Asif Şirinov
Asif Əhməd oğlu Şirinov (31 avqust 1959, Dövlətyarlı, Füzuli rayonu) — Azərbaycan aktyoru, quruluşçu rejissor və baş rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2018).
Asif Şirinov | |
---|---|
Asif Əhməd oğlu Şirinov | |
Doğum tarixi | |
Doğum yeri | Dövlətyarlı, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Əhməd Şirinov |
Fəaliyyəti | aktyor, quruluşçu rejissor, baş rejissor |
Fəaliyyət illəri | 1977–h.h. |
Təhsili | ADMİU |
Teatr | Füzuli Dövlət Dram Teatrı |
Mükafatları |
Həyatı
Asif Şirinov 1959-cu il avqustun 31-i Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub. 2000–2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.[1]
Fəaliyyəti
1977–1979-cu illərdə M. K. Krupskaya adına Mədəni Maarif öz fəaliyyət dram dərnəyinin rəhbəri olmuşdur. 1989-cu il Füzuli DDT-da truppa müdiri, daha sonra isə aktyor və quruluşçu rejissor kimi fəaliyyət göstərib. Bu illərdə A. Səfərli "Fantan ərə gedir"də Misir, S. S. Axundov "Eşq və intiqam"da Cəbi, R. Səməndər "Gəlməyin, görməyin, gülməyin"də Məhəmmədəli, C. Məmmədov "Günəş zindanda", Şeyx Hidayət "Məhəbbət yaşayır hələ"də Kərəməli, Anar "Təhminə və Zaur"da Murtuz, C. Cabbarlı "Almaz"da Mirzə Səməndər, "Aydın"da Mirzə Cavad, Ə. Haqverdiyev "Dağılan tifaq"da Həmzə, M. Qacar "Qabanın səfəri"ndə Porsuq, S. Səxavət "Qapıların o üzündə qalan dünya"da Gülalı, H. Mirələmov "Vicdanın hökmü"ndə Rəhman, S. S. Axundov "Tamahkar"da Əliqulu, S. Axundov "Bəndalı bəndə düşüb"də Qurban, N. Vəzirov "Daldan atılan daş topuğa dəyər"də Dəli Yaşar, Ş. Tofiqqızı "Taleyin bir üzü"ndə Baba, R. Əlizadə "Dünyanın axırı"da polis və s. obrazlarını yaratmışdır.
2007-ci ildən isə Füzuli Dövlət Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərir. O, A. Səfərli "Qarabağım qan ağlar", N. B. Vəzirov "Yağışdan çıxdıq, yağmura düşdük", "Daldan atılan daş topuğa dəyər", S. Axundov "Bəndalı bəndə düşüb", S. S. Axundov "Tamahkar", "Şahsənəm və Gülpəri", H. Mirələmov "Vicdanın hökmü", İ. Əfəndiyev "Unuda bilmirəm", C. Məmmədquluzadə "Kamança", T. Məmmədov "Ana abidəsi", S. Rüstəm "Çimnaz xanım yuxuda", M. S. Ordubadi "5 manatlıq gəlin", N. Vəzirov "Adı var, dadı yox", İ. Məlikzadə "Subaylarınızdan görəsiniz", H. Mirələmov "Xəcalət", M. F. Axundzadə "Hacı Qara", Ə. Əmirli "Varlı Qadın" və s. tamaşalarının qurluşçu rejissorudur.
2019-cu il noyabrın 5-i Asif Şirinovun 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Yubiley tədbirində giriş sözü ilə çıxış edən teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev Asif Şirinovun Mədəniyyət Nazirliyi tərəfindən təltif edildiyini vurğulayıb. Sonra Azərbaycan Teatr Xadimləri İttifaqının, Füzuli rayon İcra Hakimiyyətinin, "N" saylı hərbi hissə, Sərhəd qoşunlarının fəxri fərmanları yubliyara təqdim olunub. Daha sonra Asif Şirinovun quruluşu əsasında hazırlanan tamaşalardan parçalar, musiqi nömrələri və bir-birini əvəz edən təbriklərlə yubiley tədbiri davam edib.[2]
Filmoqrafiya
Teatr
- Fantan ərə gedir — Misir
- Eşq və intiqam — Cəbi
- Gəlməyin, görməyin, gülməyin — Məhəmmədəli
- Günəş zindanda — Şeyx Hidayət
- Məhəbbət yaşayır hələ — Kərəməli
- Təhminə və Zaur — Murtuz
- Almaz — Mirzə Səməndər
- Aydın — Mirzə Cavad
- Dağılan tifaq — Həmzə
- Qabanın səfəri — Porsuq
- Qapıların o üzündə qalan dünya — Gülalı
- Vicdanın hökmü — Rəhman
- Tamahkar — Əliqulu
- Bəndalı bəndə düşüb — Qurban
- Daldan atılan daş topuğa dəyər — Dəli Yaşar
- Taleyin bir üzü — Baba
- Dünyanın axırı — polis
- A. Səfərli — "Qarabağım qan ağlar"
- N. B. Vəzirov — "Yağışdan çıxdıq, yağmura düşdük"
- "Daldan atılan daş topuğa dəyər"
- S. Axundov — "Bəndalı bəndə düşüb"
- S. S. Axundov — "Tamahkar"
- "Şahsənəm və Gülpəri"
- İ. Əfəndiyev — "Unuda bilmirəm"
- H. Mirələmov — "Vicdanın hökmü"
- C. Məmmədquluzadə — "Kamança"
- T. Məmmədov — "Ana abidəsi"
- M. S. Ordubadi — "5 manatlıq gəlin"
- N. Vəzirov — "Adı var, dadı yox"
- S. Rüstəm — "Çimnaz xanım yuxuda"
- İ. Məlikzadə "Subaylarınızdan görəsiniz"
- M. F. Axundzadə "Hacı Qara"
- Ə. Əmirli "Varlı Qadın"
- H. Mirələmov "Xəcalət"
Mükafatları
- Azərbaycan Respublikasının əməkdar artisti (2018).[3]
- Azərbaycan peşəkar milli teatrının 140 illik yubleyi ilə əlaqədar "Fəxri Mədəniyyət işçisi" döş nişanı ilə təltif olunmuşdur.[4]
- Mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi münasibətilə Asif Şirinov Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.[5]
- 10 may 2022-ci ildə[6] və 6 may 2023-cü ildə[7] Prezident Mükafatına layiq görülmüşdür.
İstinadlar
- "Asif Əhməd oğlu Şirinov". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-17.
- "Əməkdar artist Asif Şirinovun 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-17.
- "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Prezidentinin 27.05.2018-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 27.05.2018. 2021-05-17 tarixində arxivləşdirilib.
- "Teatrın nailiyyətləri". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-17.
- "Füzuli Dövlət Dram Teatrının baş rejissoru təltif olunub". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-17.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-15.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.