Armudlu (Qax)

ArmudluAzərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.

Armudlu
41°22′46″ şm. e. 47°02′14″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 145 nəf. (2012)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 3421
Armudlu xəritədə
Armudlu
Armudlu

Tarixi

Böyük Qafqaz Dağlarının əhatəsində olan Armudlu kəndi Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində, Qaşqaçayın sol sahilində, Cavanşir zirvəsi (Qanbay) dağının ətəyində yerləşir. Bu kəndin ərazisi keçmişdə qaraqoyunlu tayfasına mənsub yaylaq yeri olmuşdur. Sonralar həmin tayfa üzvləri orada məskunlaşmışdır.[2] Kənd sakinləri Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin nəslindən gəlir.

Coğrafiyası və iqlimi

Qax rayonun mərkəzindən 19 km məsafədə yerləşir və təxminən 20–25 evdən ibarətdir. Kənddə 1 məktəb və 1 mağaza var.[3]

Armudlu dağlarla əhatə olunmuş kənddir.

Əhalisi

1 yanvar 2020-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 48 təsərrüfatda 183 nəfər əhali yaşamaqdadır.[4]Kənd Əhalisi Oğuzların Yıva boyundan gəlir. Qara Yusifin Baranlı soyundan gəlir.

Tanınmış şəxsiyyətləri

  • Şahmurad Rəhimov
  • Qəzənfər Məhərrəmov (SSR güləş ustası)

İstinadlar

  1. http://qax-ih.gov.az/page23/Bələdiyyələr.html.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Bələdiyyə bilgiləri
  4. Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.