Arzu Qeybullayeva
Arzu Qeybullayeva, Arzu Qeybulla (azərb. Qeybullayeva Arzu Qeybulla qızı; d. 1 avqust 1983, Bakı, Azərbaycan SSR, SSRİ) — jurnalist. Regional məsələlər üzrə təhlilçi, bloqçu və sosial media üzrə təlimçidir;[2] Münaqişələrin Transformasiyası üzrə "Imagine" mərkəzinin həmsədrlərindən biri, münaqişələrin həllində xalq diplomatiyası məsələləri ilə məşğuldur.[2]
Arzu Qeybullayeva | |
---|---|
Qeybullayeva Arzu Qeybulla qızı | |
| |
Digər adı | Arzu Qeybulla |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Qeybulla Qeybullayev |
Milliyyəti | azərbaycanlı[1] |
Təhsili | |
Fəaliyyəti | jurnalist, insan hüquqları fəalı |
arzugeybulla.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Arzu Qeybullayeva 1 avqust 1983-cü ildə Bakıda anadan olub.
1999–2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşdur.[3]
Ankara Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb.[4].
Türkiyə ermənilərinin İstanbulda nəşr etdirdikləri "Aqos" qəzetində yazar olaraq çalışmışdır.[5]
Müxtəlif vaxtlarda Milli Demokratiya İnstitutunda, Berlində yerləşən Avrasiya Stabillik Təşəbbüsü Mərkəzində çalışıb.[2]
İngilis, Azərbaycan, Türk və Rus dillərini bilir.[6]
Ailəsi
Arzu Qeybullayeva professor Qeybulla Qeybullayevin qızıdır. 2010-cu ildə ailə qurduqdan sonra İstanbulda yaşamışdır və indi Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yaşayır. Qardaşı Bakıda yaşayır.[3]
Fəaliyyəti
Arzu Qeybullayeva 2009-cu ildən Azərbaycan-Ermənistan arasında keçirilən kiçik miqyaslı proyektlərdə daha çox təlimçi kimi iştirak etmişdir. 2011-ci ildə isə "İmagine Center for Conflict Transformation" adında kiçik təşkilata qoşulmuşdur. Bu mərkəz 2007-ci ildə qurulub və münaqişələrin həlli üzərində çalışır. Eyni zamanda Türkiyə-Ermənistan, Gürcüstan-Abxaziya konfliktləri üzərində də işləyir. Çalışdığı mərkəzin məqsədi insanları bir araya gətirib, onlara fikir mübadiləsi şansı yaratmaqdır.[3]
İstinadlar
- "Arzu Qeybullayeva: "Ölüm təhdidləri alacağımı gözləmirdim"". BBC Azərbaycanca Xidməti (az.). 26 November 2018. 3 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 June 2019.
- "Arzu Qeybulla" (az.). azadfikir.org. 2016. 2014-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
- Gültəkin Ələsgər. "Erməni qəzetində işləyən azərbaycanlı jurnalist: "Burda mehriban komanda var" - MÜSAHİBƏ" (az.). modern.az. 27.03.2014. 2015-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
- Kənan. "ƏRDOĞANIN MÜŞAVİRİ QƏZETİMİZƏ DANIŞDI" (az.). musavat.com. 13 Mart 2011 09:46. 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23-03-2014.
- "The Future of the Global Order: The Challenges for Small Democratic Countries". Institute of International Relations Prague. 2019-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
- "2014–2015 Fellows". Radio Free Europe/Radio Liberty. 2016-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.