Arran tüməni
Arran tüməni — XIV əsr. İnzibati ərazi.. Elxanilər dövləti Azərbaycan vilayətinin 9 tümənindən biri
Arran tüməni (Arran hakimliyi) | |
---|---|
Tuman-i Arran-i Azərbaycan (Arran ölkəsi) | |
Ölkə | Elxanilər dövləti Azərbaycan vilayəti |
Daxildir |
1. Arran 2. Qarabağ 3. Arasbar 4. Güştasfi |
İnzibati mərkəz | Arran[q 1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | XIII əsrin sonları |
Ləğv edilib | 1747 |
Müasir dövrdə | Azərbaycan |
|
1496-cı ilin iyul-avqust aylarında (h. 901-ci ilin zilqədə ayında) Əhmədəddin Əfəndi ibn Şeyx Məhəmməd Bərdəi adlı qazının iştirakı ilə tərtib edilən və bir suvarma kanalının alqı-satqısından bəhs edən sənəddə Arran tüməni Azərbaycan ölkəsinin bir parçası kimi (“tuman-i Arran-i Azərbaycan”) göstərilmişdir [1] . Məlumdur ki, bəzi əcnəbi müəlliflər tarixən Araz çayından şimalda yerləşən ərazilərin (Arran vilayətinin) Azərbaycana aid olmadığını və Azərbaycan adı altında yalnız Arazdan cənubdakı torpaqların başa düşüldüyünü iddia etmişlər. Daha öncə bu kimi mülahizələri ilkin qaynaqların materialları əsasında tənqid etmişdik [2]. Bərdəli qazının imzaladığı bu mübayiənamə orta əsrlərdə Arran vilayətinin Azərbaycanın tərkib hissəsi sayıldığını bir daha bariz şəkildə nümayiş etdirir.
- Emadəddin Şeyxül-Hükəmayinin “Şeyx Səfiəddin Ərdəbili məqbərəsinin sənədlərinin kataloqu” adlı 2009-cu “İslami Şura Məclisi Muzeyinin Kitabxanası və Sənədlər Mərkəzi” tərəfindən Tehranda nəşr edilmiş s.72, № 298
- Gasymov Kh., Musaly N. A fact of falsification of Azerbaijan’s historical geography and statehood history // The Presidium of Azerbaijan National Academy of Sciences: “Azerbaijan and Azerbaijanis”. Baku: Nurlan, 2008, vol. 98, № 5-8, p.91-101. s.93-95