Arif Rüstəmov

Rüstəmov Arif Sədi oğlu (5 sentyabr 1959, Yuxarı Salahlı, Qazax rayonu) — fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin Qazax filialinin direktoru.

Arif Rüstəmov
Doğum tarixi
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahələri politologiya, sosiologiya
Elmi dərəcəsi fəlsəfə üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yeri Bakı Dövlət Universitetinin Qazax filialının direktoru
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı  — 2019

Həyatı

1959-cu il sentyabrın 5-də Azərbaycan Respublikası Qazax rayonu, Yuxarı Salahlı kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1977-ci ildə Ağstafa rayonu 1 №li orta məktəbini qızıl medalla bitirmişdir.[1]

1977-ci ildə indiki Bakı Dövlət Universitetinə qəbul olmuş, 1982-ci ildə isə oranı müvəffəqiyyətlə bitirmişdir.[2] 1982–1985-ci illərdə Şamaxı rayonu Ərəbşalbaş kənd orta məktəbində tarix müəllimi və direktor müavini vəzifələrində işləmişdir.[3] 1985-ci ilin iyun ayından BDU-nun indiki politologiyasosiologiya kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.[4]

2008–2013-cü illərdə BDU sosial elmlərpsixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində işləmişdir. Politologiya və sosiologiya kafedrasının dosentidir. 4 mart 2019-cu ildən etibarən Bakı Dövlət Universitetinin Qazax filialinin direktorudur.[5] 1990-cı ildən fəlsəfə üzrə fəlsəfə doktorudur. 2003-cü ildən dosentdir.[6]

1 kitabın, 7 dərsliyin (həmmüəllif), 50-dən artıq elmi məqalənin, tədris proqramının və metodik işin müəllifidir. 1 nəfər elmlər namizədi yetişdirmişdir.[7]

Ailəlidir, 2 övladı var.

Elmi fəaliyyəti

Tədris etdiyi fənlər

  • Politologiya, sosiologiya, etnopolitologiya, sosial siyasət

Tədqiqat sahəsi

  • Sosial nəzarət problemi

Kitablar

  • Sosial idarəetmə : Sosial siyasət və onun həyata keçirilməsi. Bakı, BDU, 1988
  • Hər kəsin borcu. Bakı, Gənclik, 1990
  • Sosiologiya dərs vəsaiti. Bakı, 1994
  • Fəlsəfə dərslik. Bakı, 1997
  • Politologiya dərslik. Bakı, 2005
  • Sosiologiya dərslik. Bakı, 2006
  • Politologiya dərslik. Bakı, 2009

Metodik vəsaitlər

  • Etnopolitologiya. Bakı-2008 (Xüsusi kursun proqramı)
  • Sosial Siyasət . Bakı-2008 (Xüsusi kursun proqramı)
  • Qaçqın və məcburi köçkünlərlə sosial iş .Bakı-2012 (Xüsusi kursun proqramı)
  • Fəlsəfə Fənn üzrə proqram Bakı-2017

Seçilmiş əsərləri

  • 87 elmi məqalə, xaricdə çap olunmuş 14 elmi məqalə.

Mükafatları

İstinadlar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.