Asif Bəkirli
Asif Şahnəzər oğlu Bəkirli (1964, Alıkənd, Göyçay rayonu) — Publisist, Professional Kouç, Auditor, "Fəxri Fərman", "Tərəqqi" medalı, "Əməkdar mühəndis" və "Qızıl Qələm" mükafatı laureatı.
Asif Bəkirli | |
---|---|
Asif Şahnəzər oğlu Bəkirli | |
Doğum tarixi | 1964 |
Doğum yeri | |
Atası | Şahnəzər |
Milliyyəti | azərbaycanlı |
İxtisası | İnşaat mühəndisi |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Asif Bəkirli 1964-cü ildə Göyçay rayonunun Alıkənd kəndində neftçi ailəsində anadan olmuşdur. Bakı şəhər 220 nömrəli və Göyçay şəhər 9 nömrəli orta ümüm-təhsil məktəblərində təhsil almışdır.1981-ci ildən əmək fəaliyyətinə çilingər kimi başlamış, 1982–1984-cü illərdə Rusiya Federasiyasının Amur vilayətində həqiqi hərbi xidmətdə olmuşdur. 1984–1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakultəsində təhsil almış və oranı İnşaat mühəndisi ixtisası üzrə bitirmişdir.[1]
Fəaliyyəti
Ali təhsilini aldıqdan sonra 1989-cu ildən etibarən ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etməklə yanaşı, gənc mütəxəssis kimi neft sənayesində layihəçi-mühəndisdən başlayaraq ardıcıl olaraq, aparıcı mühəndis, qrup rəhbəri, baş mütəxəssis, şöbə rəisi, Əməyin mühafizəsi və keyfiyyətə nəzarət xidmətinin rəisi kimi çalışmışdır. 2005–2011-ci illərdə Təlim Tədris Sertifikatlaşdırma departamentinin direktoru işləmiş, 2011-ci ildən etibarən SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi işləyib.[2] 2023-cü ilin sonlarından Azfen MMC-nin Baş direktorunun müşaviri, 2024-cü ilin əvvəlindən isə İnsan Resursları üzrə müavini kimi çalışır.
Fəaliyyəti dövründə dünyanın inkişaf etmiş bir çox ölkələrində işgüzar səfərlərdə olmuş, ölkə daxilində və xaricində ən yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə təşkil olunmuş menecmentlik, insan resurslarının idarəedilməsi, liderlik, keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi idarəetmə sistemləri ilə bağlı təlim və praktiki kurslarda iştirak edərək müvafiq sertifikatlara layiq görülmüşdür. Bu sertifikatlar içərisində Avropa Keyfiyyət Təşkilatının (EQQ ) ISO keyfiyyət, OHSAS 18001 Əməyin Mühafizəsi Təhlükəsizliyi, ISO 14000 Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Auditor sertifikatları da vardır. Beynəlxalq standartların tətbiqi və insan resurslarının idarəedilməsi ilə bağlı mütəmadi olaraq mətbuat və Kütləvi İnformasiya vasitələrində çıxışlar etmiş və məqalələri dərc olunmuşdur.
"Dənizneftqaztikinti" Elmi Tədqiqat Layihə İnstitutunun aparıcı mühəndisi kimi dənizdəki bir çox layihələrin ana dilimizdə (dəniz estakadaları) işlənib hazırlanmasında, eləcə də "Xəzərdənizneftqaztikinti" trestində işlədiyi zaman ilk dəfə Beynəlxalq standartların tətbiqi (yüzlərlə mütəxəssislərə bu istiqamətdə təlim keçmişdir) və trestin xarici tenderlərdə uğurla iştirakında və Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin direktoru olan zaman təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində təşkili üçün ISO seriyalı (ISO 9001, OHSAS 18001, ISO 14001, ISO 17025, ISO/IEC 17024 və EN 287–1) standartlar üzrə beynəlxalq sertifikatların alınmasında və həmin müəssisənin "Uğur" mükafatına layiq görülməsində, həmçinin İnsan Resursları Departamentinin rəisi kimi işə qəbulun tam şəffaf və müsabiqə yolu ilə həyata keçirilməsinin təmin edilməsindəki fəaliyyətinə görə Departamentin "Uğur" Arxivləşdirilib 2014-04-21 at the Wayback Machine mükafatına layiq görülməsində və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın təmin edilməsində xüsusi xidmətləri vardır.1997-ci ilin iyun ayında təsis edilmiş "Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası"[3] nin həmtəsisçisidir.
