Arzu Hüseynov

Hüseynov Arzu Sadıq oğlu (1962, Bakı) — azərbaycanlı aktyor.

Arzu Hüseynov
Arzu Sadıq oğlu Hüseynov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2002
IMDb ID3339988

Həyatı

Arzu Hüseynov 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Nərimanov rayonu, 45 saylı orta məktəbi bitirmiş, 1981–1983-cü illərdə əsgəri xidmətdə olmuşdur. 1985–1987-ci illərdə teatrda, kinostudiyada və televiziyada texniki işlərdə çalışsa da, çəkilən film və televiziya verilişlərinin bəzilərində epizodik rollarda iştirak etmişdir. 1987-ci ildə İncəsənət universitetinin rejissorluq fakültəsinə daxil olmuş və eyni zamanda Dövlət Gənclər Teatrına rejissor assistenti vəzifəsinə qəbul edilmiş, bir neçə tamaşada aktyor kimi iştirak etmişdir. 1993-cü ildə universiteti bitirmiş, İravan-Azərbaycan teatrında, Bakı Bələdiyyə teatrında və Speys telekanalında aktyor kimi çalışmışdır. 2002-ci ildə Əməkdar Artist fəxri adına layiq görülüb.

Hazırda Bəkı mədəniyyət idarəsinin nəzdindəki Satira teatrında fəaliyyətini davam etdirir.

Filmoqrafiya

  1. Qanun naminə (film, 1968)
  2. Mən ki gözəl deyildim (film, 1968)
  3. 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
  4. Hər şey yaxşılığa doğru
  5. Kənddən gələn var
  6. Nə gözəldir bu dünya... (film, 1999)
  7. Qeybdən gələn səs (film, 2002)
  8. Milli bomba (film, 2004)

Yerlə göy arasında

  1. Sonuncu şahid (film, 2004)
  2. Ərazi (film, 2005)
  3. Təlatüm (film, 2006)
  4. Yoxlama (film, 2006)
  5. Gürzə (film, 2008)
  6. Qayınana (film, 2011)
  7. Ünvansız eşq (film, 2011)
  8. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: dişi ağrıyan xəstə)
  9. Sübhün səfiri (film, 2012)

10.Özgə-serial

11.Boyunbağı-serial

12.Anaya-serial

13.Ay yay-serial

14.Onu axtarıram-serial

15.Siqaretin ziyanı-rolik

16 Fağır kişinin yaman arvadı-serial

17.Yumorestik səhnələr

18.Məmişin məcaraları

19.Tapdıq Həsənovun sərgüzəştləri

20.Məsləhətxana

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.