Armatur (tikinti)

Armatur ― dəmr-beton tiklilərdə betonla birləşərək dartılmada yaranan gərginliyi, həmçinin sıxılmış zonalarda betonu bərkitmək üçün tətbiq olunan, bir neçə metal elementin birləşməsidir.

Panelin armaturla karkası, beton tökülməzdən əvvəl

Armaturun elementləri sərt (yayılmış ikitavrlar, şveller, bucaqlar) və elastiki (hamar və perodik profilin ayrı-ayrı içlikləri, həmçinin qaynaqlanmış və ya hörülmüş torlar və karkaslar) olanlara bölünürlər. Armatur içliklər poaddan (armatur poladı), kompozitlərdən və s. hazırlana bilir.

Təsnifatı

Armaturlar bir çox göstəricilərinə görə sinifləşdirilirlər: təyinatıa görə, konstruksiyasına görə, tətbiq sahəsinə görə, materialın növünə görə.

Təyinatına görə

Təyinatına görə armaturları bölürlər:

  • işçi armaturalar (en kəsiyi hesablanır, əsas yükün götürülüməsinə xidmət edir,
  • konstruktiv (en kəsiyi armatural örtülmənin ən kiçik faizinə əsasən tapılır, sıxılma və genişlənmə, həmçinin temperaturdan yaranan *deformasiyaları öz üzərinə götürür),
  • yığım (işçi zonaları birləşdirmək üçün tətbiq olunurlar),
  • lövbər

Konstruksiyasına görə

Armaturlar konstruksiyasına görə bölünürlər:

  • eninə olan armaturlar- dayaq yaxınlığında cəmlənən gərginlikdın yarana biləcək maili çatların qarşısını almağa xidmət edir və betonu ensiz zonalarda əlaqələndirir.
  • uzununa olan armaturlar - konstruksiyalarda dartılmada yaranan gərginliyi qəbul edir və şaquli çatların yaranmasının qarşısını alır.

Tətbiq sahəsinə görə

Tətbiq sahəsinə görə aşağıdakı armatur növləri mövcuddurlar:

  • əyiləbilən armaturlar,
  • sərt armaturlar.

Əyiləbilən armaturlar dəmir-beton konstruksiyalarında yalnız işçi element kimi istifadə edilr.

Armaturun betonla birləşməsi

Armaturun betonla birləşməsi üç əsas amillə təmin edilir:

  1. Betona armaturun mexaniki birləşməsi sayəsində betonun əzilməyə və kəsilməyə müqaviməti artr.
  2. Beton bərkidikdə armaturu öz daxilində sıxaraq sürtünmə qüvvəsi yaradır.
  3. Armaturun səthinin betonla yapışması (adheziya) sayəsində əmlə gələn birlşmə.

Betonla armaturun birləşməsinə ən çox birinci faktor təsir edir. O birləşmənin təxminən 75%-ni öz üzərinə götürür. Bundan əlavə betonun tərkibində olan bərk hissəciklərin və suyun sıxışdırılması da əhəmiyətli rol oynayır.

Mənbə

  • Şabanbəyov, Z. Dəmir-beton konstruksiyalar: ali texniki məktəblər üçün dərslik. II Hissə, Bakı: Azərtədrisnəşr, 1963. 251 s.
  • Artıkoğlu, H., Мəhəmmədoğlu, X. Dəmir-beton elementlərin hesablanması: Dərs vəsaiti: Kurs və diplom layihələri nümunələri ilə. Bакı: Nurlar, 2005, 520 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.