Asəf Tağıyev
Asəf Tağı oğlu Tağıyev (30 aprel 1952, Yengicə, Noraşen rayonu) — baş həkim, Naxçıvan Muxtar Respublikasının V çağırış Ali məclisinin deputatı.
Asəf Tağıyev | |
---|---|
2005 – 2019 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 aprel 1952 (71 yaş) |
Doğum yeri | |
Təhsili |
Həyatı
Asəf Tağıyev 1952-ci il 30 aprel ayında Şərur rayonunun Yengicə kəndində anadan olub. 1959-cu ildə Yengicə kənd orta məktəbinin birinci sinfinə daxil olub və 1969-cu ildə məktəbi fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsinə daxil olub.
Fəaliyyəti
Asəf Tağıyev 1971-ci ildə Azərbaycan Lenin Kominist Gənclər İttifaqının mərkəzi komitəsində Azərbaycan tələbə inşaat dəstələrinə baş sanitar həkim, 1973-cü ildə Bakı sahə Semaşko adına xəstəxanada anestezialoq, reanimotoloq vəzifələrində çalışmışdır. 1976-cı ildə Şərur rayonuna gələrək Çərçiboğan kənd sahə xəstəxanasında sahə həkimi, 1986-cı ildə Çərçiboğan kənd sahə xəstəxanasına baş həkim təyin edilir. 1987-ci ildə müəsissələrin icarə və özünüidarə etməsi ilə bağlı Moskva şəhərində kursda olmuşdur. 1988-ci ildə qabaqcıl kənd həkimlərinin Moskva müşavirəsinin iştirakçısı olmuşdur.
1990-cı il yanvar ayında Şərur rayonunda gedən hücumlar ərəfəsində, göstərdiyi həkimlik fəaliyyətinə görə Asəf Tağıyev, "Müharibə Veteranı" adına laiq görülür. 1991-ci ilin iyun ayından Şərur rayon mərkəzi xəstəxanasında müalicə işləri üzrə müavin, 1999-cu ildə isə baş həkim təyin olunur. 2000-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının üzvü seçilir. 2005–2010-cu il Naxçıvan Muxtar Respublikasının III çağırış Ali məclisinə, 2010–2015-ci il Naxçıvan Muxtar Respublikasının IV çağırış Ali məclisinə və 2015–2020-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının V çağırış Ali məclisinə deputat seçilmişdir.[1]
Ailəsi
1975-ci ildə Samux rayon Sərkar kənd sakini ali təhsilli kimi biologiya müəllimliyi 1953 təvvəlüdlü Axundova Rəqibə Həsən qızı ilə ailə həyatı qurur. 3 övlad sahibidir.
30 iyul 2000-ci il tarixində həyat yoldaşı, Axundova Rəqibə Həsən qızı uzun sürən xəstəlikdən sonra vəfat edir.
Oğlu Pərviz Tağıyev peşəkar kikboksinq idman növü ilə məşğul olub. Hal-hazırda hüquq mühafizə orqanlarında xidmətini davam etdirir. Bir neçə il əvvəl ölkə prezidenti İlham Əliyev onu şəxsi şücaətinə görə,"İgidliyə görə" medalı ilə təltif edib.
Mükafatları
- 1990-cı il yanvar ayında Şərur hücumları ərəfəsində göstərdiyi həkimlik fəaliyyətinə görə "Müharibə Veteranı" adına;
- 1991-ci ildə 15 iyun Naxçıvan MCCR Ali Sovet Rəyasət heyətinin fəxri fərmanı;
- 2013-cü il 30 oktyabr Naxçıvan Respublikasının əməkdar həkimi;
- 2014-cü ildə "Qızıl medal" mükafatı;
- 2013-cü il 19 mayda İlin həkimi Milli mükafatına laiq görülmüşdür.[2]