AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu

Arxeologiya və Antropologiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat.[1]

AMEA Arxeologiya və Antropologiya İnstitutu
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi elmi-tədqiqat institutu
Yaradılıb 1993-cü il
Digər məlumatlar
Direktor Fərhad Quliyev
Ünvan 115 AZ1073, Hüseyn Cavid prospekti, 115, Bakı, Azərbaycan
Sayt arxeologiya.az

Tarixi

İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. İşçilərinin ümumi sayı 269 nəfərdir.[2]

1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor Azərbaycan EA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna indiki Arxeologiya və Antropologiya İnstitutuna çevrilmişdir. 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Arxeologiya və Etnoqrafiya İnstitutu Arxeologiya və Antropologiya İnstitutu adlandırılmışdır.[3]

Əsas fəaliyyət istiqamətləri

Azərbaycanda Arxeologiya və Antropologiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsidir.[2]

Əsas elmi nəticələr

Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir. Respublikanın bütün bölgələrində aparılan etnoqrafik tədqiqatlarla əhalinin məişəti, adət-ənənələri, maddi və mənəvi mədəniyyəti öyrənilmişdir.[2]

Struktur bölmələri

  • “Daş dövrü” şöbəsi
  • “Eneolit və ilk tunc dövrü arxeologiyası” şöbəsi
  • “Tunc və ilk dəmir dövrləri arxeologiyası”
  • “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsi
  • “İlk orta əsrlər arxeologiyası” şöbəsi
  • “Orta əsrlər” şöbəsi
  • “Etnoarxeologiya” şöbəsi[4]
  • “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” sektoru
  • “Çöl tədqiqatları” sektoru
  • “Azərbaycanda arxeoloji abidələrin toplusu” sektoru
  • “Arxeoloji texnologiya” sektoru
  • “Arxeologiyada informasiya texnologiyalarının tətbiqi” sektoru
  • “Tədris, beynəlxalq və ictimaiyyətlə əlaqələr” şöbəsi
  • “Epiqrafika” şöbəsi
  • “Numizmatika” şöbəsi
  • “Tarixi etnoqrafiya”
  • “Müasir dövr etnoqrafiyası” şöbəsi
  • “Etnososioloji tədqiqatlar” şöbəsi
  • “Elmi ekspozisiya” şöbəsi
  • “Xalçaşünaslıq” sektoru [4]

Elmi şura

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində "Gənc alimlər və mütəxəssislər şurası", "Dissertasiya şurası", "Həmkarlar təşkilatı" bölmələri fəaliyyət göstərir.[2]

Üzvləri:

  • AMEA-nın həqiqi üzvü, Teymur Bünyadov Əmraslan oğlu
  • AMEA-nın həqiqi üzvü, Məşədixanım Nemətova Səədulla qızı
  • AMEA-nın müxbir üzvü, İlyas Babayev Atababa oğlu
  • AMEA-nın müxbir üzvü, Vəli Əliyev Hüseyn oğlu
  • T.ü.e.d., Qüdrət İsmayılzadə Əsədulla oğlu
  • T.ü.e.d., Hidayət Cəfərov Fərrux oğlu
  • T.ü.e.d., Əsəduula Cəfərov Qüdrət oğlu
  • T.ü.e.d., Əliağa Məmmədli Əyyub oğlu
  • T.ü.e.d., Arif Məmmədov Məmməd oğlu
  • T.ü.e.d., Solmaz Məhərrəmova Səttar qızı
  • T.ü.e.d., Tarix Dostiyev Meyrut oğlu
  • T.ü.e.d., Nərgiz Quliyeva Məlik qızı
  • T.ü.e.d., Qafar Cəbiyev Cəfər oğlu
  • T.ü.f.d., Qoşqar Qoşqarlı Oruc oğlu
  • T.ü.f.d., Səfər Aşurov Hüseyn oğlu
  • T.ü.f.d., Nəcəf Müseyibli Ələsgər oğlu
  • T.ü.f.d., Emil Kərimov Əli oğlu
  • T.ü.f.d., Abuzər Ələkbərov İbrahim oğlu
  • T.ü.f.d., Təvəkkül Əliyev Rəsul oğlu
  • T.ü.f.d., Fərhad Quliyev Eldar oğlu
  • T.ü.f.d., Akif Quliyev Arif oğlu
  • T.ü.f.d., Bəhlul İbrahimli İmran oğlu
  • T.ü.f.d., Bəxtiyar Cəlilov Məzahim oğlu
  • T.ü.f.d., Tofiq Babayev Atababa oğlu
  • T.ü.f.d., Ceyhun Eminli Tofiq oğlu[4]

