Aristotel Homerin büstü ilə

Aristotel Homerin büstü ilə (nid. Aristoteles peinzend bij een borstbeeld van Homerus) — Rembrandtın italyan kolleksiyasıçısının sifarişi ilə 1653-cü ildə çəkdiyi iri ölçülü (143,5x136,5 sm) rəsm əsəri. Rəssamın yaradıcılığı üçün ənənəvi olan bu portret tarixi süjet kimi qələmə verilmişdir.

Aristotel Homerin büstü ilə
nid. Aristoteles peinzend bij een borstbeeld van Homerus
Rəssam Rembrandt
Tarixi 1653
Üslubu tarix rəssamlığı
Texnikası Yağlı boya
Ölçüləri 143,5 sm[1] × 136,5 sm[1]
Materialı Kətan
Saxlanıldığı yer nid. Metropoliten-muzey, Nyu-York
Saytı rembrandtdatabase.org/Re…
wga.hu/html/r/rembran/pa…
İnventar nömrəsi 61.198
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəsmin tarixi

Siciliyalı zadəgan Antonio Ruffo (1610/11- 1678) Rembrandtin ofortlarını Romada görmüş və onları yüksək qiymətləndirmişdi. 1652-ci ildə o özünün Amsterdamdakı agenti vasitəsilə Aristoteli təsvir edəcək rəsm əsərinə görə Rembrandta 500 florin təklif etmişdi. O dövr üçün bu çox böyük məbləğ idi (Rəsmlərin İtaliyadakı orta qiymətindən 8 dəfə çox). O dövrkü Amsterdamda isə bu məbləğ rəssam və ya dükan sahibinin ailəsi ilə birlikdə 1 il yaşaması üçün kifayət idi.[2]

Lakin Rembrandt üçün bu daha böyük məbləğ idi, çünki Amsterdamda o artıq dəbdən düşmüşdü. Bundan əlavə, Rembrandt böyük fəlakət astanasında idi: hətta belə böyük məbləğ onu müflisləşmədən xilas edə bilmirdi Rembrandt sifarişi yerinə yetirərək rəsmi dəniz yolu ilə Messinaya göndərdi. Ruffo rəsmi çox bəyəndiyindən daha sonra Rembrandta Makedoniyalı İskəndəri (1661, dövrümüzədək gəlib çatmamışdır) və “İliada”nı pəsdən öz şagirdlərinə oxuyan Homeri (1663, Mauritsxeys) təsvir edən daha iki rəsm sifariş etmişdi.[3]

Rəsmin təsviri

Aristotel rəsmin mərkəzində tünd pərdə və küncdə bir qalaq kitabın fonunda dayanmışdır. O XVII əsrin dəbinə uyğun bahalı paltar geyinmişdir, boynundan qızıl zəncir sallanır və həmin zəncirdən medalyon asılmışdır. Güman edilir ki, medalyonun üzərində Makedoniyalı İskəndər təsvir edilmişdir. Sağ əli ilə filosof Homerin büstünə toxunur.

Rəsmin kommersiya dəyəri

Rəsm XVIII əsrin sonunadək Ruffo knyaz ailəsinin sahibliyində idi. 1810-cu ildə bu rəsm “Heykəltəraş büstün qarşısında” adı altında digər bir rəsm əsəri ilə birlikdə (güman ki, Mauritsxeysli “Homer”) “Kristis” hərrac evində satışa çıxarıldı. Demək olar ki, bütün XIX əsr boyunca bu rəsm ingilis qrafları Braunlouların Eşric-Park malikanəsində saxlanırdı. 1961-ci ildə Metropoliten-muzey 2,3 mln dollar müqabilində bu rəsmi hərracda aldı. Buna qədər 30 il ərzində ən bahalı rəsm əsəri titulu Rafaelin “Madonna Alba” rəsminə məxsus idi.

Həmin hərracda dörd əsas rəqib var idi: isveçrəli baron 1 mln 800 min dollar məbləğində, bir varlı dul qadın isə 1 mln 900 min məbləğində təslim oldu, Klivlend muzeyi isə sonadək mübarizə apardı. Rəsmə verdiyi məbləğə bəraət qazandırmaq üçün muzey sərgi təşkil etmişdi və bu sərgi amerikanlar tərəfindən böyük marağa səbəb olmuşdu.[4]

Maraqlı faktlar

Bu rəsm C.Hellerin “Rəsmi təsəvvür et” romanının süjetində mərkəzi yer tutur.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

  • Анатолий Вержбицкий. Творчество Рембрандта
  • Джозеф Хеллер. Вообрази себе картину
  • Metropolitan Museum of Art page on this painting
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.