Arzu Zeynalov
Arzu Zeynalov (6 mart 1999, Arşalinsk rayonu[d], Akmola vilayəti – 2 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Arzu Zeynalov | |
---|---|
Arzu Rövşən oğlu Zeynalov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qazaxıstan Arşalinskiy |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Kəlbəcər |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Daşkəsən rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Rövşən Zeynalov |
Anası | Bəsdi Zeynalova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017-2018 (2020) |
Rütbəsi | MAHHXHQ əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri |
Həyatı
Zeynalov Arzu Rövşən oğlu 1999 -cu il martın 6-da Qazaxıstan Respublikasının Arşalinskiy rayonundun Qırmızı Göl kəndində anadan olub.[1] 2005-ci ildə Daşkəsən rayon Mədənçilər qəsəbəsindəki Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
Hərbi xidməti
04.04.2017-ci il tarixində Arzu Zeynalov həqiqi hərbi xidmətə yollanmış,2018-ci ilin oktyabr ayında isə hərbi xidmətini bitirmişdir. 2020-ci ilin iyun ayından etibarən MAHHXHQ əsgər kimi yenidən xidmətə başlayıb. 2020-ci il oktyabrın 2-də Kəlbəcər rayonu istiqamətində şərti adı “Ağdağ” döyüş mövqeyi istiqamətində aparılan hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub. Arzu Zeynalov 2020-ci il noyabrın 24-də Daşkəsən rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Arzu Zeynalov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.[2]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Arzu Zeynalov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.[3]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Arzu Zeynalov ölümündən sonra"Vətən uğrunda" medalı ilə təltif ediliib.[4]
Təltifləri
- (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)[2]
- (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra)[3]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) [4]
Həmçinin bax
- Möhlət Abbasov
- Tacəddin Abbasov
- Həsən Abdullayev (şəhid)
İstinadlar
- Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.