Armavir (Rusiya)
Armavir — Rusiya Federasiyasının cənubunda, Krasnodar diyarında şəhər. Şəhər Krasnodar diyarının cənubunda, Krasnodar şəhərindən 202 km məsafədə yerləşir. Moskvadan isə 1400 km-lik məsafə ayırır. Şəhər ətraf kəndlərlə birgə Armavir şəhər dairəsinə daxildir. Önəmli dəmiryol qovşağı hesab olunur. Şəhərdə Armavir-Rostov və Armavir-Tuapse Şimali Qafqaz dəmiryol stansiyasiyaları fəaliyyət göstərir.
Armavir | |||||
---|---|---|---|---|---|
rus. Армавир | |||||
|
|||||
45°00′ şm. e. 41°07′ ş. u. | |||||
Ölkə | Rusiya | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1839 | ||||
Sahəsi | 280 km² | ||||
Mərkəzin hündürlüyü | 190 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi | 187 215[1] nəfər (2021) | ||||
Sıxlığı | 668,63 nəf./km² | ||||
Milli tərkibi | ruslar, ermənilər, ukraynalılar, çərkəzlər | ||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 86137 | ||||
Poçt indeksi | 352900–352906, 352909, 352910, 352912, 352913, 352915, 352916, 352918, 352919, 352922–352924, 352930–352932, 352949 | ||||
Digər | |||||
armawir.ru | |||||
| |||||
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
1839-cu ildə çərkəz erməniləri (çerkesoqaev) Urup çayının mənsəbinə yaxın ərazidə yerləşdirildi. Bu tarix rəsmən Armavir şəhərinin əsasının qoyulması ili hesab olunur. Aul üç tərəfdən eni 2,5 metr olan dərin yarğanla əhatələnmişdir. Digər tərəfdən ərzini Kuban çayı əhatə edir. Şəhərin sərhədləri dəfələrlə genişləndirilmişdir. Buna səbəb müxtəlif zamanlarda əraziyə yeni ailələrin köçürülməsi idi. İlk vaxtlar ərazidə 120 ailə yaşayırdı. 1840-cı ildə onların sayı 400 çatdı.
Adıgeylər və çərkəzlər arasında şəhərin adı Ермэлхьаблdır — «erməni kəndi»[2].
Hal-hazırda Armavir əhalinsinin 86%-ni ruslar təşkil edir. Ermənilər 8%-dir. Ukraynalılar, belaruslar, çərkəzlər, tatarlar və gürcülər azlıq təşkil edir.[3]
Armavir aqlomerasiyanın mərkəzi hesab olunur. Aqlomerasiyaya şəhərlə yanaşı yeddi munisipal rayon daxildir: Novokubansk, Uspenski, Otradnenski, Qulkeviç, Labinsk, Kurqanski, Mostovcki. Aqlomerasiyanın ümumi əhalisi 0,76 milyon nəfərdir. Orta sıxlıq aşağıdır: 54 nəfər. Bu Krasnodar diyarının orta sığxlığından xeyli aşağıdır (75 nəfər).
Armavir — Krasnodar diyarının ən şərqində yerləşən şəhərdir. Şəhər Kuban çayının sol sahilində yerləşir. Böyük Qafqazın şimal dağ ətəyi ərazilərinə çıxışı var. Urup çayı məhs Armavir yaxınlığında Kuban çayına tökülür.
Şəhər ərazisi mülayim kontinental iqlim zonasına daxildir. Ərazidə üstünlük təşkil edən küləklər: cənub-şərq və şərq küləkləridir. Küləyin orta illik sürəti 4,9 m/saniyədir. Orta illik yağıntıların miqdarı: 600—650 mm-dir. Orta illik temperatur: +11 °C-dir. Ən soyuq ay yanvardı və orta temperaturu −1 °C. Ən isti ayın temperaturu +23 °C-dir (iyul).
İstinadlar
- "БД показателей муниципальных образований РосСтат". 2021-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
- Берсиров Б.М. "Русско-адыгейский словарь". Министерство образования и науки Республики Адыгея. 2017-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-05.
- "Итоги: Краснодарстат". 2013-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-13.