Asif Hacılı

Asif Abbas oğlu Hacıyev (3 aprel 1960, Marneuli) — filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin rektoru (2014–2016), ədəbiyyatşünas, folklorşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Asif Hacılı
Şəxsi məlumatlar
Doğum tarixi 3 aprel 1960(1960-04-03) (63 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti ədəbiyyat tənqidçisi
Atası Abbas Hacıyev
Elmi fəaliyyəti
Elm sahəsi ədəbiyyatşünaslıq, folklorşünaslıq
Elmi dərəcəsi
Elmi adı

Həyatı

Asif Abbas oğlu Hacıyev 3 aprel 1960-cı ildə Gürcüstan SSR-nin Borçalı mahalının Sarvan şəhərində, Nayvəlilər ocağında anadan olub.

1977-ci ildə Bakı şəhər 246 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1982–1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri işləyib, Bakı şəhər Xətai rayon gənc müəllimlər şurasının sədri olub.

1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb. Gənc alimlər şurasının, Tələbə Elmi Cəmiyyətinin sədri olub.

Tərcümə kafedrasında müəllim, Rus ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent işləyib. 1992-ci ildən 2016-cı ilə qədər Ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışıb, kafedranın professoru olub. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası fənlərindən mühazirələr və xüsusi seminarlar aparır.

1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.

2000-ci ilin may ayından 2014-cü ilin mart ayına qədər Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru işləyib. 2014-cü ilin mart ayından 2016-cı ilin iyun ayına qədər Bakı Slavyan Universitetinin rektoru işləyib.

2016-cı ilin sentyabr ayından Azərbaycan Universitetinin Aərbaycan dili və ədəbiyyatı kafedrasının professoru vəzifəsində işləyir.

Ailəsi

  • Borçalının öndər şəxsiyyəti Nayvəlinin kötücəsidir,
  • Sarvanlı el ağsaqqalı Məhəmməd Hacı oğlunun nəvəsidir,
  • Sarvanlı el ağsaqqalı, tanınmış pedaqoq Rüstəm Hacı oğlunun qardaşı nəvəsidir,
  • Professor Abbas Hacıyevin oğludur,
  • Filosof-alim Cümşüd Məhəmməd oğlunun qardaşı oğludur,
  • Filoloq-alim Vəkil Hacılının qardaşı oğludur,
  • Gürcüstanın siyasi və dövlət xadimi, pedaqoq Tofiq Hacıyev (siyasətçi)in qardaşı oğludur.
  • Pedaqoq, ictimaiyyətçi Xanlar Hacıyevin qardaşı oğludur.
  • Borçalı məktəblərinin müəllimləri Rafiq, Tariyel, Cavad Rüstəm oğlu Hacıyevlərin əmisi nəvəsidir.
  • Gürcüstanın tanınmış sənaye və dövlət xadimi Ələkbər Gərəkməzlinin bacısı oğludur.

Elmi-pedaqoji fəaliyyəti

Asif Hacılı ədəbiyyat nəzəriyyəsi, türk folklorunun poetikası, tarixi poetika, müasir ədəbiyyat, mifologiyafolklorşünaslıq üzrə tədqiqatlar aparır, tərcüməçiliklə məşğul olur, mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış edir.

Mifopoetik təfəkkürün fəlsəfi-estetik məsələlərinə, rus ədəbiyyatının tarixinə, müasir rus nəsrinin mifopoetik aspektlərinə, rus ədəbiyyatında islam və Şərq motivlərinin bədii-fəlsəfi dərkinə, bayatıların struktur-semiotik təhlilinə, müasir Azərbaycan və rus ədəbiyyatının poetikasına, mifologizm və folklorizm probleminə aid monoqrafiyaların və məqalələrin müəllifidir. Türk epik ənənəsinin tarixi-poetik xüsusiyyətlərinə, milli şüurdakı etnopoetik konseptlərə, müasir ədəbi prosesə, avrasiyaçılığa dair məqalələri dərc olunmuşdur.

