Arxeoloji qazıntı
Arxeoloji qazıntı — arxeoloji qalıqların üzə çıxarılması, işlənməsi və qeydə alınması prosesidir. [1]Tədqiq olan ərazilər qazıntı sahəsi hesab edilir. Bu yerlər tədqiqat zamanı dəyişilə bilər. Arxeoloji qazıntı prosesi bir neçə həftədən bir ilə qədər davam edə bilər. Arxeoloji qazıntı sahədən əldə edilən informasiyanın bərpasını təmin edir. Bu informasiya artefaktları (qədim insanlar tərəfindən hazırlanmış əşyalar), xüsusiyyətləri, ekofaktları (heyvan sümükləri, kömür və s.) və ən əsası arxeoloji konteksti əhatə edir. [2][3][4][5]
Qazıntı prosesi başlamazdan əvvəl, arxeoloji qalıqların mövcudluğu və ya olmaması yerə nüfuz edən radar kimi müdaxilə xarakteri daşımayan uzaqdan məlumat əldə etmə yoluyla müəyyən edilə bilər.[6] Sahənin inkişafı buradan əldə edilən məlumatlarla izlənilə bilər, ancaq bir sahənin daha detallı incələməsi üçün mütləq qazıntı aparılmalıdır.
Qazıntı zamanı arxeoloqlar tez-tez stratiqrafik qazıntıdan istifadə edərək sahənin fazalarını bir qat çıxarırlar. Bu, materialın zaman qrafikinin bir-birinə uyğun olmasını təmin edir.[7] Bu, adətən, artefaktların müəyyən edilə biləcəyi mexaniki vasitələr və mexaniki ələk və ya su flotasiyası kimi üsullarla torpağın işlənməsi ilə edilir. Daha sonra qazıntı prosesini və onun nəticələrini qeyd edən rəqəmsal üsullardan istifadə edilir.
Tarixi
İlk arxeoloji qazıntıya misal olaraq e.ə VI əsrdə Babil kralı Nabonidin 1000 illik məbədinin qazıntılarını göstərmək olar.[8] Antik əşyaları toplayanlar Şimali Amerikada və Şimal-qərbi Avropada kurqanları qazırdılar, bu da artefaktlar, qədimi əşyalar haqqında məlumatların məhvinə gətirirdi. Keçmişdə arxeoloji qazıntılar daha çox təsadüfi xarakterli olurdu. Artefaktların dəqiq yeri qeyd olunmurdu, ölçmələr aparılmırdı. Müasir arxeoloji qazıntılar olduqca inkişaf etmişdir. Artıq artefaktların yeri dəqiq göstərilir və ölçülər dəqiq hesablanır. Metodik arxeoloji qazıntılar XIX` əsrin əvvəllərindən ortalarına qədər antikvar kurqanlarının qazılmasından başlanılmışdır və bu gün də təkmilləşdirilir. [9]
Stratiqrafiya
Arxeologiyada, xüsusilə qazıntıda stratiqrafiya təbəqələrin yaranmasını öyrənir. Tədqiqatlar göstərir ki, aşağı təbəqələrdə yuxarı təbəqələrə nisbətən daha qədimi artefaktlar olur. Arxeoloji qazıntı zamanı əldə edilən hər bir tapıntının kontekstinin müəyyən edilməsi, arxeoloqa ərazi, onun təbiəti və tarixi haqqında nəticə çıxarmaq üçün geniş imkanlar verir. Arxeoloqun vəzifəsi hansı kontekstlərin mövcud olduğunu və onların necə yarandığını kəşf etməyə çalışmaqdır. Stratiqrafik əlaqələr zamanla kontekstlər arasında yaradılan xronoloji ardıcıllığı təmsil edən əlaqələrdir.
Həmçinin bax
İstinadlar
- "What Is Excavation?". Archaeological Excavations in Greece (ingilis). 2012-04-13. 2020-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
- Emery, Katy Meyers. "Archaeology 101: Artifact versus Feature". MSU Campus Archaeology Program (ingilis). 2011-10-04. 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-21.
- Ashmore, Wendy; Sharer, Robert. Discovering our past : a brief introduction to archaeology (6th). New York: McGraw-Hill. 2013. ISBN 978-0-07-803491-6. OCLC 821067667. 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
- Kelly&Thomas (2011). Archaeology: down to earth (4th ed.). Belmont, Calif.: Wadsworth, Cengage Learning.
- Sharer, Robert J. Archaeology: Discovering our past (3rd). Boston: McGraw-Hill Higher Education. 2003. 61–63. ISBN 0-7674-2727-0. OCLC 50802481.
- Reeves, D.M., "Aerial photography and archaeology", American Antiquity, 2 (2), 1936: 102–07, doi:10.2307/275881, JSTOR 275881
- Bahn, Paul. Archaeology: A Very Short Introduction. Oxford University Press. 2012-08-01. 18. doi:10.1093/actrade/9780199657438.001.0001. ISBN 978-0-19-965743-8. 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
- Bahn, Paul. Archaeology: A Very Short Introduction. Oxford University Press. 2012-08-01. 8–12. doi:10.1093/actrade/9780199657438.001.0001. ISBN 978-0-19-965743-8. 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
- "Archaeology". Encyclopedia Britannica (ingilis). 2021-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-13.