Artur Lüis
Vilyam Artur Lüis (ing. William Arthur Lewis; 23 yanvar 1915[1][2][…], Kastris, Britaniyanın Küləkli adaları[d][3] – 15 iyun 1991[1][2][…], Brictaun) — Böyük Britaniya iqtisadçısı. 1979-cu ildə Teodor Şultsla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatı almışdır.
Artur Lüis | |
---|---|
ing. Sir William Arthur Lewis | |
Doğum tarixi | 23 yanvar 1915[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 15 iyun 1991[1][2][…] (76 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | iqtisadiyyat |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Arnold Plant[d] |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Artur Lüis 1915-ci ildə o dövrdə Böyük Britaniyanın müstəmləkəsi olan Sent-Lüsiyanın mərkəzi Kastrisdə anadan olub. İngiltərədə yerləşən London İqtisadiyyat məktəbindən 1937-ci ildə məzun olaraq diplom almışdır. Artur Lüis 1940-cı ildə doktorluq dərəcəsinə yüksəlmişdir. Artur Lüis əvvəlcə Mançester Universitetində müəllim olaraq işləmiş, sonralar isə yeni yaradılan Karib Universitetinə rektor olaraq təyin olunmuşdur. 1970-ci ildə Karib Dövlət Bankına direktor təyin olunmuşdur. 1963–1991-ci illərdə ABŞ-nin Prinston Universitetində professor olaraq işləmişdir. 15 iyun 1991-ci ildə Barbadosun Brictaun şəhərində ölmuşdür. Məzarı Sent-Lüsiyada öz adını daşıyan kollecin həyətindədir. Uzun müddət işlədiyi Mançester Universitetində xatirəsinə bir bina tikilmişdir.
Əsərləri
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- William Arthur Lewis // Brockhauz Ensiklopediyası (alm.).
- William Arthur Lewis // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- Deutsche Nationalbibliothek Record #118640542 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.