Avrasiyaçılığa dair mətnlərin, XX əsr ədəbi manifestlərinin bir sıra nümunələrini tərcümə etmişdir. Rus ədəbiyyatında Qurani-Kərim mövzusuna (Bakı və Türkiyə nəşrləri) və XX əsr rus ədəbi nəsrinin mifopoetikasına (Azərbaycan və Almaniya nəşrləri)dair monoqrafiyaları , ədəbiyyatşünaslığın tarixinə və metodologiyasına və rus şəbəkə ədəbiyyatına aid dərslkləri (Azərbaycan və Rusiya nəşrləri) xarici müətəxssislər tərəfindən yüksək qiymətləndirilmiş və Rusiyanın və Avropa ölkələrinin universitetlərində, eləcə də tədqiqatçılar tərəfindən tədrisdə və elmi araşdırmalarda geniş istifadə olunur. Bu mövzularda, eləcə də türkologiyanın aktual məsələlərinə dair rusiyalı və türkiyəli tələbə və müətəxəssislərə mühazirələr oxuyur, elmi məcmuələrdə və nüfuzlu onlayn görüşlərdə çıxış edir.

Elmi yaradıcılığında BorçalıAxısqa türklərinin folklorunun toplanması, tədqiqi və nəşri xüsusi yer tutur. 1986-cı ildən Borçalı və Axısqa türklərinin folklorunun toplanması ilə məşğuldur. Axısqa türklərinin mifologiyasına, folkloruna, etnik tarix və etnoqrafiyasına həsr olunmuş kitabları türkologiyanın bu sahəsinə aid ilk sanballı əsərlər kimi yüksək qiymətləndirilmişdir. Bu sahədə tədqiqatlarından və topladığı folklor-etnoqrafik materiallarından ibarət məqalələri və kitabları AzərbaycandaTürkiyədə dərc olunub. Mütəmadi olaraq, müxtəlif ölkələrdə yaşayan Ahıskalı tələbə və gənc mütəxəssislərə Ahıskanın tarixinə və etnik mədəniyyətinə dair əyani və onlayn şəkildə elmi məruzəlrlə çıxışlar edir.

Borçalı türk folklorunun toplanması, tədqiqi və təbliğindəki xidmətlərinə görə Borçalı İctimai Cəmiyyətinin Fəxri diplomu ilə təltif olunub.

Türkologiyada çox az öyrənilmiş türkdilli xristian xalq olan urumların tarix və folkloruna dair, xarici alimlərin yüksək qiymətləndirdiyi və haqında rəylər dərc etdirdiyi kitabın müəllifidir.

Əsərləri Rusiya, Türkiyə, İran, Almaniya, Ukrayna, Bolqarıstan, Belarus, Özbəkistan, Tacikistan, Gürcüstan, Bolqarıstan və b. yerlərdə çap edilib. 200-ə qədər elmi əsərin, o cümlədən monoqrafiyaların və dərs vəsaitlərinin müəllifidir. 50-dən çox monoqrafiya, elmi məcmuə, dərslik və s. elmi redaktoru, məsləhətçisi, rəyçisidir. 30-a qədər dissertasiya işinə opponentlik edib, bir-neçə doktorantın elmi rəhbəridir.

Moskva, Kiyev, Ankara, İstanbul, Bursa, Kayseri, Astana, Daşkənd, Aşqabad, Düşənbə, Drezden, Tbilisi, Roma, Minsk, Sankt-Peterburq, Volqoqrad, Varna və b. şəhərlərdə beynəlxalq elmi konfranslarda iştirak edib.

Türk Dövlət və Cəmiyyətlərinin X və XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultaylarının iştirakçısı, XI Qurultayın "Beynəlxalq əlaqələr, Media və İnformasiya Texnologiyaları" komissiyasının katibi olmuşdur. Həmin qurultaylarda Borçalı və Axısqa türklərinin problemləri, xüsusən, milli maarif və mədəniyyət, repatriasiya məsələləri üzrə məruzələr etmiş, məruzələrin müddəaları qurultayların qərarlarında əks olunmuşdur.

