Artemi Volınski
A. P. Volınski (1689–1740) – Pyotr çağının bacarıqlı gənc siyasi xadimlərindən biridir.
Həyatı
O, məşhur Volınskilər nəslindəndir. Atası Pyotr Volınski çar sarayında süfrəçi kimi xidmət etmişdi.
Xəzər dənizi hövzəsində öz hökmranlığını yaratmaq istəyən I Pyotr 1715-ci ildə İsfahana, İran şahının yanına böyük bir elçilik göndərmişdi. Ayrı-ayrı peşə və ixtisasları təmsil edən 71 adam A. P. Volınskinin başçılığı ilə bu elçiliyin tərkibinə qoşulmuşdu. Dərbəndə 1716–cı il avqustun 28-də gəlib çatan elçilik oktyabrın 27-dən dekabrın 4-dəkŞamaxıda qalmış, sonra Muğan və Təbrizdən keçərək İsfahana yollanmışdı. Burada aparılan danışıqlardan sonra (14 mart – 1 sentyabr 1717-ci il) elçilər Lənkərandan keçməklə yenidən Şamaxıya qayıtmış, 1717-ci il dekabrın 12-dən 1718-ci il iyunun 16-a kimi yenidən burada qalmışdılar. Beləliklə,Rusiya elçiləri Səfəvi İranının paytaxtı İsfahanda 5 ay yarım Şamaxıda isə 7 ay yarım olmuşdu. Buradan aydındır ki, Şimali Azərbaycan və bütünlükdə Zaqafqaziya məsələsi elçiliyin və çar Rusiyası hökumətinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri idi. Tarixi ədəbiyyatda A. P. Volınski elçiliyinin yazıları geniş öyrənilmişdir.
Artemi Volınski iki dəfə (birinci dəfə 1717–1725, ikinci dəfə 1732) Həştərxan quberniyasının qubernatoru olmuşdu.
Səfəvilər haqqında məlumatı
Hələ 1716-cı ildə I Pyotrun Azərbaycandakı elçisi Artemi Volınski Peterburqa yazdığı məktubunda şah Sultan Hüseyni nəzərdə tutaraq yazırdı: "Burada elə bir hakim vardır ki, o, təbəələri üzərində deyil, təbəələri onun üzərində hökmranlıq edirlər və yalnız padşahlar arasında deyil, sadə adamların arasında belə bir axmaq az tapılar". Əfqanlar İsfahana daxil olub tacı şah Sultan Hüseynin başından qapdılar, övladlarını qılıncdan keçirdilər. Şah özü öz tacını Mahmud xanın başına qoyaraq şərəfsizcəsinə "Sən məni yendin, Mahmud xan, mən məğlub oldum"- deyərək hakimiyyətdən əl çəkdi.
Ədəbiyyat
- Корсаков, "Арт. Петр. Волынский" (в "Древней и Новой России", 1876, кн. I и 1877, кн. I–II);
- его же статья в "Русской Старине" (1885, № 10).
- ст. Городецкого, "Памятник на общей могиле Волынского, Еропкина и Хрущева" (в "Русской Старине", 1886, № 6).
- Бушев, П. П. Посольство Артемия Волынского в Иран в 1715–1718 гг. М., 1978.