Arpad Gents
Arpad Gents (mac. Árpád Göncz, 10 fevral 1922[1][2][…], Budapeşt, Macarıstan[3] – 6 oktyabr 2015[4][1][…], Budapeşt[5]) — Macar dövlət xadimi, Macarıstanın ilk prezidenti. O, həmçinin 1956-cı ildə baş verən macar inqilabının iştirakçılarından biri olmuşdur.
Arpad Gents | |
---|---|
mac. Árpád Göncz | |
![]() | |
![]() | |
2 may 1990 – 4 avqust 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 fevral 1922[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 oktyabr 2015[4][1][…] (93 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, yazıçı, tərcüməçi, şair, vəkil |
Uşağı | 4 |
Dini | Roma-Katolik kilsəsi |
|
|
![]() |
|
gonczarpad.hu | |
![]() |
Həyatı
Arpad Gents 10 fevral 1922-ci ildə Budapeştdə zadəgan ailəsində anadan olmuşdur. Atası Layoş Gents poçt işçisi anası İliona Hayman isə evdar xanım idi. Bunda başqa atası Layoş Gents məşhur tennis oyunçusu olmuş və 1924-cü i yay olimpiya oyunlarında Macarıstanı təmsil etmişdi. Ilk təhsilini 4 illik məktəbdə aldıqdan sonra təhsilini 1932-ci ildə Verbösi orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirən Gents 1944-cü ildə Budapeşt Pamani Piter adına İncəsənət Universitetinə daxil olmuşdur. Həmin il- 1944-cü ilin 19 mart tarixində Macarıstan almanların hücumuna məruz qaldı. Arpad Gents hələ təhsil aldığı üçün orduya çağırışdan azad edilmişdi. Lakin tezliklə 1944-cü ilin dekabr ayında o müharibəyə çağırıldı. 1944-cü ilin sonlarında Macarıstan Qızıl Ordu tərəfindən mühasirə edildikdə Gents də şəhərdə idi. Müharibədən sonra o, kənd təsərrüfatı üzrə təhsil almağa başlamışdır. Arpad Gents 1947-ci ilin yanvar ayının 11-də Maria Susanna ilə ailə həyatı qurmuş, bu evlilikdən 4 övladı dünyaya gəlmişdir.
Siyasi fəaliyyəti
Arpad Gents siyasi karyerasına dövrün anti-kommunist partiyası Xırda Mülkiyyətçilər partiyasına üzv olmaqla başlamışdır. O cümlədən 1956-cı il Macar inqilabının fəallarından olan Gents, İnqilabda iştirakına görə ömürlük həbs cəzasına məhkum olunmuşdur. Həbsd keçən 7 ildən sonra amnistiya alaraq azadlığa buraxılan siyasətçi 1988-ci ildə yenidən siyasi arena geri qayıtmışdır.
Vəfatı
Arpad Gents 6 oktyabr 2015-ci ildə, 93 yaşında vəfat etmişdir [8].
Mükafatları
- 1991:
İtaliya- "İtaliya qarşısında xidmətlərə görə" Böyük Xaç ordeni
- 1994:
Birləşmiş Krallıq- "Müqəddəs Maykl və Müqəddəs Corc" ordeni
- 1994:
Polşa– Polşa Respublikasının xidmətlərə görə "Bəyaz Qartal" ordeni
- 1995:
Malta– "Malta qarşısında xidmətlərinə görə" döş nişanı (9 fevral 1995)
- 1999:
Estoniya – Terra Mariana döş nişanı
- 1999:
Litva – Böyük Vytautas ordeni (19 may 1999)
- 1999:
Norveç– Müqəddəs Olav Böyük Komandor Xaçı ordeni
- 1999:
Birləşmiş Krallıq– Baz Böyük Xaç nişanı
- 2000:
Almaniya– Almaniya Federativ Respublikasının Böyük Xaç nişanı
- 2003:
Çexiya – "Ağ Aslan" ordeni (7 mart 2003)[160]
- 2003: Budapeşt Korvinus Universiteti mükafatı
- 2009: Beynəlxalq Adalbert sülh mükafatı
İstinadlar
- Árpád Göncz // Brockhauz Ensiklopediyası (alm.).
- Bibliothèque nationale de France Árpád Göncz // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Deutsche Nationalbibliothek Record #119359987 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- http://www.origo.hu/itthon/20151006-meghalt-goncz-arpad.html.
- PIM authority.
- Politikamentes temetésen búcsúztatták Göncz Árpádot. Index, 2015.
- Meghalt Göncz Árpád. Index.hu Zrt., 2015.
- "Macaristan eski cumhurbaşkanlarından Árpád Göncz öldü". 2019-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.