Arnavutköy
Arnavutköy türk. Arnavutköy — İstanbul ilinin ilçəsi. İstanbulun qərbində, Avropa hissəsində yerləşir. Qara dəniz sahilinə yaxındır.[1]
Arnavutköy | |
---|---|
41°11′ şm. e. 28°44′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
arnavutkoy.gov.tr | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Şəhərin qurulmasının dəqiq vaxtı məlum deyil, lakin mənbələr və xəritələr artıq 1850-ci illərdə şəhərin yerləşdiyi ərazi üçün Arnavutköy adını istifadə edirlər. Şəhərin adı arnautlardan gəlir və "Arnaut kəndi" deməkdir, baxmayaraq ki, onlarla əlaqələri çox zəifdir, demək olar ki, heç yoxdur. 1922-ci ilə qədər bu ərazidə yunanlar məskunlaşmışdı, lakin yunanların mübadiləsi nəticəsində onları köçürmüş, onların evlərinə isə Yunanıstandan köçürülmüş türklər yerləşdirilmişdi. Hər bir evin fərdi adı var idi. Qəsəbədə məktəb, mağaza və kafe var idi. Arnavutköy İstanbuldan Avropaya gedən əsas quru yol üzərində yerləşirdi və sərnişinlər vaxtaşırı burada nəqliyyatın olmaması, yaxud yol hərəkət üçün bağlı olduqda dayanmalı olurdular.[2]
1951-ci ildə 350 yeni ev tikilmiş və qəsəbə regional mərkəzə çevrilməyə başlamışdır. Şəhərin əhalisinin artımı Anadolunun kənd əhalisinin şəhərlərə miqrasiyası ilə əhəmiyyətli dərəcədə sürətlənib və 22 mart 2008-ci ildə Arnavutköy rəsmi olaraq İstanbulun rayonlarından birinə çevrilmişdir.
İcra hakimləri
- Həsən Kayım Anavətən Partiyası 1987-1989
- Bəxtiyar Sağlam Rəfah Partiyası 1989-1999
- Bayram Əminəl Demokratik Sol Partiyası 1999-2004
- Əhməd Haşim Baltacı Ədalət və İnkişaf Partiyası 2004-günümüz
Siyasət
İstinadlar
- Arnavutköy Belediyesi Resmi - Arnavutköy hakkında Arxivləşdirilib 2015-10-18 at the Wayback Machine. İstifadə tarixi 20 Aprel, 2019
- Arnavutköyün politikası. Tarihi Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine. İstifadə tarixi 20 Aprel, 2019
- Arnavutköy Yerel Seçimler 2009-2019 Sonuçlar - Partiler, Başkanlar, İller ve İlçeler Arxivləşdirilib 2019-04-20 at the Wayback Machine. Yerelnet.org.tr. İstifadə tarixi: 20 Aprel, 2019