Arnolfo di Kambio

Arnolfo Di Kambio (it. Arnolfo di Cambio; təq. 1240[1][2][…], Kolle di Val d'Elsa, Toskanatəq. 8 mart 1302[1][3], Florensiya[4]) — italyan heykəltəraşı və memarı.

Arnolfo Di Kambio
it. Arnolfo di Cambio
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Siena
Vəfat tarixi
Vəfat yeri Florensiya
İşləri və nailiyyətləri
Memarlıq üslubu qotik, Duçento, Protorenessans
Əsas tikililəri Müqəddəs Pyotrun tunc heykəli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Bolonyadakı San-Domeniko kilsəsində müqəddəs Dominikin sarkofaqı və Siena baş kilsəsinin kafedrasının yaradılmasında Pizanonun köməkçisi və ehtimal ki, şagirdi olmuşdur. Antik irsə böyük marağı da Pizanodan əxz etmişdir. Romada 1277-ci ildən, 1294-cü və ya 1296-cı ildən sonra Florensiyada işləmişdir. Qədim Roma heykəltəraşlığı ənənələrini fransız qotikasının təsiri ilə birləşdirərək, özünün əzəmətli — epik obrazlarında italyan Protorenesansı plastikasının əsasını qoymuşdur.

Perucadakı fəvvarə üçün fiqurlar, kardinal Qiyom de Breyin və kardinal Annibaldinin, papa VIII Bonifatsinin mərmər sərdabələri, Vatikandakı Müqəddəs Pyotr baş kilsəsindəki Müqəddəs Pyotrun tunc heykəli, Florensiya baş kilsəsinin fasadındakı fiqurlar onun ən mühüm əsərlərindəndir. Memar kimi Florensiyada işləmiş, baş kilsənin yenidən qurulmasında, Badia abbatlığı və Santa-Kroçe kilsələrinin inşasında və ehtimal ki, həmçinin Palasso Vekkyonun tikintisində də iştirak etmişdir.

Mənbə

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina  Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 64. ISBN 978-9952-441-05-5.
  1. Arnolfo di Cambio // RKDartists (nid.).
  2. Arnolfo di Cambio // Athenaeum.
  3. Poeschke J. Arnolfo di Cambio // Arnolfo di Cambio (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2017. ISBN 978-1-884446-05-4 doi:10.1093/GAO/9781884446054.ARTICLE.T004203
  4. Union List of Artist Names (ing.). 2011.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.