"Borçalı" və "Qaraçöp" cəmiyyətlərinin idarə heyətinin üzvü, I Uluslararası Ahıska türkləri qurultayının, Ahısqa türkləri "Vətən" cəmiyyəti qurultaylarının iştirakçısı olub. Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumunun iştirakçısı, Dünya Azərbaycanlıları Xartiyasını hazırlayan işçi qrupunun üzvü olub.

Orta məktəblər və universitetlər üçün bir sıra proqram və dərsliklərin müəllifidir. Təlim rus dilində olan ümumtəhsil məktəbləri ücün "Ədəbiyyat" fənni üzrə kurrikulumun hazırlanması üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi işçi qrupunun sədri, həmin məktəblərin 5–11-ci sinifləri üçün "Ədəbiyyat" fənni üzrə proqram və dərsliklərin hazırlanması üzrə Təhsil Nazirliyi müəlliflər qrupunun rəhbəri və dərsliklər kompleksinin elmi redaktorudu və müəlliflərindən biri olmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-metodik Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin, Təhsil Nazirliyinin Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının və Elmi-Koordinasiya Şurasının üzvü kimi fəaliyyət göstərib.

Azərbaycanın umumtəhsil məktəblərinin V–IX sinifləri ucun "Qiymətləndirmə Standartlarının təkmilləşdirilməsi" və "Umumi təhsil məktəblərində və ilk peşə-ixtisas təhsili muəssisələrində təhsilalanların qiymətləndirilməsi və yekun dövlət attestasiyasının aparılması Qaydaları" əsasında fənn muəllimləri uçun muvafiq təlimatların hazırlanması üzrə təlim rus dilində olan umumtəhsil məktəbləri uçun "Ədəbiyyat" fənni üzrə İşçi qrupunun sədri olub.

Rus dilinə dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin (Moskva) təsisçilərindən biri və üzvüdür (2004). Bu cəmiyyətin Ekspert-konsultativ şurasının üzvüdür (2008).

Moskva Humanitar Pedaqoji İnstitutunun Elmi Şurasının 26.09.2006-cı il tarixli qərarı (№ 12) ilə Asif Hacıyevə bu İnstitutun Fəxri professoru adı verilmşdir.

Rossotrudniçestvanın "Dostluq və əməkdaşlığa görə" ("За дружбу и сотрудничество") Fəxri nişanı (2014), Rus dilinə dəstək beynəlxalq pedaqoji cəmiyyətinin (Moskva) "Müəllim adına sədaqət" ("За верность учительскому призванию") medalı (2014), Rusiya Federasiyasının A. S. Puşkin medalı (22 aprel 2016) ilə təltif olunmuşdur.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Elmi-Redaksiya Şurasının üzvüdür.

Qafqaz Universitetlər Birliyi Elmi şurasının üzvüdür (Türkiyə).

AMEA Folklor İnstitutu elmi-nəzəri seminarın sədri, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu nəzdində və BSU nəzdində dissertasiya şuralarının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Filologiya üzrə Ekspert Şurasının üzvü (2007–2011) olub. AMEA Folklor İnstitutu nəzdində Folklorşünaslıq üzrə problem şuranın üzvüdür. Bakı Slavyan Universiteti nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.02.071 Dissertasiya Şurasının sədri olub (2011–2016). Azərbaycan Tərcümə mərkəzinin Elmi-bədii Şurasının üzvüdür.

