Armudlu (Sərdarabad)

Armudluİrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.[1]

Kənd
Armudlu
40°04′38″ şm. e. 44°05′19″ ş. u.
Ölkə  Ermənistan
Region Sərdarabad mahalı
Rayon Sərdarabad rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 854 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.016 nəf. (2019)
Rəsmi dili
Armudlu xəritədə
Armudlu
Armudlu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Böyük Armudlu

Böyük Armudlu İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.

Toponim armud sözünə -lu şəkilçisinin artırılması ilə əmələ gəlib «armud olan yer» mənasını bildirir. Toponim əvvəlindəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tandzut (Armudlu) qoyulmuşdur.

Kiçik Armudlu

Kiçik Armudlu İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənubda yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir.

Erməni mənbəyində göstərilir ki, kəndin qədim, ilkin adı Türk (tatar) Armutlusu (Armtlu türk (tatar) olmuşdur[3].

1930-cu ildə rayondakı Böyük Armudlu kəndi ilə birləşdirilmişdir.

Toponim armud bitki adına mənsubluq bildirən -lu şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. «Kiçik» sözü fərqləndirici əlamət bildirir, fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Əhalisi

Böyük Armudlu

Burada ermənilərdən başqa 1831-ci ildə 129 nəfər[4], 1922-ci ildə 52 nəfər[5] azərbaycanlı yaşamışdır.

1930 - cu ildə azərbaycanlılar kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.

Kiçik Armudlu

Kənddə 1831-ci ildə 72 nəfər, 1873 - cü ildə 178 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 289 nəfər, 1904 - cü ildə 309 nəfər, 1914 - cü ildə 327 nəfər, 1916-cı ildə 225 nəfər yalnız azərbaycanlı yaşamışdır[6].

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur və kəndə Türkiyənin Bayazid və Alaşkerd vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir.

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.19
  3. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.62
  4. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.579-580
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.138-139
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.62-63, 138-139
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.