Artur Vanetsyan

Artur Qaqikoviç Vanetsyan (erm. Արթուր Գագիկի Վանեցյան, 8 dekabr 1979, İrəvan) — Ermənistan dövlət siyasi xadimi, general-mayor, 10 may 2018-ci il tarixindən 16 sentyabr 2019-cu il tarixinədək Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru, 22 sentyabr 2018-ci ildən Ermənistan Futbol Federasiyasının prezidenti.

Artur Vanetsyan
erm. Արթուր Գագիկի Վանեցյան
Vəzifədədir
2 avqust 2021-ciildən
FraksiyaŞərəf Duyuram İttifaqı
10 may 2018 19 sentyabr 2019
PrezidentArmen Sarkisyan
Baş nazirNikol Paşinyan
ƏvvəlkiGeorgi Kutoyan
SonrakıEduard Martirosyan (müvəqqəti)
22 sentyabr 2018 21 noyabr 2019
ƏvvəlkiRuben Ayrapetyan
SonrakıArmen Məlikbekyan
Ayrenik Partiyasının sədri
10 may 2018 16 sentyabr 2019
Şəxsi məlumatlar
Doğum tarixi 8 dekabr 1979(1979-12-08) (44 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi
Uşağı 2
Rütbəsi polkovnik

Həyatı

8 dekabr 1979-cu ildə İrəvanda anadan olmuşdur. 1995-ci ildə Yerevanda 2 nömrəli orta məktəbi bitirib. 1997–1999-cu illərdə Ermənistan Silahlı Qüvvələrində xidmət edib. 1999-cu ildə Ermənistan Kənd Təsərrüfatı Akademiyasını, 2003-cü ildə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunu (qiyabi) bitirmişdir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir.

2000-ci ilin dekabr ayında Ermənistanın milli təhlükəsizlik orqanlarında vəzifə səlahiyyətinə daxil olmuşdur. 2002-da Rusiya FTX Akademiyasında yenidən hazırlıq keçdi. 2015-ci ildə Ermənistan prezidentinin fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmiş, həmçinin Milli Təhlükəsizlik Şurasının və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılmışdır. 2016–2018-ci illərdə İrəvan üzrə Milli Təhlükəsizlik Xidməti İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 10 may 2018 – 16 sentyabr 2019-cu il tarixində Ermənistan MTX rəhbəri olaraq çalışıb. Bu vəzifədən istefa verdikdən sonra Vətən (Ayrenak) partiyasını qurub və həmin partiyasının sədri seçilib və baş nazir Nikol Paşinyana qarşı siyasi fəaliyyətə başlayıb.[1]

Hərbi rütbələri

Artur Vanetsyan aşağıdakı illərdə müvafiq hərbi rütbələrə yüksəlib:

MTX direktoru vəzifəsində

10 may 2018-ci il tarixdə Ermənistan prezidentinin fərmanı ilə Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib. İşlədiyi dövrdə, xüsusən də Ermənistanın keçmiş hakimiyyət orqanlarına qarşı cinayət işi, daha fəal və açıq işlə əlaqədar olaraq, Vanetsyan xeyli reytinq qazandı və Paşinyanın zəif komandasının ən güclü kadrlarından biri hesab edildi. Bu müddətdə baş nazir Nikol Paşinyan tərəfindən ona general-mayor rütbəsi verildi.[2] Vəzifədə olan zaman onun gizli səs yazısının üstü açıldı. Orada Vanetsyan KTMT Baş katibi, Ermənistan Silahlı Qüvvələrinin keçmiş qərərgah rəhbəri Yuri Xaçaturovun həbsinin Rusiya ilə ciddi problemlərə səbəb olacağını xəbərdar edirdi.[3]

2019-cu il sentyabrın 16-da Vanetsyan MTX rəhbəri vəzifəsindən istefa verib.[4] İddialara görə Ermənistan Vanetsyan və baş nazir Paşinyan bundan bir neçə gün öncə olduqca vacib söhbət edib. Paşinyan Vanetsyana deyib ki, MTX Robert Köçəryan, Serj Sarkisyan, Ermənistan Konstitusiya Məhkəməsinin sədri və hakimlərə qarşı materiallar toplamalıdır, lakin Vanetsyan bundan imtina edib.[5] Onun yerinə bu vəzifəyə müvəqqəti olaraq Eduard Martirosyan təyin edilib.[6]

Şəxsi həyatı

Evlidir, 2 oğlu var. Böyük oğlu Artyom İrəvan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alır.[7]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.