"BSU Elmi əsərləri"nin baş redaktoru, "Rus dili və ədəbiyyatı Azərbaycanda", "Literaturnıy Azerbaydjan", "Qarapapaqlar" (Gürcüstan), "Vestnik MQLU" ("Вестник МГЛУ", Россия, Москва), "Elmi dialoq" ("Научный диалог", Россия, Екатеринбург) jurnallarının, "Filoloqun kitabxanası", "Azərbaycan multikulturalizminin qaynaqları" seriyalarının, "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri", "Elm və cəmiyyət" məcmuələrinin redaksiya heyətlərinin, Yakov Qoqebaşvili adına Milli Pedaqoji Elmlər İnstitutunun "SAZRİSİ" ("Fikir", Gürcüstan, Tbilisi) Elmi əsərlərinin Elmi-konsultativ Şurasının üzvü, "Avrasya" Uluslar Arasi Araştirmalar Dergisinin (Türkiyə) Dış Temsilcisi və hakimi kimi fəaliyyət göstərib və göstərməkdədir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Kitabları

  1. Epik ənənə və müasir bədii nəsr. Bakı:Bilik, 1984–48 s.
  2. Qəribəm bu vətəndə. Ahıska türklərinin etnik mədəniyyəti. Bakı:"Gənclik", 1992–216 s.
  3. Мифологизм и фольклоризм современной прозы. Б., Изд-во АПУ им. Н.Туси, 1993–148 s.
  4. Поэтика современной прозы. Вопросы мифологического и фольклорного генезиса. Б., Мутарджим, 1997–204 с.
  5. Теория литературы. Учебное пособие. Б., Мутарджим, 1997–204 стр. – C. 125–140 (автор раздела "Литературный процесс")
  6. Axısqa türk folkloru.(tərtib, ön söz, toplayıcılıq, redaktə). B., Mütərcim, 1998 . — 228 s.
  7. Bayatı poetikası. B., "Elm", 2000 — 162 s.
  8. Ahıska türk folkloru. Ankara, 2001 Arxivləşdirilib 2014-06-30 at the Wayback Machine
  9. Mifopoetik təfəkkür fəlsəfəsi. B., Mütərcim, 2002. — 164 s.
  10. Русская проза. Вторая половина XX века. Опыт мифопоэтического толкования. Б., изд-во "Китаб алями", 2003. — 192 c.
  11. Литература. Учебник для 8 класса азербайджанских школ с русским языком обучения. Б., "ХХI-УNЕ", 2006, 2010, 2012. 224 c. (соавтор и научный редактор)
  12. Литература. Учебник для 9 класса азербайджанских школ с русским языком обучения. Б., "ХХI-УNЕ", 2007 (соавтор и научный редактор)
  13. Axısqa türk folkloru.(Ön söz və şərhlərin müəllifi, folklor mətnlərinin toplayıcısı). B., Nurlan, 2008. — 280 s.
  14. Qurani Kərim rus ədəbiyyatında. B., Kitab aləmi, 2009. — 248 s.
  15. Ahıska türkləri: Vətən bilgisi. İstanbul, 2009[1]
  16. Kamal Abdulla: seçimin morfologiyası. B., "Mütərcim, 2010. 132 s.
  17. Ədəbiyyatşünaslığın tarixi və metodologiyası. B., Mütərcim, 2011. — 32 s.
  18. История и методология литературоведения. Б., Мутарджим, 2011. — 36 c.
  19. Rus Edebiyatında Kur'an-ı Kerim. İstanbul, Doğu Kütüphanesi, 2012 . — 250 s. (türkçe)
  20. Сетература: история, типология и поэтика русской сетевой литературы. Баку, Мутарджим, 2012. — 76 c.