SOCAR-da "İnsan resursları funksiyalarının transformasiyası" Proqramının “Səriştəliklərin idarə edilməsi”, “Fəaliyyətin effektliyinin idarə edilməsi”, “İşə qəbulun idarə edilməsi”, “Təlimin idarə edilməsi”, “ İstedadların idarə edilməsi” kimi layihələrin həyata keçirilməsinə birbaşa rəhbərlik etmişdir.
Mükafatları
Azərbaycan KİVİHİ RH-nin qərarı ilə "Qızıl Qələm" media mükafatı laureatı, Azərbaycan Mətbuat Şurasının "Demokratik dövlət quruculuğundakı xidmətlərinə və kütləvi informasiya vasitələri ilə fəal əməkdaşlığına görə" diplomu ilə eləcə də "XXI əsrin tanınmış ziyalısı" beynəlxalq diplomu ilə və Neft və qaz sənayesinin inkişafındakı xüsusi xidmətlərinə görə "Fəxri Fərman" ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" 2014-cü il 19 sentyabr tarixli 734 nömrəli Sərəncamı ilə Azərbaycan neftçilərinin peşə bayramı və "Əsrin müqaviləsi"nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[4]
Azərbaycan Respublikasının neft sənayesi işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Asif Şahnəzər oğlu Bəkirliyə "Əməkdar mühəndis" fəxri adı verilmişdir.[5]
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin 29 sentyabr 2017-ci il tarixli Qərarı ilə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru seçilmişdir.
30 may 2018-ci ildə Rusiya Federasiyası Yazıçılar İttifaqının Moskva şəhər təşkilatının A.S.Puşkin adına "Sözə və əmələ sədaqət" medalı ilə təltif olunub.
Türkiyənin Ankara Şəhərində fəaliyyət göstərən, Fəxri Professoru olduğu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının təqdimatı ilə Birləşmiş Millətlər Təşkilatının UNCOPA (UN Council for Public Awards) Şurasının "Mədəniyyət və Sülh Səfiri" fəxri adı verilməklə "Leybnis medalı" ilə təltif edilmişdir[6]. 18 noyabr 2021-ci il tarixində "Erickson İnternational" şirkətinin Beynəlxalq
"Professional Kouçinq Sertifikatına" layiq görülmüşdür.
Türk Dünyası Araşdırmaları Uluslararası İlmler Akademiyasının 15 fevral 2023-cü il tarixli qərarına əsasən "Türk Dünyasının Fahri Aydını Uluslararası Ödülü", 20 dekabr 2023-cü ildə isə "Türk dünyasında ilin adamı" beynəlxalq mükafatı və eləcə də "Avropa Şərəf Medalı" ilə təltif edilmişdir.
Beynəlxalq sertifikatlar
- TS EN ISO 9001 Kalite yönetimi ve kalite giivencesi standartları temel eğitimi ve kalite sistem dokumantasyonu
- TS EN ISO 9000 kuruluş içi kalite tetkikləri
- TS EN ISO 14000 çevre yönetim sistemi ve çevre yönetimi tetkikçi eğitimi
- Quality Auditor/Lead of Auditor
- Occupational Health and Safety Systems Auditor/Lead Auditor
- Environmental Auditor/Lead Auditor
- EOQ Quality Auditor
- EOQ Environmental Systems Auditor
- EOQ Occupational Health and Safety Auditor
- Personel belgelendirmesi yapan belgelendirme kuruluşları için genel kriterler-kaynakçıların yelerlilik sınavı ile ilgili genel kurallar
- İş Sağlığı və Güvenliği ( OHSAS) Risk Değerlendirme ve Derecelendirme Eğitimi
- Proseslərin yönetimi, etkileşimi ve iyileştirme teknikleri
- TS EN ISO / IEC 17024 Uyğunluk değerlendirmesi personel belgelendirmesi yapan kuruluşlar için genel şartlar
- TS EN 16001 Enerji Yönetim Sistemi temel eğitimi
- Combined Programme on Advanced Work Practices for HR Managers (Geneva-Switzerland)
- Resourcing, Employment and selection interviewing (Azerbaijan Diplomatic Academy)
- Personal Managment as a tool of company”s efficiency (Italy-Rome)
- “Managing Human Resources in Total ” (France-Paris la defense)
- HR Management at Uniper for SOCAR
- HR-New business partner or next generation human resources
