Arran yepiskopluğu

Arran yepiskopluğu (Arami dilində: ܐܪܐܢ) — Nestorian kilsəsinin Qafqaz Albaniyası ərazisindəki tarixi inzibati ərazisi. Mərkəzi Bərdə şəhərində yerləşirdi. 420-ci ildə yepiskopluq təsis edilmiş, 900-cü illərdə mitropolitlik statusu almış, 1200-cü ilə qədər də bu statusu qorumuşdu.[1] 1200-cü ildə isə Arran yepiskopluğu ləğv edilərək Təbrizdə mərkəzləşmiş Azərbaycan yepiskopluğu tabeliyinə verilmişdir.

Bilinən yepiskopları:

  • Karaduset - I Qubadın şahlığı dövründə yaşamışdır.
  • Sabrişo - 900-cü ildə IV Yohannanın seçilməsində iştirak etmişdi.[2]
  • Yunan (899-902)
  • Baladlı Eliya - Patriarx Mari (987-999) tərəfindən təyin olunmuşdur.

İstinadlar

  1. A CONCISE HISTORY OF NESTORIAN CHRISTIANITY IN ASIA FROM THE PERSIAN SCHISM TO THE MODERN ASSYRIANS - AUBREY R. VINE, səh. 118
  2. Sara Qasımova, ON CHRISTIANITY IN MEDIEVAL AZERBAIJAN, The Caucasus & Globalization jurnalı, say 3-4, 2010. Səh 157.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.