  21. Типология русской прозы рубежа ХХ и ХХI веков. Баку, Мутарджим, 2012. — 36 c.
  22. Национальный куррикулум по литературе для школ с русским языком обучения (V–XI классы).Министерство Образования Азербайджанской Республики. Баку, 2012 (председатель рабочей группы).
  23. Образовательная программа (куррикулум) по литературе (с русским языком обучения) для общеобразовательных школ Азербайджанской Республики (V–XI классы). – Баку, МО АР, Институт проблем образования АР, 2013 Arxivləşdirilib 2017-08-02 at the Wayback Machine (председатель рабочей группы)
  24. Axısqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı, Mutərcim, 2014. — 84 s.
  25. Urumlar: tarix və folklor. Bakı,, Mütərcim, 2014 . — 104 s.
  26. Ahıska türkləri: inanc dünyası. Bakı,, Mütərcim, 2014. — 108 s.
  27. Ahıska türklərinin sürgün folkloru. Bakı, Mutərcim, 2014. — 100 s.
  28. Axısqalı şair Usta Mürtəz. Bakı, Mütərcim, 2015
  29. Мифопоэтика русской прозы. Вторая половина ХХ века. – LAP LAMBERT Academic Publishing, 2018. — 180 c.
  30. XX əsr ədəbi düşüncələr tarixi (xatirələr, manifestlər, konsepsiyalar). Bakı: AU, 2018. — 340 s.
  31. История и методология литературоведения : учебно-методическое пособие / — Саратов : Вузовское образование, 2019.- 37 c.
  32. Русская сетевая литература: контекст, история, типология, поэтика : учебное пособие / — Саратов : Вузовское образование, 2019. — 87 c.
  33. Bayatı poetikası: struktur, semantika, praqmatika. – Bakı: "Elm", 2019, – 242 səh. (yenidən işlənmiş və genişləndirilmiş ikinci nəşri).
  34. "قرآنکریمدرادبیاتروس" (Müqəddəs Quran rus ədəbiyyatında). Fars dilində. İran, "Rusiya-İran dostluq assosiasiyası", "Mirasmaktoob", 2021 http://www.mirasmaktoob.ir/fa/news/11016
  35. Asif Abbas oğlu Hacıyev. XX və XXI əsrlərin qovşağı rus nəsri. Əsas istiqamət və cərəyanlar : tədris-metodik vəsait. — Saratov: Ali təhsil nəşriyyatı, 2022. 50 s. — Elektron mətn /// Гаджиев, Асиф Аббас оглы. Русская проза рубежа ХХ и ХХI веков. Основные направления и течения : учебно-методическое пособие / А.А. Гаджиев. — Саратов : Вузовское образование, 2022. — 50 с. — (Высшее образование). — Текст : электронный.
  36. Asif Abbas oğlu Hacıyev. XX əsrin ikinci yarısı rus nəsri. Mifopoetika məsələləri: dərs vəsaiti. — Saratov: Ali təhsil nəşriyyatı, 2022. — 178 s. — Elektron mətn. /// Гаджиев, Асиф Аббас оглы. Русская проза второй половины ХХ века. Вопросы мифопоэтики : учебное пособие / А.А. Гаджиев. — Саратов : Вузовское образование, 2022. — 178 с. — (Высшее образование). — Текст : электронный.
  37. Şuşa: ədəbi-mədəni mühit. – Bakı, CBS Polygrafic production, 2022, 256 s.

