Arzu Rəhimov
Arzu Yusif oğlu Rəhimov (1 oktyabr 1964, Naxçıvan) — Azərbaycan hərbi və dövlət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2012–2023), Dövlət Miqrasiya Xidmətinin rəisi (2007–2012), Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargah rəisi (2006–2007).
Arzu Rəhimov | |
---|---|
14 fevral 2012 – 17 aprel 2023 | |
Prezident | İlham Əliyev |
Baş nazir | Artur Rasizadə Novruz Məmmədov Əli Əsədov |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Mürsəl İbrahimov |
30 aprel 2007 – 14 fevral 2012 | |
Prezident | İlham Əliyev |
Baş nazir | Artur Rasizadə |
Sonrakı | Firudin Nəbiyev |
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargah rəisi | |
2006 – 30 aprel 2007 | |
Prezident | İlham Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 oktyabr 1964 (59 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Xidmət illəri | 1982—h. h. |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi |
General-polkovnik II dərəcəli dövlət miqrasiya xidməti müşaviri |
|
|
Təltifləri |
Həyatı
Arzu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olmuşdur.
Arzu Rəhimov 1982-ci ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbinə qəbul olmuşdur və 1986-cı ildə oradan məzun olmuşdur.
Fəaliyyəti
Arzu Rəhimov 1986–1989-cu illərdə Sovet Ordusunun sıralarında bir sıra vəzifələrdə xidmət eləmişdir.
1992-ci ildə isə Azərbaycan Ordusunun sıralarında xidmət eləməyə başlamışdır. 1992–2004-cü illərdə Sərhəd Qoşunlarının sıralarında baş zabit, Hərbi Hissə Komandiri və digər vəzifələrdə xidmət eləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2004-cü il tarixli 160 nömrəli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini təyin edilmişdir.
2004-cü il iyulun 30-da isə Arzu Rəhimova Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən general-mayor ali hərbi rütbəsi vermilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2007-ci il tarixli Sərəncamına əsasən Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsindən azad edilmiş və Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2012-ci il tarixli Sərəncamına əsasən Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilmiş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2023-cü il tarixli Sərəncamına əsasən Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilmişdir.
Təltifləri
Arzu Rəhimov Azərbaycan Prezidentlərinin Fərmanlarına və Sərəncamlarına əsasən Azərbaycanın orden və medalları ilə təltif edilmişdir.
- (16.08.2002) — "Hərbi xidmətlərə görə" medalı
- (15.08.2005) — "Vətən uğrunda" medalı
- (12.02.2018) — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
- (09.12.2020) — "Qarabağ" ordeni[1]
Ailəsi
Arzu Rəhimov ailəlidir. 2 övladı var.
İstinadlar
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 09.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.