Arxangel rayonu
Arxangel rayonu (başq. Архангел районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Rayon | |||||
Arxangel rayonu | |||||
---|---|---|---|---|---|
Архангел районы | |||||
|
|||||
54°32′ şm. e. 56°58′ ş. u. |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Arxangel[d][1] | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi | 2421,45[2] km² | ||||
Hündürlük | 114 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rayonun inzibati mərkəzi Arxangelskoe kəndidir.
Coğrafi yerləşməsi
Başqırdıstanın mərkəzində, Ufa şəhəri yaxınlığında yerləşir. Dyoma çayının orta axarında qərarlaşır. Rayonun ərazisi 2422 km² təşkil edir. Rayon ərazisindən Karlaman — Beloresk— Maqnitoqorsk dəmiryolu və Ufa — Beloresk avtomobil yolu keçir. Karlaman — Beloresk— Maqnitoqorsk dəmiryolu xalq arasında "Başqırd BAM-ı".
Tarix
Arxangel rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.
Əhali
Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Arxangel rayonu ərazisin milli tərkibi: başqırdlar — 45,4 %, ruslar — 38,5 %, tatarlar — 10,6%, çuvaşlar — 2,4 %, digər millər — 3,1 %[4]. Arx-Latış kənd sovetliyində kompaktr şəkildə latışlar yaşayır.
İnzibati-ətazi vahidləri
Arxangel rayonunda 12 kənd inzivati vahidliyinə 71 yaşayış məntəqəsi daxildir[5].
İqtisadiyyat
Arxangel rayonunda ətlik-südlük maldarlıq, arıçılıq və əkinçiliyin müxtəlif sahələri inkişaf etmişdir. Meşə sənayesi inkişaf etmişdir. Ərazisindən neft çıxarılır və kərpiç xammalına sahibdir. 163 min ha meşə ehtiyatına sahibdir. Ehtiyatlar 20 mln kubmetr olaraq qiymətləndirilir.
Səhiyyə
Rayon ərazisində 124 yerlik xəstəxana, 250 yerlik poliklinika, 39 fledşer məntəqəsi vardır. 2009-cu ilə hər 10 min nəfərə 52,4 yataq, hər 10 min nəfərə 15,9 həkim düşür[6].
Görməli yerləri
Askinski buz mağarası, Klyukvennoe gölü, Arxangel Dövlət Yasaqlığı.
İstinadlar
- OKTMO (rus.).
- "Республика Башкортостан. Общая площадь земель муниципального образования". 2020-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.
- Оценка численности постоянного населения республики Башкортостан на 1 января 2019 г. по муниципальным образованиям.
- "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
- "Закон Республики Башкортостан "Об изменениях в административно-территориальном устройстве Республики Башкортостан в связи с объединением отдельных сельсоветов и передачей населённых пунктов" (Принят Государственным Собранием — Курултаем Республики Башкортостан 18 ноября 2008 года)". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.
- "Здравоохранение Архангельского района". 2010-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.