Müəllifi, tərtibatçısı olduğu dərslik, vəsait və proqramlar

  1. Мифологизм и фольклоризм в современной прозе. Учебное пособие. — Б., Изд-во АПУ, 1993.
  2. Теория литературы. Учебное пособие. — Б., Мутарджим, 1997 (соавтор).
  3. Русская проза. Вторая половина XX века. Опыт мифопоэтического толкования. Учебное пособие. — Б., Изд-во "Китаб алеми", 2003.
  4. Типология русской прозы 1990-х годов. Программа лекционного курса. Баку, 2003
  5. Русский постмодернизм. Программа лекционного курса. Баку, 2003
  6. Литература: учебник для 8 класса общеобразовательных школ с русским языком обучения /А. А. Гаджиев, Т. Г. Джафаров, И. М. Джарчиева, Р. А. Исаева; науч. ред. А. А. Гаджиев. — Баку: XXI-YNE, 2006, 2010, 2012 (соавтор и научный редактор).
  7. Литература: Учебник для 9-го класса общеобразовательных школ с русским языком обучения /А.Гаджиев, А.Гаджиев, Г.Гулиев и др.; науч. ред. А. А. Гаджиев. — Баку: XXI-YNE, 2007 (соавтор и научный редактор).
  8. Ədəbiyyatşünaslığın tarixi və metodologiyası (mühazirə tezisləri). — B., Mütərcim, 2011.
  9. История и методология литературоведения (тезисы лекций). — Б., Мутарджим, 2011.
  10. Сетература: история, типология и поэтика русской сетевой литературы. Учебное пособие. — Баку: Мутарджим, 2012.
  11. Типология русской прозы рубежа XX и XXI веков. Учебное пособие. — Б., Мутарджим, 2012.
  12. Программа курса "Практикум по литературе" /составитель/. Б., АПИРЯЛ им. М. Ф. Ахундова, 1992/1993 уч. г.
  13. Программа и методические указания по курсу "Практикум по литературе" // "Программы по кафедре теории литературы", Б., БСУ, 2002.
  14. Программа курса "Ведение в литературоведение" // "Программы по кафедре теории литературы", Б., БСУ, 2002. (соавтор: Х. А. Касимова)
  15. Программа по литературе для V–XI классов общеобразовательных школ с русским языком обучения. Утверждено МО АР. Б., 2006 (руководитель группы и соавтор)
  16. Ədəbiyyatşünaslığın tarixi və metodologiyası (fənn proqramı). B., Mütərcim, 2010
  17. История и методология литературоведения (программа курса). Б., Мутарджим, 2010
  18. Образовательная программа (куррикулум) по Литературе для общеобразовательных школ с русским языком обучения. (V–XI классы). Министерство образования Азербайджанской Республики, Институт проблем образования Азербайджанской Республики. Баку, 2013 (председатель рабочей группы) https://web.archive.org/web/20140702081128/http://kurikulum.az/images/kurikulumTam/edebiyyatrus.pdf
  19. Maarifçi-tənqidi realist ədəbiyyat. Ali təhsilin magistratura pilləsinin "filoloq" ixtisası üzrə fənn proqramı. Tərtibçi: prof. Asif Hacıyev, redaktor: dos. Ülviyyə Rəhimova, rəyçi: prof. Qorxmaz Quliyev. – Bakı: Azərbaycan Universiteti, 2018.
  20. Ümumtürk ədəbiyyatı tarixi. Ali təhsilin magistratura pilləsinin "filoloq" ixtisası üzrə fənn proqramı. Tərtibçi: prof. Asif Hacıyev, redaktor: dos. Ülviyyə Rəhimova, rəyçi: prof. Qorxmaz Quliyev. – Bakı: Azərbaycan Universiteti, 2018.
  21. Azərbaycan ədəbiyyatı tarixi (XX əsrin birinci yarısı). Ali təhsilin bakalavr pilləsinin "filoloq" ixtisası üzrə fənn proqramı. Tərtibçi: prof. Asif Hacıyev, redaktor: dos. Ülviyyə Rəhimova, rəyçi: prof. Qorxmaz Quliyev. – Bakı: Azərbaycan Universiteti, 2018.
  22. Azərbaycan ədəbiyyatı tarixi (XX əsrin ikinci yarısı – XXI əsr). Ali təhsilin bakalavr pilləsinin "filoloq" ixtisası üzrə fənn proqramı. Tərtibçi: prof. Asif Hacıyev, redaktor: dos. Ülviyyə Rəhimova, rəyçi: prof. Qorxmaz Quliyev. – Bakı: Azərbaycan Universiteti, 2018.
  23. Ədəbi tənqid tarixi. Ali təhsilin bakalavr pilləsinin "filoloq" ixtisası üzrə fənn proqramı. Tərtibçi: prof. Asif Hacıyev, redaktor: dos. Ülviyyə Rəhimova, rəyçi: prof. Qorxmaz Quliyev. – Bakı: Azərbaycan Universiteti, 2018.
  24. XX əsr ədəbi düşüncələr tarixi (xatirələr, manifestlər, konsepsiyalar). Dərs vəsaiti. Bakı: AU, 2018, 340 s.
  25. Русская сетевая литература: контекст, история, типология, поэтика : учебное пособие / — Саратов : Вузовское образование, 2019
  26. История и методология литературоведения : учебно-методическое пособие / — Саратов : Вузовское образование, 2019
  27. Asif Abbas oğlu Hacıyev. XX və XXI əsrlərin qovşağı rus nəsri. Əsas istiqamət və cərəyanlar : tədris-metodik vəsait. — Saratov: Ali təhsil nəşriyyatı, 2022. 50 s. — Elektron mətn /// Гаджиев, Асиф Аббас оглы. Русская проза рубежа ХХ и ХХI веков. Основные направления и течения : учебно-методическое пособие / А.А. Гаджиев. — Саратов : Вузовское образование, 2022. — 50 с. — (Высшее образование). — Текст : электронный.
  28. Asif Abbas oğlu Hacıyev. XX əsrin ikinci yarısı rus nəsri. Mifopoetika məsələləri: dərs vəsaiti. — Saratov: Ali təhsil nəşriyyatı, 2022. — 178 s. — Elektron mətn. /// Гаджиев, Асиф Аббас оглы. Русская проза второй половины ХХ века. Вопросы мифопоэтики : учебное пособие / А.А. Гаджиев. — Саратов : Вузовское образование, 2022. — 178 с. — (Высшее образование). — Текст : электронный.

