, idarə heyətinin sədri olmuşdur.

Evlidir, 4 övladı var. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İqbal Məmmədovun qardaşıdır.[1]

Siyasi fəaliyyəti

Asif Məmmədov Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının müavini, 2006–2011-ci illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2011-ci il aprel ayının 21-dən 2013-cü il fevral ayının 15-dək isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır[2].

Yeni Azərbaycan Partiyasının üzvüdür.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.