- Modern HR-Manager effective system of staff management in the organizaton
- Erickson Coachinq International ‘Koçluğun Sanatı ve Bilimi’ Sertifika Programı Modul I‘Motivasyon Yaratma’
- Erickson Coachinq International ‘Koçluğun Sanatı ve Bilimi’ Sertifika Programı Modul II ‘Yaratıcı Gözümler Üretme’
- Erickson Coachinq International ‘Koçluğun Sanatı ve Bilimi’ Sertifika Programı Modul III ‘Özdeğerler Koçluğu’
- Certificate of CompletionThe Art Science of Coaching Modules-I-IV
- Erickson Solution Focused Coach Certificate The Art Science of Coaching Modules-I-IV
Yaradıcılığı
Bir sıra bədii və elmi kitabların məsləhətçisi, həmmüəllifi və müəllifidir. Bu kitablardan Azərbaycanda ilk dəfə çapdan çıxmış ISO 9000/OHSAS 18001/ISO 14000 Beynəlxalq İdarəetmə Standartları, OHSAS/TS 18001:2008 Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi (son versiyanın izahlı şərhi) və Beynəlxalq İdarəetmə Sistemlərinin İnteqrasiyası və Auditi (sənədləşdirmə nümunələri) eləcə də "İnsan resurslarının idarə edilməsi: nəzəriyyədən praktikaya" adlı kitabı misal göstərmək olar.
Bundan başqa 2003-cü ildə çap olunmuş "Haqq səsiyəm" adlı şerlər kitabının da müəllifidir.
AMEA-nın İqtisadiyyat İnstitutunda Fəlsəfə doktoru üzrə "İdarəetmənin Keyfiyyətinin Yüksəldilməsi İstiqamətləri" mövzusunda elmi araşdırmalar aparır.
Kitabları
- "Haqq səsiyəm" (şerlər), Bakı, 2003.
- "Beynəlxalq İdarəetmə Standartları", Bakı, "Adiloğlu", 2006.[7]
- "Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi", Bakı, 2009
- "Beynəlxalq idarəetmə sistemlərinin inteqrasiyası və auditi (sənədləşdirmə nümunələri)", Bakı, 2010.[8]
- "İnsan resurslarının idarə edilməsi: nəzəriyyədən praktikaya", Bakı, "Elm və təhsil" nəşriyyatı, 2016.[9]
- "Düşündüklərim… Qənaətlərim… Praktikadan nəzəriyyəyə, Bakı, "Elm və təhsil" nəşriyyatı, 2017.
- "Vicdan", Bakı, 2020.
- "Kamilliyə doğru", Bakı, 2023
- "Beynəlxalq İdarəetmə Standartları"
- "Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi"
- "Beynəlxalq idarəetmə sistemlərinin inteqrasiyası və auditi"
- "İnsan resurslarının idarə edilməsi: nəzəriyyədən praktikaya"
İstinadlar
- Orxan Fikrətoğlu. "Sözünü dəyişməyən adam" (az.). 525.az. 06-03-2014. İstifadə tarixi: 2016-08-13.
- Orxan Vahidoğlu. "Asif Bəkirli: İşə qəbul yalnız vətəndaşın bilik və bacarığından asılıdır" (az.). "İki sahil" qəzeti. 19-02-2016. İstifadə tarixi: 2016-08-13.
- ""Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası"". 2018-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-01.
- "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamı". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (az.). president.az. 19 sentyabr 2014. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-13.
- "Azərbaycan Respublikasının neft sənayesi işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2016-cı il tarixli Sərəncamı". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (az.). president.az. 19 sentyabr 2016. 2017-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-22.
- "Arxivlənmiş surət". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-18.
- "Toplu kataloq". AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzi (az.). elibrary.azlib.net. İstifadə tarixi: 2016-08-13.
- M.Mükərrəmoğlu. "Dəyərli vəsait" (az.). Xalq qəzeti. 21-04-2010. İstifadə tarixi: 2016-08-13.
- ""İnsan Resurslarının İdarə Edilməsi: Nəzəriyyədən Praktikaya" adlı yeni kitabı işıq üzü görüb" (az.). "İki sahil" qəzeti. 13-06-2016. İstifadə tarixi: 2016-08-13.