Tərcümələri

  1. İlya Erenburq. İnsanlar, illər, həyat // "Ruh", 03–05.2003, № 1–10
  2. Filippo Tommazo Marinetti. Futurizmin ilk manifesti // "Ruh", 05–06.2003, № 11–12
  3. Filippo Tommazo Marinetti. Futurist ədəbiyyatın texniki manifesti // "Ruh", 05–06.2003, № 11–12
  4. Xuqo Ball. Dadaistlərin Sürixdə ilk gecəsinə manifest // "Ruh", 06,2003, № 13
  5. Rixard Hülzenbek. 1918-ci ilin dadaist manifesti // "Ruh", 06, 2003, № 13
  6. Hausman, Hülzenbek, Qolişeff. Dadaizm nədir və Almaniyada hansı məqsədlər güdür? // " Ruh", 06,2003, № 13
  7. Salvador Dali. Fotoqrafiya — ruhun azad yaradıcılığı// "Səhifələr", № 1, 15–22.05.2004
  8. İvan Qoll. Sürrealizm manifesti // "Səhifələr", № 1, 15–22.05.2004
  9. Kazimir Edşmid. Ekspressionizm poeziyada // "Səhifələr", № 3, 1–07.06.2004
  10. Nikolay Qumilyov. Simvolizm irsi və akmeizm. // "Səhifələr", № 4, 08–15–06.2004
  11. Osip Mandelştam. Akmeizmin səhəri// "Səhifələr", № 4, 08–15–06.2004
  12. Vladimir Solovyov. İncəsənətin ümumi mənası // "Səhifələr", № 5, 05–22.06.2004
  13. Nikolay Berdyayev. İnsanın köləliyi və azadlığı haqqında// "Səhifələr", № 5, 05–22.06.2004
  14. Yohan Heyzinqa. Oyun və yarış mədəniyyətin formalaşması funksiyası kimi // Səhifələr, № 7, 29–06.07.2004
  15. Harri Martinson. Modernizm// Səhifələr, № 8, 6–13.07.2004
  16. Espen Hovardsholm. Modernizm. Anlayışın tarixi-fəlsəfi planda tədqiqi // Səhifələr, № 8, 6–13.07.2004
  17. Umberto Eko. Postmodernizm, kinayə, həzz // Səhifələr№ 10, 20–27.07.2004
  18. N. S. Trubetskoy. Rus mədəniyyətində Turan elementi haqqında // "Səhifələr", № 12, 13, 14, avqust, 2004
  19. Blas de Otero. Manifest // "Səhifələr", 24 – 31 avqust, 2004
  20. Alfonso Sastre. İncəsənətin vəzifələri haqqında on bir müddəa// "Səhifələr", 24 – 31 avqust, 2004
  21. Valeri Bryusov. Sirlərin açarı. "Səhifələr", 31 avqust-sentyabr,2004
  22. Semyuel Hantinqton. Modernləşmə və vesternləşmə // "Səhifələr", 7 – 14 sentyabr, 2004
  23. Seyid Hüseyn Nəsr. Qərb və islam sivilizasiyaları prinsiplərinin toqquşması haqqında //"Səhifələr", 7 – 14 sentyabr, 2004
  24. Cino Cermani. Modernləşmə və urbanizasiya //"Səhifələr", 7 – 14 sentyabr, 2004
  25. Alfred Kreber. Üslub və sivilizasiya//"Səhifələr", 7 – 14 sentyabr, 2004
