Artin Penik

Artin Penik (1921[1], Konstantinopol, Osmanlı imperiyası[1]15 avqust 1982[1], İstanbul) - Erməni əsilli türk vətəndaşı. Artin Penik həyatının 20 ilini Türkiyədən kənarda yaşamışdır. Uzun müddət ABŞ-də yaşayan Artin Penik sonralar Türkiyə qayıtmışdır. Əsənboğa hava limanında terror aktının törədilməsindən sonra, ASALA terror təşkilatına etiraz olaraq, Artin Penik 1982-ci il, 15 avqust tarixində İstanbul şəhərinin Taksim meydanında üzərinə benzin tökərək, özünü yandırmışdır. Dərhal xəstəxanaya çatdırılmış və 2 saat müddətində üzərində ağır cərrahi əməliyyat aparılmışdır.

Artin Penik
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri İstanbul, Türkiyə
Vəfat səbəbi özünü yandırmışdır
Milliyyəti Erməni
Fəaliyyəti dərzi, aktivist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bədənin böyük bir qisminin yanması, səbəbindən Artin Penik -1 dərəcəlik otaqda saxlanılmışdır. Həkimlərin bütün cəhtlərinə baxmayaraq, Artin Penik xəstəxanaya gətirildikdən 5 gün sonra vəfat etmişdir. Artin Penik vəfat etməsindən iki gün əvvəl Türkiyə dövlət televiziyasına müsahibə vermişdir. Müsahibədə, özünü yandırdığına görə peşman olmadığını və bu addımı heç kimin təsirinə düşmədən atdığını bildirmişdir.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.