Elmi nəticələr

Bir sıra arxeoloji-etnoqrafik elmi ekspedisiyalar təşkil edilmiş, əldə edilmiş çöl materialları sistemləşdirilmiş, üzərində kameral iş aparılıb. Onların əsasında fundamental əsərlər yazılmışdır:

Bir sıra beynəlxalq elmi konfranslar və simpoziumlar:

  • "Qafqaz almanları-almanlar Qafqazda birinci dünya müharibəsinə qədər",
  • "Qafqazın arxeologiya və etnoqrafiyası",
  • "Qafqazın dağ yəhudiləri",
  • Azərbaycanda arxeoloji etnoqrafik tədqiqatların nəticələrinə həsr olunmuş illik elmi sessiyalar təşkil edilib və keçirilib.

Etnoqrafik tədqiqatlar

  • Şəki və Zaqatala rayonlarında еtnoqrafik еkspеdisiya
  • Lənkəran-Astara bölgəsində еtnoqrafik еkspеdisiya
  • Şamaxı, Ağsu və İsmayıllı rayonlarında etnoqrafik ekspedisiya
  • Quba-Xaçmaz bölgəsində еtnoqrafik еkspеdisiya
  • Gəncə şəhərində, Şəmkir və Gədəbəy rayonlarında еtnoqrafik еkspеdisiya[4]

Arxeoliji tədqiqatlar

* Qazma Mustye düşərgəsində arxeoloji qazıntıların bərpası

  • Göytəpə Neolit dövrü yaşayış məskənində aparılan arxeoloji qazıntılar
  • Goranboy arxeoloji ekspedisiyasinin apardiği qazintilarin nəticələrinə dair
  • Muğanın neolit-eneolit abidələrində tədqiqatlar
  • Ərəbyengicə qədim yaşayiş yeri
  • Ceyrançöldə qazıntı və axtarış kəşfiyyat işləri
  • Gədəbəy rayonunun Daryurd nekropolunda arxeoloji tədqiqatlar
  • Gəncə arxeoloji ekspedisiyasının qazıntıları
  • Cəlilabadda arxeoloji kəşfiyyat işləri
  • II Kültəpədə arxeoloji tədqiqatlar
  • Kərimli kurqanları
  • Goranboy və Göygöl rayonları ərazisndə aparılana arxeoloji tədqiqatlar
  • Meydantəpə antik dövr şəhər tipli yaşayış yerində arxeoloji tədqiqatlar
  • Mil-Qarabağ bölgəsində Qafqaz Albaniyasının daha bir şəhəri aşkar olundu
  • Muxortəpə orta əsrlər yaşayış yerində arxeoloji qazıntılar
  • Plovdağda arxeoloji qazıntılar
  • Quba rayonu ərazisindəki arxeoloji abidələrdə tədqiqatlar
  • Qəbələ arxeoloji ekspedisiyasının çöl–tədqiqat işləri haqqında
  • Qəbələ şəhərinin qala hissəsində arxeoloji tədqiqatlar
  • Şahtaxtı abidəsinin arxeoloji tədqiqatı
  • Şamaxıda arxeoloji tədqiqatlar
  • Şortəpədə arxeoloji tədqiqatlar
  • Sumbatan yaşayış yerində arxeoloji tədqiqat işləri
  • Şəmkir şəhər yerində aparılmış arxeoloji tədqiqatlar
  • Xəzərin sualtı abidələri
  • Tərtər-Bərdə-Ağdam rayonlarına arxeoloji səfər haqqında
  • Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyanın tədqiqatları
  • Ovçulartəpəsində 2008-ci ildə aparılan arxeoloji qazıntılar
  • Oğlanqalada arxeoloji tədqiqatlar
  • Azərbaycan-Almaniya-Gürcüstan beynəlxalq Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiyasının çöl tədqiqat işləri haqqında
  • Bərdə və ətrafının arxеoloji tədqiqi. [4]

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.