Artabasd (imperator)

Artabasd (yun. Ἀρτάβασδος) (bilinmirbilinmir) — Bizans imperatoru.[1][2][3]

Artabasd
yun. Ἀρταύασδος
erm. Արտավազդ
ƏvvəlkiV Konstantin
SonrakıV Konstantin
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Vəfat tarixi bilinmir
Fəaliyyəti monarx
Həyat yoldaşı Anna
Uşaqları Nikefor
Niketa
Ailəsi Mamikonyanlar
Dini şərqi ortodoks xristianlıq, xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ailəsi və doğum tarixiylə bağlı məlumat yoxdur. Erməni əsilli bir əsgər olaraq orduya daxil olmuşdur. 713-cü ildə II Anastasi tərəfindən Anadolu birliklərindən birinə təyin edilmişdir. Bu ərəfədə özü kimi ordu generalı olan Leonun qızıyla evlənərək onun imperator III Feodosiyə qarşı üsyanında iştirak etmişdir. Qaynatasının imperatoru devirərək taxta çıxmasının ardından sarayda nüfuz sahibi oldu.

Ancaq qaynatası III Leonun ölümündən sonra (18 iyun 741) taxta çıxan qaynı V Konstantin həm yaşca, həm də təcrübə etibarilə ondan kiçik idi. Üstəlik atası kimi ikonomaxiya cərəyanını dəstəkləyən V Konstantin paytaxt əhalisi və kilsə tərəfindən sevilmirdi. Bundan istifadə edən Artabasd imperatorun ərəblər üzərinə çıxdığı səfər əsnasında əmrindəki birliklərlə arxadan hücum edərək onu məğlub etdi. Ardından paytaxta daxil olaraq Konstantinopol patriarxının da təsdiqiylə özünü imperator elan etdi.

İlk iş olaraq kilsənin dəstəyini qazanmaq məqsədilə bütün ikonomaxiya tərəfdarlarını vəzifədən uzaqlaşdırdı və sürgün etdi. Bu səbəblə Roma papası tərəfindən də imperator olaraq tanındı. Onun Konstantinopoldakı qısa səltənəti ərzində şəhərin bütün kilsə və monastırları gümüş və qızıl ikonalarla yenidən bəzədildi. III Leonun qızı olan xanımı Anna üçün təmtəraqlı bir tacqoyma mərasimi keçirən Artabasd bu mərasimlə böyük oğlu Nikeforu ortaq imperator elan etdi. Kiçik oğlu Niketanı isə vaxtilə vəzifə yeri olan əyalətin idarəsinə təyin etdi.

Məğlubiyyətin ardından Anadoluya çəkilən V Konstantin isə əyalət birliklərini ətrafında topladı və Sardisdə (indiki Manisa yaxınlığında) 743-cü ilin may ayında qələbə qazandı. Ardından bacısı oğlu Niketanı da məğlub edən V Konstantin paytaxt Konstantinopola yürüdü və 2 oktyabrda şəhərə daxil olaraq hakimiyyəti yenidən ələ aldı. Ələ keçirilən Artabasd və 2 oğlunun əhalinin qarşısında gözlərinə mil çəkildi və bir çox dəstəkçiləri edam olundu. Paytaxtda baş verən bütün bu hadisələrə göz yuman və hətta dəstəkləyən patriarx isə vəzifəsində saxlanılsa da, xalqın önündə qamçılandı və təhqiramiz şəkildə cəzalandırıldı. Kor edilən Artabasd və oğulları qalan ömrünü Xilaskar Hora kilsəsində (indiki Kariyə məscidi) keçirdi. Ölüm tarixi bilinmir.

Ailəsi

Xanımı

  • Anna

Övladları

  • Nikefor — 742-ci ildə ortaq imperator elan edildi. Atasıyla birlikdə kor edilib kilsəyə həbs edildi.
  • Niketa — vaxtilə atasının vəzifə yeri olan əyalətin idarəsinə təyin edildi. Atasıyla birlikdə kor edilib kilsəyə həbs edildi.

İstinadlar

  1. Norwich, John J. (1991). Byzantium: The Apogee. Alfred A. Knopf, Inc. ISBN 0-394-53779-3
  2. Alexander, Paul Julius (1985). The Byzantine Apocalyptic Tradition. University of California Press. p. 66 (note 21). ISBN 9780520049987
  3. Cooper, Eric; Decker, Michael J. (2012). Life and Society in Byzantine Cappadocia. Springer. p. 42. ISBN 9781137029645
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.