Arzu Nağıyev
Arzu Nəsib oğlu Nağıyev (27 iyul 1963, Baş Layısqı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Arzu Nağıyev | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Seçki dairəsi | 2020 — 104 saylı Gədəbəy-Tovuz |
Əvvəlki | Rafiq Məmmədhəsənov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 iyul 1963 (60 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
Arzu Nağıyev 1963-cü il iyulun 27-də Tovuz rayonununda anadan olmuşdur.[1] 1980-ci ildə Tovuz rayonu Yusif Sadıxov adına Bozalqanlı kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1985-ci ildə Serqo Ordjonikidze adına Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili fakültəsini mühəndis iqtisadçı ixtisası üzrə bitirmişdir. 1991-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali kurslarını qırmızı diplomla tamamlamışdır.
Təhlükəsizlik orqanlarının ehtiyatda olan zabiti və Qarabağ müharibəsi veteranıdır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 5 bədii, 2 sənədli kitabın müəllifidir.
Ailəsi
Ailəlidir, 2 övladı var.
Fəaliyyəti
Əmək fəaliyyəti
1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazriliyinin 4 saylı trestində iqtisadçı, baş iqtisadçı işləmiş,[2] 1987–1989-cu illərdə Azərbaycan LKGİ Nərimanov rayon komitəsinin təlimatçısı, şöbə müdiri olmuş, 1991–2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsində,[3] daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi qulluq keçmiş, əməliyyat müvəkkili–şöbə rəisi vəzifələrində çalışmışdır. 2011-2021-ci illərdə "Trend" Beynəlxalq İnformasiya Agentliyində baş direktorunun müavini kimi çalışıb..[4]
Siyasi fəaliyyəti
Azərbaycan Respublikasının Milli Məclisinə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən VI çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, İsrail, Slovakiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Milli məclis tərəfindən Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə komitəsinə seçilmişdir.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının üzvüdür.
Təltifləri
- — 26 iyul 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.[5]
- — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
- — "Qüsursuz xidmətə görə" I dərəcəli medalı
- — "Qüsursuz xidmətə görə" II dərəcəli medalı
- — "Qüsursuz xidmətə görə" III dərəcəli medalı
- — "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı
- — "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı
- — "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı
- — "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı
- — "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 75 illiyi" yubiley medalı
- Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Rusiya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə "Parlament əməkdaşlığının gücləndirilməsinə görə" medalı ilə təltif olunub.
İstinadlar
- NAĞIYEV Arzu Nəsib oğlu
- "Arzu Nağıyev kimdir? –"KQB" POLKOVNİKİ, media KAPİTANI" (az.). yenixeber.org. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
- "Arzu Nağıyev: Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin yaradılması vaxtında verilmiş qərardır" (az.). trend.az. 2020-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
- Arzu Nağıyev kimdir? – “KQB” POLKOVNİKİ, media KAPİTANI. (az.). sia.az https://sia.az/az/news/election2020/784428.html (#bare_url_missing_title). 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
- Prezident İlham Əliyev deputatı “Şöhrət” ordeni ilə təltif edib