Arrow
Arrow, İsrailin təkmilləşdirdiyi anti-ballistik raket sistemidir. Bu sistem qısa və orta mənzilli döyüş raketlərinə qarşı müdafiə imkanları verir.
Arrow | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 2000 |
İstehsal tarixçəsi | |
Konstruktor | Israel Aerospace Industries |
İstehsalçı | Israel Aerospace Industries |
Vikianbarda əlaqəli mediafayllar |
İsrail və ABŞ tərəfindən müştərək olaraq maliyyələşdirilən bu sistemin yaradılması işinə 1986-cı ildən başlanılmışdır. İsrail Müdafiə Nazirliyi və ABŞ Raketdən Müdafiə Təşkilatının nəzarəti altında, İsrail Aviasiya və Kosmik Sənaye (IAI) ilə Boeing tərəfindən layihə davam etdirilir. Testləri edilib qurtaran və istehsalına başlanılan Arrow 1 döyüş raketinin ardınca Arrow 2 rakelərinin yaradılmasına başlanılmışdır. Arrow, indiyə qədər mövcud olmuş ən təkmilləşdirmiş anti-ballistik raket sistemi proqramlarından biri hesab olunur. Daha inkişaf etdirilmiş modeli olan Arrow 3 isə 2013-cü ilin fevral ayında bazara çıxarılmışdır. Təkmilləşdirmə proqramına təxminən 3 milyard ABŞ dolları xərclənmişdir. Hal-hazırda bir döyüş raketinin qiyməti 3 milyon dollardır.
İsrailin Azərbaycana satdığı silahların arasında "ARROW" raketdən müdafiə sistemi və bu sistemin tərkib hissəsi olan “Green Pine” (“Qartal şüası”) erkən xəbərdarlıq radar kompleksi xüsusi çəkiyə malikdir. "ARROW" raketdən müdafiə sistemi dünyada yer-yer tipli istənilən raketləri zərərsizləşdirə bilən yeganə sistemdir. Sistemin tərkibinə daxil olan radar kompleksi “Yer-Yer” tipli raketləri hələ çox uzaqda ikən, onların start nöqtəsindən qeydə alır və eyni vaxtda izləməklə yanaşı "ARROW" raketlərini hədəfə buraxır. Raketlər hədəfi ən yüksək məsafədə yüz faiz dəqiqliklə zərərsizləşdirir. “Green Pine” radarı ballistik raketləri keçdiyi bütün yolboyu izləyir. Radar həmçinin eyni vaxtda çox sayda raketi izləyərək onların uçuş trayektoriyası barədə idarəetmə mərkəzinə xəbərdarlıq göndərmək qabiliyyətinə və məlumatları “Arrow” sisteminə ötürmək imkanına malikdir. Ballistik raketlər ölkəyə doğru yönələrsə radar avtomatik olaraq hər bir raketin təhlükəlilik dərəcəsinin çoxfunksiyalı qiymətləndirməsini aparır və özü hansı ardıcıllıqla raketləri vuracağını hesablayır. Hazırda İsraili müxtəlif növ raketlərdən etibarlı şəkildə bu sistem qoruyur.
ARROW layihəsi (2 milyard USD) 1998-ci ildə ABŞ-nin maliyyə yardımı ilə İsrail tərəfindən başladılıb və 2010-cu ildə hazırlanmış sistem bütün sınaqları keçərək İsrail ordusuna daxil edilib. ARROW öz göstəricilərinə görə bütün rəqiblərini üstələyir.
Texiki göstəricilərinə görə ARROW-un hədəfi müəyyən etmə ehtimalı 99.9 %, hədəfi məhv etmə ehtimalı isə 90 %-dir. Sistem hədəfləri 3 000 km-ə qədər məsafədə müəyyən edir, izləyir, 100 km radiusda isə məhv edir. İntellektual sistem əsas döyüş başlığını decoy-dan ayırmaq imkanı verir. Buraxıcı qurğudan ayrıldıqdan sonra raketin sürəti 3 km/saniyəyə çatır. Sistem eyni vaxtda 12 hədəfi izləyib məhv edə bilir.