Asəf Nadirov

Asəf Abbasqulu oğlu Nadirov (13 mart 1929, Şərur rayonu, Naxçıvan MSSR14 mart 2014, Bakı) — Əməkdar elm xadimi, iqtisad elmləri doktoru (1968), professor (1970), AMEA-nın həqiqi üzvü (1989).[1][2][3]

Asəf Nadirov
Asəf Nadirov Abbasqulu oğlu
Doğum tarixi
Doğum yeri Cəlilkənd, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi iqtisad elmləri doktoru
Elmi adı professor
İş yeri
Təhsili
Mükafatları "Şöhrət" ordeni"Şərəf" ordeni  — 2009

Həyatı

Asəf Nadirov 13 mart 1930-cu ildə Naxçıvan MR Şərur rayonunun Cəlilkənd kəndində anadan olmuşdur. Ali təhsilini 1946-1951-ci illərdə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin İqtisadi coğrafiya ixtisası üzrə almışdır.[1][2][3]

Əmək fəaliyyəti

Asəf Nadirov əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinin aparatında məsləhətçi kimi başlamışdır. 1956-cı ildən etibarən fəaliyyətini Azərbaycan EA-da davam etdirmişdir. 1956-1958-ci illərdə Akademiyanın Coğrafiya İnstitutunun İqtisadiyyat bölməsində kiçik elmi işçi və baş elmi işçi kimi çalışmışdır.[1][3][2]

1958-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsini icra etmişdir. 1964-1981-ci illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. [3][2]1980-1989-cu illərdə yenə həmin institutun nəzdindəki ixtisaslaşmış müdafiə şurasının sədr müavini, 1990-1998-ci illərdə isə sədri olmuşdur.[1]

Asəf Nadirov 1997-ci ilədək Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi olmuşdur. Daha sonra 1997–2000-ci illərdə Azərbaycan Elmlər Akademiyasının müşaviri kimi fəaliyyət göstərmişdir. O, 2000–2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü təyin edilmişdir. 2007-ci ildə yenidən Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri təyin edilən Asəf Nadirov ömrünün sonuna kimi bu vəzifədə çalışmışdır.[3][2]

Asəf Nadirov 1966-1981-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Xəbərləri "İqtisadiyyat" seriyasının baş redaktor müavini olmuşdur. Daha sonra 1981-ci ildən həmin jurnalın baş redaktoru vəzifəsini icra etmişdir.[1]

Elmi fəaliyyəti

Asəf Nadirov 1952-ci ildə Azərbaycan Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuş və 1956-cı ildə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasını bitirmişdir. O, "Naxçıvan MSSR: İqtisadi-coğrafi səciyyəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1968-ci ildə "Azərbaycanda sənayenin səmərəli yerləşdirilməsinin iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsini almışdır.[1][2][3][4]

Asəf Nadirov 1970-ci ildə professor elmi adı verilmişdir. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir. Akademikin Asəf Nadirovun rəhbərliyi ilə 50-dən çox elmlər namizədi və 6 elmlər doktoru hazırlanmışdır. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan Asəf Nadirov 600-ə yaxın araşdırmanın, həmçinin 20-dən çox kitab, monoqrafiya, metodik material və dərsliyin müəllifidir.[1][2][3]

Kitabları

  • "Sosialist istehsalının yerləşdirilməsi" (Ba­kı, 1965);
  • "Azər­baycan şəhərlərinin iq­ti­sa­di inkişaf məsələləri" (Bakı,1966);
  • "Azər­bay­can­­da sənaye­nin səmərəli yerləşdirilməsinin iq­tisadi problemləri" (Bakı, 1976);
  • "Müs­təqil Azər­baycan iqtisadiyyatının inkişaf mə­sə­lə­lə­ri" (Bakı, 2001);
  • "Azər­baycan iqtisadiy­yatı" (Ba­kı, 2003);[1]

Vəfatı

Asəf Nadirov 14 mart 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.[1][2][3]

Nailiyyətləri

Asəf Nadirovun əsərləri Türkiyədə, Rusiyada, MDB ölkələrində, Almaniyada, Fransada, Hindistanda, Yunanıstanda və s. ölkələrdə nəşr olunmuşdur olmuşdur. Türkiyə, Almaniya, Fransa, ÇXR, Hindistan, Yuqoslaviya, Yunanıstan, Avstriya, İran və s. keçirilmiş beynəlxalq, həmçinin ittifaq əhəmiyyətli konqres və simpoziumlarda məruzə etmişdir.[1][4]

Mükafatları

Asəf Nadirov Azərbaycan Respublikasının ali mükafatları olan "Şərəf"(2009) və "Şöhrət"(2004) ordenlərinə, bir çox me­dallara, fəxri fər­manlara layiq gö­rül­müş­dür.[4] 2012-ci ilin oktyabr ayının 16-da Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XII Sammitində İqtisadi Əməkdaşlıq Təşkilatının mükafatını alan ilk azərbaycanlı kimi tarixə düşüb

İstinadlar

  1. "Nadirov Asəf Abbasqulu oğlu" (Azərbaycan). science.gov.az. 16-9-2021 tarixində arxivləşdirilib.
  2. "Asəf Abbasqulu oğlu Nadirov" (Azərbaycan). www.anl.az. 9-9-2022 tarixində arxivləşdirilib.
  3. "Asəf Abbasqulu oğlu Nadirov" (Azərbaycan). azertag.az. 9-9-2022 tarixində arxivləşdirilib.
  4. "Nadirov Asəf Abbasqulu oğlu" (Azərbaycan). www.aii.az. 9-9-2016 tarixində arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.