Asahi Şimbun
Asahi Şimbun (yap. 朝日新聞; azərb. "Səhər günəşi") — Yaponiyanın ən qədim və ən böyük gündəlik milli qəzetlərindən biri.
Asahi Şimbun | |
---|---|
| |
Növ | gündəlik qəzet |
Format | Geniş formatlı (40,6 × 54,6 sm)[1] |
Sahibi | Mitiko Murayama, Şoiçi Ueno |
Yaranma tarixi | 25 yanvar 1879) |
Siyasi mənsubiyyət | mərkəz-solçu[2][3][4] |
Dil | yapon dili |
Qiymət | 150 ¥, 50 ¥ |
Baş ofis | |
Şəhər | Tokio |
Ölkə | Yaponiya |
Tiraj | 7,960,000 (2010),[5] 6,572,195 (2016)[6] |
ISSN | 1045-5094 |
asahi.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Qəzetin ilk nüsxəsi 1879-cu il yanvarın 25-də Osaka şəhərində buraxılıb. 4 illüstrasiyalı səhifədən ibarət olan ilk nüsxə 1 sen (1/100 yen) dəyərində olub. Qəzetin redaksiyasında 20 nəfər işləyirdi. "Asahi Şimbun"un yaradıcıları Noboru Kimura (sahib), Ryohei Murayama (prezident və naşir) və Tey Çuda (baş redaktor) hesab olunurlar.
Hazırda
Hal-hazırda qəzet ümummilli nəşr hesab olunur və "Mitsui" konserni tərəfindən maliyyələşdirilir. Qəzetin gündüz nəşrinin tirajı 6 mln, gecə nəşrinin tirajı isə 4 mln ədəddir. Səhər nömrələri (saat 14:00-dək) 14 müxtəlif variantda nəşr olunur. Qəzetin nüsxələrinin 66 %-i abunə yolu ilə yayılır. "Asahi Şimbun"un 226 yerli bürosu, 1 mərkəzi bürosu və 61 regional nümayəndəliyi var. Qəzet 14 informasiya agentliklərinin xidmətindən istifadə edir.
"Asahi Şimbun"un ingilis dilində olan 2 layihəsi var. Bunlardan biri yarısı yapon, yarısı ingilis dilində çap olunan "Asahi evening news" qəzetidir.[7]
Qəzetin özünün illik mükafat təqdim edən fondu fəaliyyət göstərir.[8][9] Qəzet "səs-küylü", sensassion başlıqlardan istifadə etmir. "Asahi Şimbun"un parlaq ifadə olunmuş liberal baxışları var. Auditoriyası isə yüksək təhsilli intellektual şəxslərdən və gənclərdən ibarətdir.
Həftənin bazar günləri qəzetin "New York Times Weekly Review" adlı əlavəsi və analitik həftəliyi olan "AERA" dərc olunur. Nəşrlər geniş formatlıdırlar. Reklamlar isə onların 55–60 %-nı təşkil edir.
İstinadlar
- "数字で見る朝日新聞". Asahi. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2011.
- "President of Japanese Newspaper Apologizes for Errors". The Wall Street Journal. 11 September 2014. 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 October 2017.
- "Yomiuri, Japan's biggest newspaper, apologizes for using term 'sex slaves'". The Washington Post. 28 November 2014. 19 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 October 2017.
- "It's Official: Japan Will Hold a Snap Election". The Diplomat. 22 November 2014. 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 October 2017.
- "全国紙の朝・夕刊別販売部数(単位:部)". Yomiuri. 17 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 March 2011.
- "朝日新聞、4年間で発行部数105万減の衝撃…新聞業界、存亡の危機突入へ". biz-journal. 2016-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-21.
- Andy Sharp. "Asahi to Drop English Daily". The Diplomat. 7 December 2010. İstifadə tarixi: 31 December 2012.
- "Asahi Prize". Asahi Shimbun. 23 April 2010 tarixində arxivləşdirilib.
- "Frontier Research Center's Prof. Hosono Wins Asahi Prize". Tokyo Institute of Technology. 12 January 2011. 18 December 2012 tarixində orijinalından arxivləşdirilib.
Xarici keçidlər
- Rəsmi saytı (yap.)
- Asahi Shimbun Asia & Japan Watch (ing.)