Arqo (film, 2012)
Arqo (ing. Argo) — 2012-ci ildə ABŞ-də ekranlaşdırılmış siyasi triller. Filmin rejissoru Ben Afflekdir. Filmin ssenarisi Toni Mendezin "The Master of Disguise" və Coşua Biermenin "Wired" jurnalında çıxmış "The Great Escape" məqaləsindən götürülmüşdür.
Arqo | |
---|---|
ing. Argo | |
Janr | dram filmi, bioqrafik film, triller filmi, tarixi film |
Əsas mövzu | İran girov böhranı, Kanada hiyləsi |
Rejissor | |
Prodüserlər | |
Ssenari müəllifləri | |
Baş rollarda |
|
Operator |
|
Bəstəkar |
|
İstehsalçılar | Warner Bros. |
Distribütor | Warner Bros., InterCom[d][2], Netflix |
İlk baxış tarixi | 31 avqust 2012, 8 noyabr 2012[3], 22 noyabr 2012[2] |
Müddət | 120 dəq. |
Büdcə | 44.500.000 $ |
Gəlir | 232.300.000 $ |
Ölkə | |
Dillər | ingilis dili, fars dili |
Rəng | rəngli |
Çəkiliş yeri | İstanbul, Los-Anceles, Türkiyə |
IMDb | ID1024648 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Filmdə əsas rolda Ben Afflek, Mendez rolunu canlandırır, ondan əlavə isə Alan Arkin, Brayan Krenston və Con Qudmen də filmdə yer alıblar. Filmin prodüserləri Ben Afflek, Qrant Heslov və Corc Klunidir.
Film 85-ci Akademiya Mükafatı üzrə yeddi nominasiya alıb və üçündə laureat olub. Bu laureatların arasında Ən yaxşı film də var. Bundan əlavə beş Qızıl Qlobus mükafatına da nominasiya olmuş və bunlardan ikisini qazanmışdır[4].
Filmin xülasəsi
4 noyabr 1979-cu ildə İran aktivistləri İran İslam İnqilabı zamanı ABŞ prezidenti Cimmi Karterin Şaha sığınacaq verdiyinə görə İrandakı ABŞ səfirliyinə hücum edirlər. Əllidən çox səfirlik işçisi girov götürülür, lakin altı işçi ordan qaçmağa nail olurlar və Kanada səfirliyində sığınırlar. ABŞ Dövlət Departamenti onların İrandan salamat çıxarılması üçün planlar hazırlayır və nəzərdən keçirirlər. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi mütəxəsisi Toni Mendez də məsləhətləşmə üçün dəvət olunur. O edilən bütün təkliflərə qarşı fikirlər səsləndirir və sonunda alternativ bir təklif irəli sürür. Toni Mendez oğlu ilə telefonda danışarkən "Meymunların dünyası üçün müharibə" filmindən ilhamlanır və ağlına bir fikir gəlir, guya onlar da kanadalı film istehsalçılarıdır və İranda bəzi səhnələri lentə almaq istəyirlər, ordakı səfirlik işçilərini də kanadalı film işçiləri kimi göstərərək oradan çıxarmaq olar.
Mendez müşahidəçisi Cek O'Donnel ilə Çon Çemberslə əlaqəyə girir. Onlar Çembers vasitəsilə Hollivudda kino prodüseri olan Lester Siqel ilə tanışırlar. Onlar birlikdə işləməyə başlayırlar və "Arqo" adında bir layihə hazırlayırlar. Bu layihədə onlar "Ulduz müharibələri" filminə bənzər bir film ərsəyə gətirmək istədikləri planında qərarlaşırlar. Bütün bunlar baş verən zaman İranda inqilabçılar öyrənirlər ki, onların basqın etdiyi və işçilərini girov götürdüyü Amerika səfirliyindən bəzi işçilər qaça bilib.
"Arqo" layihəsinin prodüseri qismində Mendez İrana gəlir və altı amerikalı işçi ilə əlaqə yaradır. O onlara saxta Kanada passportları təqdim edir və onlara özləri haqqında uydurma həyatlarını öyrədir ki, hava limanında problemsiz ötüşsünlər. Səfirlik işçiləri bu plana bel bağlamasalar da, onlar bu plana razı oldular, çünki onlar bilirdilər ki, Mendez də öz həyatını təhlükəyə atır. Həqiqətən də filmdə çalışdıqlarını göstərmək üçün onlar bazara gedəndə orada bəzi problemlər yaşansa da, iranlı tanışları onları qarışıqlığın içərisindən çıxarmağa nail olur.
