Arxetip

Arxetip (yun. άρχέτυπον, άρχή – ilkin, başlanğıc və yun. τύπς) — zərbə; zərbə izi, nişanə, əlamət. fransız dilində köhnə tip, ilkin nümunə mənalarını verir. Karl Qustav Yunqa görə arxetiplər kollektiv şüursuzluğun nəticəsidir və davranışlarımızın səbəbidir. Yunqa görə, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir.

Hər şeyin ona görə həyata keçirildiyi düşünülən əsas ideya. Mundus archetypus: həqiqət dünyasında hər şeyin onlara görə həyata keçirildiyi ideyalar, ilk prinsiplər dünyası.

Antik fəlsəfədə

Proobraz, nümunə. Arxetip anlayışı əsasən Platona görə əqli qavranılan aləmə aid edilir. Neoplatonçuluqda "ideya" və "paradiqma" arxetipin sinonimləri idi.

Yunq hesab edirdi ki, hər bir arxetip müəyyən növ hiss və fikrin müvafiq obyekt, yaxud vəziyyətlə əlaqədar ifadə olunma meyli ilə bağlıdır. O cümlədən qeyd edirdi ki, ayrı-ayrı mədəniyyətlər üçün xas olan rəmzlər arasında çox vaxt inanılmayacaq bənzərlik olur, çünki onlar bütün bəşəriyyət üçün ümumi olan arxetiplərə köklənmişdir.

Analitik psixologiyada

Arxetiplər insanın başçlıca psixi strukturlarının, həyəcanlarının, həyat hadisələrinin əsasını təşkil edən aprior sxemlərdir. Arxetip anlayışını ilk dəfə Karl Qustav Yunq işlətmişdir.

Analitik mifologiyada

Arxetip – obrazın və onun daşıdığı mənanın başlanğıcdakı vəhdətidir, hər ikisinə aid "xüsusi enerji"dir. O hansısa əbədi həqiqət kimi də müəyyənləşə bilər. Lakin onun kokret obrazlaşmış və simvollaşmış məğzi xarici mühitin – tarixi şəraitin təsiri ilə dəyişir, ona görə də nə olduğunu anlamaq bizim üçün çətinləşir. K.Yunq arxetiplə bağlı fikirlərini məhlulun içərisindəki şəbəkənin krstallaşması ilə müqayisədə çatdırmağa təşəbbüs edir. Belə ki, məhlul isinməklə, yaxud müəyyən vaxt keçəndən sonra bərkiyir, dəmir şəbəkəni içinə alıb kristallaşır. "Kristal şəbəkə hər hansı bir kristala məxsus konkret formanı deyil, streometrik strukturu müəyyənləşdirir. Kiçik, yaxud böyük ola bilir. Ölçü həddinin sonsuz sayda mövcudluğundan formanın da müxtəlifliyinin sayı-hesabı yoxdur, eləcə də bir neçə bərk maddədən – kristaldan əmələ gəlir. Bu prosesdə həmişə eyni qalan yeganə cəhət tərkib hissəsindəki həndəsi tənasüblükdür. Bunu arxetipə də şamil etmək olar. Əsas etibarilə, o, adlandırıla və dəyişməz məna özəyinə malik ola bilər – lakin heç vaxt konkret görünüş, hadisə deyil, hər zaman ancaq nöqteyi-nəzər kimi meydana çıxır." Yəni arxetip həmişə ideyadır, maddilikdən məhrumdur. Məsələn, ağzından od püskürən çoxbaşlı əjdaha, dəyirman daşını ayaqlarına keçirib sürətlə qaçan div obrazları hər zaman təsəvvürə gətirilir, lakin heç vaxt gözə görünmür, yəni maddi substansiyaya çevrilmir, ideya olaraq qalır.

Xüsusi vurğulamaq lazımdır ki, miflərdə deyildiyi kimi, ruh, ağıl, şüur, emosiyalar (bütün müxtəliflikləri ilə birlikdə) Yaradıcı tərəfindən bir anın içində, bir göz qırpımında insana bəxş edilməklə o, canlılar arasında fərqləndirilməmişdir. Şüurun in-kişafına təkan verən qüvvənin əsasında elə fantastik, təbii və tarixi-mədəni obrazlar – miflər durur ki, bu gün həm abstraklığı, sakrallığı, həm primitivliyi, sadəliyi, həm də yerə, torpağa, yaşadığımız dünyaya, həyata bağlılığı, eləcə də duyğularımıza təsiri, düşündürücülüyü və universallığı ilə diqqəti cəlb edir.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.