Arif Rəhimov

Arif Məhi oğlu Rəhimov (1938, Ağdam) — texnika elmləri doktoru, professor.

Arif Rəhimov
Arif Məhi oğlu Rəhimov
Doğum tarixi 1938
Doğum yeri
Elm sahəsi texnika
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili

Həyatı

Arif Rəhimov 1938-ci ildə Ağdamda anadan olmuşdur. O, 1955-ci ildə Ağdam 1 saylı orta məktəbi bitirdikdən sonra 1955–1960 illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Neft-mexanika fakültəsində təhsil almışdır.[1]

O, 1965 ildə namizədlik, 1996 ildə doktorluq dissertasiyasını müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsini almışdır.

Arif Rəhimov hazırda Azərbaycan Dövlət Neft Akademiyasının kafedrasının müdiridir.

Elmi fəaliyyəti

Arif Rəhimov 100-ə yaxın elmi məqalə, 2 kitab, 4 dərs vəsaiti çap etdirmişdir.[1]

Onun elmi işi əsasən mahiyyəti yeni kompozisiya materiallarının yaradılması və yeni mütərəqqi e’mal üsullarının tərtibi məsələlərinə həsr olunmuşdur.

Arif Rəhimov ÇİXTHS-nin bürünc medalına layiq görülmüşdür.

İstinadlar

  1. Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001

Mənbə

  • Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.