Mendezə xəbər göndərilir ki, əməliyyat geri çəkildi və ABŞ-yə dönsün. Lakin, Mendez O'Donneli məcbur edir ki, İsveçrə Hava Yollarına bilet alsın. Hava Limanında olarkən təhlükə daha da artdı. Belə ki, sərnişinlərin həmin reyslə uçmaqları ən son anda təsdiqləndi və həmçinin kinonun proyektinin mövcudluğunu da öyrənmək üçün Hollivuda edilən zəng ən son anda cavablandırıldı. Mendez və səfirlik işçiləri təyyarədə yerlərini alırlar, bu zaman inqilab mühafizəçiləri hiylənin üstünü açır və onlar təyyarəni saxlamağa cəhd edirlər.
İrandakı Kanada səfiri öz həyat yoldaşı ilə birlikdə İrandan çıxır. Onların evində çalışan iranlı xanım da amerikalılar haqqında hər şeyi bildiyinə görə İraqa qaçır. Mendez Zəka mükafatına layiq görüldü, lakin o medalı 1997-ci ildə əməliyyatın detalları açıqlanana qədər ala bilməmişdi. Film sabiq prezident Cimmi Karterin böhran və bu əməliyyatla bağlı nitqi ilə bitir.
Obrazlar
- Ben Afflek — Toni Mendez rolunda
- Brayan Krenston — Cek O'Donnel rolunda
- Alan Arkin — Lester Siqel rolunda
- Con Qudman — Con Çembers rolunda
- Teyt Donovan — Robert Anders rolunda
- Klea DuVall — Kora Lijek rolunda
- Kristofer Denhem — Mark Lijek rolunda
- Skut Makneyri — Co Stafford rolunda
- Kerri Bişe — Keti Stafford rolunda
- Rori Koxreyn — Li Şatz rolunda
- Viktor Qarber — Ken Teylor rolunda
- Kayl Çandler — Hemilton Cordan rolunda
- Kris Messina — Malinov rolunda
- Zeliko İvanek — Robert Pender rolunda
- Titus Velliver — Con Beyts rolunda
- Bob Qunton — Sayrus Vans rolunda
Səhvlər
- 1980-ci ildə İsveçrə hava yollarına aid sadəcə iki Boinq 747 təyyarəsi var idi və onların bəlli yol xəritəsi var idi, belə ki, onlardan biri Sürix — Nyu-York, digəri isə Cenevrə — Nyu-York yolu üzrə hərəkət edirdi. Bu təyyarələr heç vaxt İrana hər hansı xüsusi çağırış üzrə getməyiblər[5].
- Filmdə qeyd edilir ki, Britaniya və Yeni Zelandiya səfirlikləri Amerika səfirliyinin işçilərinə kömək etməkdən imtina edirlər. Əslində isə hər iki səfirlik onlara sığınacaq vermiş və onları Kanada səfirliyinə göndərməyə yardım etmişdilər. Daha sonra britaniyalı Artur Ueyt aldığı risklərə görə Order of St. Michael və St. George müdallarına layiq görülmüşdür.
- İranda göstərilən bəzi səhnələrdə "anadol" brendli maşınlar gözə dəyir. Hansı ki, bu maşınlar sadəcə Türkiyədə istehsal olunub və ancaq orada satılıb[5].
- Mendezin İranda Kanada səfirliyinə getdiyini göstərən səhnələrdə İstanbul Böyükşəhər Bələdiyyəsinin işarəsini aydın görmək olur.
- Toni Mendez hava limanında oturacaq yerini 1C olaraq alır, bu təyyarədə orta yer olmasına baxmayaraq, Mendez təyyarədə pəncərənin qırağında əyləşir.
- İstanbulda Mendez görüşmək üçün Sultan Əhməd camisinə gedir və içəri girir, lakin bundan sonrakı səhnələr əvvəllər kilsə olmuş və hal-hazırda muzey olan Aya Sofyanın içərisində aparılır.
- İstanbulda çəkilişlər zamanı dirəklər üzərində böyük Türkiyə bayraqları gözə dəyir. Bu bayraqlar 21-ci əsrin əvvəllərindən şəhərdə qoyulub[5].
- Ben Afflekin yaratdığı obraz Toni Mendezin qolunda olan Roleks markalı saatın həmin modeli ilk dəfə 2008-ci ildə çıxıb.
İstinadlar
- Česko-Slovenská filmová databáze (çeş.). 2001.
- http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
- IMDb (ing.). 1990.
- "Arqo Qızıl Qlobus təqdimetmə mərasimində" (ingilis). hfpa.org. 2013-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2014.
- "Arqo səhvlər" (ingilis). imdb.com. 2014-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2014.