Artur Lüis

Vilyam Artur Lüis (ing. William Arthur Lewis; 23 yanvar 1915[1][2][…], Kastris, Britaniyanın Küləkli adaları[d][3]15 iyun 1991[1][2][…], Brictaun) — Böyük Britaniya iqtisadçısı. 1979-cu ildə Teodor Şultsla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatı almışdır.

Artur Lüis
ing. Sir William Arthur Lewis
Doğum tarixi 23 yanvar 1915(1915-01-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 iyun 1991(1991-06-15)[1][2][…] (76 yaşında)
Vəfat yeri
Elm sahəsi iqtisadiyyat
İş yerləri
Təhsili
Elmi rəhbəri Arnold Plant[d]
Üzvlüyü
Mükafatları Cəngavər bakalavrı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Artur Lüis 1915-ci ildə o dövrdə Böyük Britaniyanın müstəmləkəsi olan Sent-Lüsiyanın mərkəzi Kastrisdə anadan olub. İngiltərədə yerləşən London İqtisadiyyat məktəbindən 1937-ci ildə məzun olaraq diplom almışdır. Artur Lüis 1940-cı ildə doktorluq dərəcəsinə yüksəlmişdir. Artur Lüis əvvəlcə Mançester Universitetində müəllim olaraq işləmiş, sonralar isə yeni yaradılan Karib Universitetinə rektor olaraq təyin olunmuşdur. 1970-ci ildə Karib Dövlət Bankına direktor təyin olunmuşdur. 1963–1991-ci illərdə ABŞ-nin Prinston Universitetində professor olaraq işləmişdir. 15 iyun 1991-ci ildə Barbadosun Brictaun şəhərində ölmuşdür. Məzarı Sent-Lüsiyada öz adını daşıyan kollecin həyətindədir. Uzun müddət işlədiyi Mançester Universitetində xatirəsinə bir bina tikilmişdir.

Əsərləri

  • 1954 Əməyin qeyri-məhdud ləvazimatları ilə iqtisadi inkişaf, İqtisadi və sosial tədqiqatlar, Mançester məktəbi.
  • 1955 İqtisadi inkişaf nəzəriyyəsi (Corc Ellen və Unvin ilə birlikdə), London.
  • 1966 İnkişaf planı: İqtisadi siyasətin əsas xüsusiyyətləri (Corc Ellen və Unvin ilə birlikdə), London.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. William Arthur Lewis // Brockhauz Ensiklopediyası (alm.).
  2. William Arthur Lewis // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. Deutsche Nationalbibliothek Record #118640542 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.