Arno Breker
Arno Breker (ing. Arno Breker; 19 iyul 1900[1][2][…] – 13 fevral 1991[2][3][…], Düsseldorf[4][5]) — alman heykəltaraşı, qrafik və memar. Faşist Almaniyasında ictimai əsərləri ilə tanınan ən yaxşı alman memarı və heykəltaraş idi.
Arno Breker | |
---|---|
ing. Arno Breker | |
| |
Doğum tarixi | |
Doğum yeri | Elberfeld, Almaniya İmperiyası |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Düsseldorf, Almaniya |
Dəfn yeri |
|
Milliyyəti | Alman |
Fəaliyyəti | memar, heykəltaraş, siyasətçi, universitet müəllimi[d], qrafika ustası[d] |
Partiyası | |
Tanınır | Rəssam, heykəltaraş |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Heykəltəraş olan qardaşı Hansla (1906–93) birlikdə atasından (daşyonan) dərs almış, sonra Düsseldorf Rəssamlıq Akademiyasında (1920–25) oxumuşdur. 1927–33-cü illərdə Parisdə işləmişdir; yaradıcılığına O. Rodenin təsiri olmuş, K. Brınkuşi, E.A. Burdel, A. Mayol, J. Kokto və b. ilə dostluq etmişdir. 1933-cü ildə İtaliyada olmuş, antik heykəltaraşlığı və Mikelancelo yaradıcılığını öyrənmişdir. V.K. Rentgen (Remşaydda, 1930) və H. Heynenin (eskiz 1932, 1982-ci ildə Düsseldorfda qoyulmuşdur) abidələrinin müəllifidir.
Fəaliyyəti
1936-cı ildə Berlində Olimpiya stadionu üçün heykəllər işləmişdir. Breker Üçüncü reyx incəsənətinin əsas fiqurlarından olmuşdur. 1938–45-ci illərdə Reyx dəftərxanası üçün monumental heykəl sifarişlərini yerinə yetirmiş, Berlindəki Zəfər tağının relyeflərini (hündürlüyü 10 m, uzunluğu 240 m; memar A. Şpeerlə birlikdə), nasist rəhbərlərinin, alman və fransız incəsənət xadimlərinin portretlərini, həmçinin mifoloji və dini mövzularda əsərlər (tunc, mərmər) işləmişdir. 1940-cı ildə Prussiya Rəssamlıq Akademiyasına üzv seçilmişdir; Berlin Rəssamlıq İnstitutunda (1937–45) dərs demişdir. 1945-ci ilədək olan əsərlərinin çox hissəsi itmişdir. İkinci Dünya müharibəsindən sonra dağılmış alman şəhərlərinin bərpasında memar kimi işləmişdir; 1960-cı il dən Parisdə yaşamışdır. 1976-cı ildən Olimpiya silsiləsi üzərində işləmiş, ideallaşdırılmış atlet obrazlarını yaratmışdır. Breker yaradıcılığında neoklassisizm və neoromantizm təmayülləri birləşmişdir. 1985-ci ildə Kölndə Breker muzeyi açılmışdır.[6]
Evliliyi və ailəsi
Arno Breker iki dəfə evlənib. Onun ilk həyat yoldaşı Demetra Messala yunanıstanlı model idi. 1956-cı ildə bir avtomobil qəzasında ölmüşdü. 1958-ci ildə Karola Kluq ilə yenidən evləndi. Cerart (1959) və Karola (1962) adlı iki övladı var idi. Breker 1991-ci ildə ölümünə qədər Karola Kluq ilə yaşamışdı.[7]
Həmçinin bax
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Arno Breker (nid.).
- Arno Breker // Brockhauz Ensiklopediyası (alm.).
- http://www.meaus.com/arno-breker-biography.htm.
- http://arch-pavouk.cz/index.php/architekti/1500-breker-arno.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 549. ISBN 978-9952-441-03-1.
- "Arno Breker biography". 2017-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-05.