  26. İbn Xaldun.// Səhifələr, 14 – 21 sentyabr, 2004
  27. Arnold Toynbi. Ruhda parçalanma // Səhifələr, 14 – 21 sentyabr, 2004
  28. Mirça Eliade. Müasir incəsənətdə "dünyanın sonu" // Səhifələr, 14 – 21 sentyabr, 2004
  29. Çezare Lombrozo. Dahilik və dəlilik//"Səhifələr", 21 – 28 sentyabr, 2004
  30. Ernst Kreçmer. Demoniklik // "Səhifələr", 24 noyabr, 2004
  31. Salvador Dali, Luis Montaya, Sebastyan Qaş. Katalon antibədii manifesti, 2017
  32. Sebastyan Qaş. Sənətin ləğvinə dair, 2017
  33. Xavyer Boveda və b. Ultra (Gənc yazıçıların manifesti), 2017
  34. Gilyermo de Torre Ultramanifestlər, 2017
  35. Jan Pol Sartr. "Kənar adam"ın izahı, 2017
  36. Alberto Arbazino. "İtalyan qardaşlar"a 1977-ci ilin son sözü, 2017
  37. Federiko Qarsia Lorka. Təxəyyül və ilham haqqında, 2017
  38. Tomas Sternz Eliot. "Ənənə və fərdi istedad", 2017
  39. Anri Barbüs."Klarte" qrupu, 2017
  40. Lev Tolstoy. Həyat anlayışı, 2017
  41. Vladimir Solovyov. Həyatın mənəvi mənası onun ilkin anlamında, 2017
  42. Rolan Bart. Dram, poema, roman, 2017
  43. Vasili Rozanov. Ay işığı adamları. Xristianlığın metafizikası, 2017
  44. Con Qolsuorsi. Romançının inamı, 2017
  45. Alən Rob-Qriye. "Köhnəlmiş bir-neçə anlayış barədə", 2017

Jurnal və dövri nəşrlərin redaksiya heyəti üzvlüyü

  1. "Литературный Азербайджан" (Азербайджан)
  2. Ученые записки БСУ (Азербайджан)
  3. "Русский язык и литература в Азербайджане"" (Азербайджан)
  4. "Мультикультурализм" (Азербайджан)
  5. "Карапапахи" (Грузия)
  6. "Вестник МГЛУ" (Россия, Москва)
  7. "Научный диалог" (Россия, Екатеринбург)
  8. Ученые записки Национального института педагогических наук им. Якова Гогебашвили "Сазриси" (Грузия)
  9. Международный журнал евразийских исследований (зарубежный представитель и член редколлегии) (Турция)
  10. "Последователи "Бейтус-Сефа" (литературно-художественный, научно-публицистический журнал) (Азербайджан)

Məcmuə, seriya, topluların redaksiya heyəti üzvlüyü

  1. "Актуальные проблемы изучения гуманитарных наук"
  2. "Библиотека филолога"
  3. "Источники азербайджанского мультикультурадизма"
  4. "Наука и общество"
  5. "Восток и Запад""Şərq və Qərb"
  6. "Голос Влстока" (газета)
  7. "ZiM. Az" (сайт)

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.